
Dövlət Pantomima Teatrında “Ora-Bura” tamaşasının növbəti premyerası baş tutdu. Tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Bəhruz Əhmədli, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı əməkdar artist Elman Rəfiyev, plastik həll üzrə rejissoru xalq artisti Bəxtiyar Xanızadədir. Rollarda əməkdar artistlər Nargilə Qəribova, Elman Rəfiyev, Elnur İsmayılov, Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Əli Əlizadə çıxış edirlər. Maraqlıdır ki, tamaşanın nümayişinə gələnlərin əksəriyyəti gənclər idi, aralarında gənc və müasir görünüşlü iranlı xanımlar da var idi. Tamaşaçıların hamısı biletlərini əvvəldən almışdılar. Amma kassadan bilet xəbər alanlar da var idi. Kiçik foyedəki qulağa gəlib çatan söhbətlərdən belə məlum oldu ki, premyeraya toplaşanlar arasında həm Pantomima Teatrının daimi tamaşaçıları, həm də yeni pərəstişkarları var.
“Ora-Bura” tamaşasının, belə demək mümkünsə, giriş hissəsi elə foyedən səhifələnməyə (səhifələnmə ifadəsi təsadüfən işlənməyib və buna hələ qayıdacağıq) başlamışdı. Bir neçə çamadan, ortada üzərinə “ora” və “bura” sözləri yazılmış bir neçə göstərici (bu göstəricilərdən yerə də səpələnmişdi) bərkidilmiş dirək və musiqi. Foyenin və zalın divarlarını bir müddət əvvəl elə burada fərdi sərgisini keçirmiş tamaşanın rəssamının rəsmləri bəzəyir. Zalın səs və işıq sexinin pəncərəsindən tamaşanı izləyənlər arasında Pantomima Teatrının köhnə “qvardiya”sının eks-üzvlərindən biri Azər Şabanovun (tanınmış teleaparıcı Azər Axşam) da olduğunu gördük.
Keçək tamaşaya. Pantomima Teatrının yeni səhnə əsərinin qeyri-adi təəssüratlarından biri ilk dəqiqələrinin bir qədər maraqsızlığı və hətta yoruculuğunun bütövlükdə sonrakı hissənin bitkinliyinə keçiddən ibarət oldu. Axı adətən filmin və ya tamaşanın ilk 5-10 dəqiqəsi onun bütün yozumu və quruluşu haqqında mötəbər məlumat ötürücüsü rolunu oynayır. Yalnız bəzi istisna hallarda bu məlumatın yanlış ilkin təsəvvür, aldadıcı birinci təəssürat statusunda olduğu aşkara çıxır. “Ora-Bura” tamaşası məhz belə istisnalardan idi. Elə buradaca qeyd edim ki, teatrın yeni heyətinin üzvlərinin ideya müəllifliyi, rejissorluğu və ifaçılığı ilə ərsəyə gələn və bu sətirlərin müəllifinin baxdığı tamaşalar arasında bu səhnə əsəri ən uğurlusudur. Səhnə əsərində hər hansı sözlü, ya da sözsüz replika, səs və musiqi effektləri, hərəkətlər, tərəf-müqabillərin münasibətləri vəhdət, harmoniya və zövq halında idi.
“Ora-Bura” insan taleləri, münasibətləri və xatirələr haqqındadır. Səhnə əsəri avtobus dayanacağının təsviri ilə başlayır. İki kişi və bir gənc qadın əllərində çamadan səbirsizliklə avtobus gözləyirlər. Dayanacaqda casus peyda olur və gənc qadınla xəyali erotik səhnə yaşayır. Avtobusun yubanması onların çamadanda özləri ilə götürdükləri keçmişlərinin, duyum və dünyagörüşlərinin açılmasına şərait yaradır.
Personajlardan biri sirk artistidir. Çamadanını açarkən oradan təsadüfən bir fotonun çıxması artistin xatirələrini canlandırır. Və biz onun həmkarları ilə necə mehriban həyat və yaradıcılıq yolu keçdiyini görürük. Maraqlıdır ki, bir fotoqrafın onlara doğru yaxınlaşdığını ilk görən də məhz o olur. Onlar birlikdə şəkil çəkdirirlər. Digər ikisi gülümsəsə də, sirk artistinin üzündə kədər var. Fotoşəkli isə dayanacaq yoldaşlarına onların əksini kəsərək verir.
