Yeniyetməlik dövrünə baxış
Nəsillərarası uzlaşma
Psixoloqlar yeniyetməlik dövrünü 2 fərqli halda müşahidə etmişlər: 1‐ci halda, uşaqlar daha həssas, emosional və duyğularıyla hərəkət edən, ətrafdakı hadisələrdən daha tez təsirlənən və xarakterləri hələ formalaşmayan, 2‐ci halda isə fikirlərində qərarlı və qətiyyətli, özlərini böyük kimi göstərən, rəftar və davranışlarında, eləcə də ünsiyyət zamanı özünü çoxbilmiş kimi göstərməyə çalışan və özlərini xarakteri formalaşmış kimi göstərirlər.
Yeniyetmənin fikirləri
Yeniyetmələr özlərinin bu cür hərəkətlərini belə etiraf edirlər: “Yaşlılar mənimlə balaca uşaqla olduğu kimi rəftar edirlər. Mən onlarla razılaşa bilmirəm. Məni hər dəqiqə izləyir, addımbaşı irad tuturlar: “bunu eləmə” “ona dəymə”, “ora getmə”, “kiminlə gedirsən?”, “nə zaman gedirsən?”, “niyə gec gəldin?” və s.
Yeniyetmə nəinki bu və ya digər məhdudiyyətə öz etirazını bildirir, eyni zamanda, müxtəlif məsələlərin həllində öz müstəqilliyini bərqərar etməyə çalışır; Nə vaxt, harada, nə qədər və kiminlə gəzmək, dərsləri nə vaxt hazırlamaq, nə vaxt oxumaq, saçını necə daramaq, nə geyinmək, necə hərəkət etmək və s.
Yaş artdıqca bu xüsusiyyət daha qabarıq şəkildə nəzərə çarpır. Elə bil ki, yeniyetmə özünü qəsdən sözə baxmama obyektinə çevirir. Eyni zamanda, başqa adamların yanında ona irad tutulanda, yeniyetmə hər şeydən imtina etməyə başlayır. Yadda saxlamaq lazımdır ki, belə bir xüsusiyyət çox həssaslıqla dərk olunan şəxsi ləyaqət hissindən, yeniyetmənin, bir növ, öz şəxsiyyətinin alçaldılmasına, təhqir olunmağa, müstəqilliyinin əlindən alınmasına heç bir vəchlə razılaşmadığından irəli gəlir.
Yeniyetmə və valideyn münasibətlərindəki hallar
Birinci halda, öz hüquq və vəzifələrinin daim sıxışdırıldığını hiss edən yeniyetmə yaşlıların qadağa, göstəriş və tələblərini yerinə yetirməmək üçün müxtəlif yollar axtarır, hiyləgərlik edir və yalan danışır, bir sözlə, öz hərəkətlərinə haqq qazandırmağa çalışır. Əvvəllər yaşlıların təzyiqinə verilən cavab kimi qiymətləndirilən bu cür xoşagəlməz davranış xüsusiyyətləri get‐gedə möhkəmlənir və uşağın xarakter əlamətinə çevrilir. Uşaq yaşlının ədalətsizliyinə dözə bilmir, öz daxili aləminə qapanır, özünü tənha hiss edir. Yeniyetmənin fikrincə, valideynlər başqasını başa düşmək iqtidarına malik deyillər. Məhz buna görə də yeniyetmə onların hər cür rəy, tələb və sözlərini mahiyyətinə varmadan dərhal rədd edir. Əlbəttə, valideynlər üçün bundan dəhşətli heç nə yoxdur. Onlar yeniyetmənin rəftar və davranışlarını idarə etməkdə tamamilə aciz qalırlar.
İkinci halda, yaşlı yeniyetmənin təzyiqi altında öz şəxsi görüşlərinə zidd gedərək əvvəl icazə vermədiklərinə indi icazə verir. Lakin yaşlı bu cür hərəkətində heç də ardıcıllıq göstərmir. Doğrudur, bu vaxt yaşlı ilə yeniyetmə arasındakı ziddiyyətlərin sayı bir qədər azalır, ancaq onlar baş verdikdə valideynlər çıxılmaz vəziyyətdə qalır, yeniyetmə hər dəfə onu getdiyi güzəştə görə təqsirləndirib növbəti güzəştə nail olur. Qeyd etməliyik ki, hadisələrin bu cür gedişi heç də xoşagələn deyildir. Burada bəlalı cəhət orasındadır ki, nə yaşlı, nə də yeniyetmə – “nəyi etmək olar”, “nəyi etmək olmaz” məsələsini dəqiq düşünmək istəmir.
Üçüncü halda, yaşlılar zaman keçdikcə yeniyetməni daha uşaq hesab etmir, bir növ onunla hesablaşır və davranış tərzlərini müvafiq surətdə dəyişirlər. Belə olduqda çətinliklər azalır və demək olar ki, müəyyən müddətdən sonra tamamilə aradan qalxır. Yaşlılarla yeniyetmə arasında ziddiyyətin baş verməməsi və uşağın müstəqillik meylinin düzgün istiqamətə yönəldilməsi üçün valideyn və müəllimlər yeniyetmənin şəxsiyyətinə, onun statusuna, mənliyinə, şəxsi ləyaqətinə hörmət hissi ilə yanaşmağı bacarmalıdırlar. Yeniyetməlik dövründə mühüm əxlaqi‐etik görüş və təsəvvürlərin, habelə şəxsiyyətin sosial‐əxlaqi quruluşunun əsası qoyulduğundan çalışmaq lazımdır ki, yeniyetmə ilə yaşlı arasındakı bütün ziddiyyət və münaqişələr qarşılıqlı razılaşma, qarşılıqlı etimad əsasında aradan qaldırılsın.
