“Fevralın 7-də axşam saatlarında hava şəraiti kəskin dəyişəcək”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva anomal isti keçən hava şəraitini şərh edərkən bildirib.
“Bu günlərdə hava şəraitində nə baş verir? Sadəcə, otuz il öncə alimlərin xəbərdarlıq etdiyi hadisələr baş verir. Biz artıq bu prosesləri gözləmirik, bunların canlı şahidiyik. El deyimi ilə,, qışın ən soyuq dövrü olan kiçik çillə də girib, amma hələ də Bakıda gecələr belə mənfi tempertur müşahidə edilməyib.
İqlim dəyişmələrinin təzahürləri ilə hər gün üzləşirik. Bütün dünya daha tez-tez müşahidə edilən anomal meteoroloji hadisələrlə silkələnir. Bizə müraciət edərək soruşurlar ki, nə baş verir, nə üçün qış belə yumşaq keçir? Bu nadir hadisədir, yoxsa bundan sonra da belə davam edəcək?
Bu sualların birmənalı cavabı olmasa da, belə tendensiyanın davam edəcəyi ehtimalı daha çoxdur. Mülayim qış mövsümü tendensiyası artıq bir neçə ildir ki, müşahidə edilir.
Lakin hazırkı qış mövsümündə bu proses nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində də müşahidə edilməkdədir. Məsələn, Aralıq dənizi sahili ölkələrində havanın temperaturu 24-27 dərəcədir ki, bu, əsl yaz havasıdır. Bakıda da havanın temperaturu iqlim normasından 6 dərəcə yüksək olub və yaxın iki gün ərzində, fevralın 7-dək paytaxtımızda arabir güclənən cənub-qərb (gilavar) küləyi fonunda temperaturun 14-17 dərəcə isti olacağı gözlənilir. Mərkəzi Aran rayonlarında isə temperatur göstəricisi 20 dərəcəyədək yüksələ bilər.
Lakin xalqın inancı olan kiçik çillə özünü göstərəcək. Belə ki, uzun sürən anomal isti hava şəraiti bir neçə günlüyə də olsa, respublika ərazisinə müdaxilə edəcək soyuq arktik havalarla əvəz olacaq.
Hava şəraiti kəskin dəyişəcək. Daha ətraflı desək, fevralın 7-si axşamdan başlayaraq Bakıda artıq güclənən şimal-qərb küləyinin hakim olacağı, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 m/san-dək çatacağı gözlənilir” .
U.Tağıyeva qeyd edib ki, temperaturun xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər:
“Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir. Unutmayaq ki, hava həyatımızın bir hissəsidir. Biz sinoptiklər isə çalışacağıq ki, istənilən hava gözlənilməz olmasın”
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dünyada cəmi 4 ölkədə əkilən meyvə Azərbaycanda yetişdirilir
Putin sülh müqaviləsinin ŞƏRTLƏRİNİ AÇIQLADI: "Tərəflərdən hər biri..."
MN: “Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir” – VİDEO
Koronavirusa görə komaya düşən hamilə qadın əkiz uşaqlar dünyaya gətirdi
Badamlı çörək (foto resept)
Məşhur aktrisanın əri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Serenay Sarıkaya tənqid olundu-SƏBƏB/FOTO
Arıqlama strategiyası
Allah yanında ən sevimli iş nədir?
Qarpızın fərqli təqdimatı
Bakının mərkəzi meydanı konsertə hazırlanır
Daha az stress üçün 21 tövsiyə
Sinqapurda yeni super otel tikiləcək
Aslı Murata “yox” dedi - SƏBƏB
Dünyanın ən bahalı reperi
Saçqıranlar üçün banan maskası
Səfirdən ermənipərəst jurnalistə cavab
Məktəblərdə monitorinq imtahanlarının keçiriləcəyi tarixlər açıqlandı
Sosyopatı necə tanımalı? (3)
WhatsApp-da Yenilik
Prezident İlham Əliyev və xanımı referendumda səs veriblər
Məşhur aktyor vəfat etdi - FOTO
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb
Eqor Qrid Bakıda gəlir
Milli mətbəximizi unuduruqmu?
Tuba Büyüküstün qəzəbləndi
Günün ulduz falı
"Güzəşt həmişə mümkündür"
Günün ulduz falı - 12.08.2013
Qarnını görənlər inana bilmirlər - FOTO
"Meyvəli cənnət"in dəhşəti: uşaqlarınız gizli ölümə gedirlər
Lavaş pizza (foto-resept)
Günün ulduz falı
Sumqayıtda başlayacaq, Lənkəranda bitəcək
Ermənilər atəşkəsi pozmaqda davam edir
Əbu Nəsr Əl-Farabi - Şərq fəlsəfəsi (1)
Vaşinqtonda Azərbaycan XİN başçısı ilə ABŞ Dövlət katibi arasında görüş keçirilib - VİDEO
Şəffaf smartfon göstərildi
Meyvəli pizza(foto resept)
Ürək xəstəliklərindən qaynaqlanan nəfəs darlığı
Azərbaycanlılar üçün daha bir Avropa ölkəsinə gediş-gəliş asanlaşdı
Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq?
Əl işlərim
Castin Biber izləyicilərinə səsləndi
Bakı və Sumqayıtda hansı çimərliklər təhlükəlidir?
Dünyanın ən iri akulası
Yeni, lüks Range Rover 600
Güldürən dəb trendləri
Trampın ayaqqabısı diqqət çəkdi-FOTO