Digər personaj vicdanlı məmurdur. Onun xatirələrinin canlanmasına çamadanındakı telefonun səslənməsi təkan verir. Tamaşaçılar onun rüşvət və tanışlıqlara məhəl qoymadan sözdə deyil, işdə xalqa xidmət edən məmur keçmişindən agah olurlar. Lakin günlərin bir günü belə dürüstlük kiməsə sərf eləmir, qara telefon aparatı (bu halda onun yalnız dəstəyi) səslənir və... məmur işdən kənarlaşdırılır.
Üçüncü personaj fatasız gəlinlikdə olan gənc xanımdır. Təsadüfən çamadanından fatasının düşməyi səhnə əsərinin ən təsirli, ən kövrək epizodunun başlanğıcı olur. Qadın nəql edir ki, toy günü nikah mərasimindən sonra nişanlısı ilə birgə avtomobil qəzasına düşüblər, nişanlısı həlak olub.
Bu kövrək səhnəni avtobusun nəhayət ki gəlib-çıxmağı yarımçıq qoyur. Onlar ora-bura yola düşürlər. Çamadanları isə dayanacaqda qalır. Çamadanlarla birgə keçmiş həyatları, xatirələri də...
Milli.az
XƏBƏR LENTİ
Facebook ənənəvi KİV-i sıxışdırır
Klassik köynəklər
20 il yararlılıq müddəti olan batareyalar hazırlanıb
Google Glass başağrısı yaradır
Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb
İşğaldan azad olunmuş ərazilərdəki keçmiş erməni postlarından reportaj - VİDEO
Tramp: “ABŞ-da pandemiya geri çəkilir”
A hərfi ilə başlayan adların mənası
Korset istifadəsi arıqlamağa kömək edirmi?
Bred Pitt və Ancelina Coli uşaqları ilə bağlı razılığa gəldilər
İtaliya A Seriyası: "Milan" məğlub oldu
Nüvə müharibəsinin qarşısını almış sovet zabiti
Düşməni məhv etdi, yaralı yoldaşlarını ərazidən çıxardı, doğum günündə şəhid oldu
Münasibətdən asılı olduğunuzu göstərən təhlükəli işarələr
Cenner 2-ci dəfə ana olmağa hazırlaşır
Maraqlı USB-lər
Dünya şöhrətli "Turandot" Nizami Gəncəvinin əsəri çıxdı
Uşaqların sosial-psixoloji inkişafı-27
Leyla Əliyeva millinin üzvləri ilə görüşüb - FOTO
Hz. Fatiməyə aid əşyalar Kərbəlaya göndərilməyəcək
Kremli rulet (foto resept)
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
Diş ağrısına görə XƏSTƏLİYİNİZDƏN XƏBƏRDAR OLUN
Cırtdan və nəhəng...
Dəriyə zərərli qidalar
Pensiya yaşının artırılmasını nəzərdə tutan qanun qüvvəyə mindi
Bu il baş verəcək nadir hadisələr:Almaz yağışı
Müasir ayna modelləri
Bir kənddə 8 müəllim koronavirusa YOLUXDU
Boşanmışları daha çox infarkt vurur
Pentaqon Ukraynaya yardım edəcək
Marsda qeyri-adi tapıntı - VİDEO
Tiflisdə Azərbaycan bayrağını təhqir edənlər cəzalanacaq
Brokolinin faydaları
Vanqadan şok öncəgörmə: Martın 31-də...
İstilik mövsümünün vaxtı uzadıldı - RƏSMİ AÇIQLAMA
Ailə fotosu qadını 38 kiloqram arıqlamağa sövq etdi
Kral ailəsində XƏYANƏT iddiaları-FOTO
Qızılgül xanımlar (Emile Vernon)
Kürdə problem: Bir sıra şəhər və rayonlarda su kəsiləcək
Ayaqqabı ipi bağlamağın 13 yolu
Microsoft rekord vurdu
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
Sızanağa səbəb olan qidalar
İdmançılarımız Almaniya Qran-Prisində
Doğum gününə görə xarekter (mart)
Dünyada məşhur qəzet Azərbaycan rayonundan yazdı
Tənbəllər üçün sıyıq pəhrizi
"Londonlaşırıq": 200-ü də gəlir
Möcüzəvi dəqiqələr