Valideynlərə tövsiyə
Yaşlılar, hər şeydən əvvəl dərk etməlidirlər ki, yeniyetmə ilə özləri arasındakı mövcud münasibət qaydaları pozulmuşdursa, deməli, yeni tipli münasibət qaydalarına keçmək lazımdır. Əgər yaşlılar bunu başa düşmürsə, onda işin təşəbbüskarı rolunda yeniyetmə özü çıxış edir. Təbiidir ki, belə münasibətlərin həyata keçirilməsinə tədricən başlamaq lazım gəlir.
Yeni tipli qarşılıqlı münasibətlərlə əlaqədar qeyd etməliyik ki, bu cür davranış formasının ilk təşəbbüskarı yaşlılar olmalıdır. Belə olduqda valideyn və müəllimlər həm uşaqlarla yeni münasibətlərə, həm də onlarda, yaşlılığın
inkişafına rəhbərlik və nəzarət etmək imkanına yiyələnirlər. Əgər yaşlılar uşaqla köhnə münasibəti dəyişdirmirsə, hadisələrin sonrakı gedişində bilavasitə yeniyetmənin özü münasibətlərin yeni tipdə olmasına cəhd göstərir. Burada müxtəlif hallar özünü biruzə verir. Əvvəla, yeniyetmə ilə yaşlılar arasındakı çətinlikər artır, ziddiyyətlər durmadan kəskinləşir. Yaşlı inadla öz əvvəlki münasibət tərzindən çəkinmir. Bu isə, yeniyetmənin ciddi etirazlarına, sözə qulaq asmamasına gətirib çıxarır. Yaşlıların uşağa bu cür münasibəti uzun müddət davam edərsə, onda bu ziddiyyətlər yeniyetmə şəxsiyyətinin təşəkkülündə mənfi rol oynayır.
Mənəvi münasibətlərin yaxşılaşdırılması
Burada yeniyetmənin müstəqillik və məsuliyyət hissini artırmaq da böyük rol oynayır. Bəs bunu necə həyata keçirmək lazımdır?
Əvvəla, çalışmaq lazımdır ki, yeniyetmə evdə müxtəlif işlərin icrasında yaşlıların ən yaxın köməkçisi olsun. Belə olduğu təqdirdə, yeniyetmə oğlan ananın yaxın köməkçisi və məsləhətçisinə çevrilir, onun qayğısına qalır. Yeniyetmə qız isə özünü evin “balaca sahibəsi” hesab edir. Yaşlılarla bu cür ünsiyyət şəraitində yeniyetmə yaşlılıq hissinə daha tez yiyələnir, gücü çatan hər bir işdə yaşlıların köməkçisinə çevrilir. Nəticədə, bu cür qarşılıqlı etimad şəraitində yeniyetmə ilə yaşlılar arasında heç bir ziddiyyətə yer qalmır.
İkincisi, qarşılıqlı münasibətlər o vaxt səmərəli inkişaf edir ki, yaşlı yeniyetməni özünün ən yaxın dostu hesab edib onun bütün işlərinin bilavasitə iştirakçısı və məsləhətçisi olur. Eyni zamanda, yaşlı yeniyetmənin məsləhət və təkliflərini məmnuniyyətlə qəbul edir.
Üçüncüsü, yaşlı müəyyən “həddi” gözləməklə, özünün rəftar və davranışında uşaq üçün şəxsi nümunəyə çevrilməklə, onu öz məşğuliyyət və maraq sahəsinə təhrik edir, faydalı bacarıq və vərdişlərə yiyələndirir, müxtəlif çətinlikləri aradan qaldırmağa alışdırırsa, qarşılıqlı ünsiyyət lazımi səviyyədə inkişaf edir.
Hüseyn Xəlilov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Mobil nömrələrlə bağlı yenilik
"Barselona" "qızıl dubl"a imza atdı
Ölkədə 12 obyekt bağlandı
İmtahanla bağlı yenilik
Kişilər qadınlardan daha sürətli arıqlayır
Günəş tutulması baş verəcək
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Qısa boğazlı çəkmələr
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
Öləndə molla istəməyən yazıçımız
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
Günün qoroskopu: Mübahisə etməyin!
200 illik tarixi məzarlıq
Mart ayında HAVA necə olacaq?
Üzən şəhər tikiləcək
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
“Koronavirusun sonu yaxında deyil” - ÜST-ün rəhbəri
Kim deyir ki, qadın zəif məxluqdur?
Keratinin faydaları və zərərləri
Badamın inanılmaz faydaları
Körpələr üçün yataq otağı modelləri
Hava haqqında
Günün qoroskopu - 06.11.2013
3D şəkillər
1 milyon avronu 3 saniyəyə qazanan qız
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (2)
Türkiyədən ermənilərə "qırmızı işıq"
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Unikal enerjili avtomobil
Cemli burma (foto resept)
Aslılıq yaradan qidalar
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Dollarda növbəti bahalaşma
Serenay Sarıkaya kökəldi-FOTO
Film festivalında jüri olacaq - FOTO
Əl işim olan xonçalar
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Azərbaycanın daha yeddi kəndi azad olundu
"Baku Fires" Qazaxıstan komandasına qalib gəldi
Kibritdən hazırlanan əşyalar
Saçda kölgələr















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]