
Bununla bağlı, Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev AzərTAc-a müsahibəsində hamiləlik zamanı qadınların orqanizmində əlavə tələbatlara ehtiyac yarandığından daha həssas və tez təsirlənən olduqlarını deyib. Ancaq bu proses həm ana, həm də uşaq üçün böyük stress yaradır və bəzən xüsusi tibbi müdaxilə tələb olunur. Professor bildirib ki, ilk baxışda qeysəriyyə kəsiyi əməliyyatı uşaq dünyaya gətirməyin tez və asan üsuluna bənzəyir. Digər cərrahi müdaxilələrlə müqayisədə, o daha təhlükəsizdir. Təbii yolla doğuşdan fərqli olaraq daha rahat, tez və qabaqcadan düzgün proqnoz verilə bilən bir metoddur. Əməliyyat narkoz altında aparıldığı üçün, adətən ağrısız olur. Bu cəhətlər qeysəriyyə kəsiyi əməliyyatını hamilələr üçün daha cəlbedici edir.
Lakin daha dərindən araşdırdıqda, mühüm çatışmazlıqlar meydana çıxır ki, bu zaman qeysəriyyə kəsiyi əməliyyatının istifadəsini məhdudlaşdırmağa ehtiyac yaranır. N.Quliyev deyib ki, qeysəriyyə əməliyyatı anesteziya, infeksiya və qanaxma ilə bağlı ciddi problemlərin yaranması riskini artırır. Daha uzun müddət hospitalizasiyaya ehtiyac yaranır. Əməliyyatdan bir həftə keçməsinə baxmayaraq, ağrılar davam edir və yeni doğulmuş, həmçinin digər uşaqlara qulluq etmədə çətinliklər yaradır. Təbii yolla doğuşla müqayisədə daha çox antibiotikə, ağrıkəsiciyə və qan köçürməyə ehtiyac yaranır. Adi gündəlik həyat rejiminə və iş həyatına qayıtmaq daha çox vaxt alır. Bunlardan əlavə, bu üsulda təbii yolla doğuşla müqayisədə maddi baxımdan xərclər daha çox olur. Qeysəriyyə kəsiyi ilə dünyaya gəlmiş uşaqlarda, ümumiyyətlə, sancılar hələ başlamamış hallarda, daha çox tənəffüs və hərarətin tənzimlənməsi ilə bağlı problemlər meydana çıxır. Hətta uzun müddət davam edən və çətin doğuşlarla müqayisədə qeysəriyyə əməliyyatında bu risk mövcuddur. Bəzən yanlışlıqla uşağı skalpellə zədələmək olar.
Professor deyib ki, qeysəriyyə kəsiyi əməliyyatına qərar verməzdən əvvəl hər bir hamilə qadın həkimi ilə birgə bu əməliyyatın risk və üstünlüklərini ölçüb-biçməlidir. Normal doğuşda ana və uşaq daha az riskə məruz qaldıqları halda qeysəriyyə əməliyyatında bu riskin səviyyəsi daha yüksək ola bilər. N.Quliyevin sözlərinə görə, təbii yolla doğuşu reallaşdırmaq üçün qadınlar öz sağlamlıqlarının qayğısına qalmalı, o cümlədən düzgün qidalanmalı, fiziki hərəkətlər etməli, stressdən, alkoqoldan və tütündən uzaq olmağa çalışmalı, əvvəlcədən xəstəxanaya və həkimə müraciət etməlidirlər. Dərman və tibbi müdaxiləni yalnız ehtiyac yarandıqda istifadə etməyi qabaqcadan müəyyənləşdirmək lazımdır, çünki adətən onlar doğuşun normal gedişini poza bilər. Əgər hamilə qadın bütün bu məsləhətlərə riayət edirsə və buna baxmayaraq ana və uşağın həyatı üçün ciddi problem yaranırsa, təhlükəsizlik baxımından yalnız o zaman qeysəriyyə kəsiyi əməliyyatına ehtiyac yaranır.
N.Quliyev diqqətə çatdırıb ki, anada və döldə heç bir patologiya yoxdursa, təbii yolla normal doğuşa üstünlük vermək məsləhətdir. Səhiyyə Nazirliyinin baş pediatrı bildirib ki, qeysəriyyə kəsiyi əməliyyatı ilə doğulmuş uşaqlar daha çox patologiyalarla qarşılaşırlar. Əməliyyat ilə doğulan uşaqlarda daha çox tənəffüs yolu xəstəlikləri, kəllə-beyin zədəsi, sinir sistemi və həzm prosesinin pozulması hallarına rast gəlinir. Bu körpələr allergik xəstəliklərə daha çox meylli olurlar. Azərbaycanda qeysəriyyə yolu ilə hər il 30 minə yaxın körpə doğulur ki, bu da doğuşların təxminən 20 faizi deməkdir. Halbuki Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu rəqəm 15 faizi keçməməlidir. Əslində isə qeysəriyyə əməliyyatına yalnız patoloji hallarda üstünlük verilməlidir. Professorun fikrincə, bu kimi hallar baş vermirsə, mütləq şəkildə təbii doğuşa üstünlük verilməli və hamiləlik dövründə ana həkim tərəfindən təbii doğuşa hazırlanmalıdır. Çünki qeysəriyyə doğuşu bir əməliyyatdır və bunun da riskləri və fəsadları var. Ölkəmizdə başqa sahələrlə yanaşı, səhiyyənin inkişafını da daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2013-cü il 25 noyabr tarixli Fərmanına əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməliyyatın qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
XƏBƏR LENTİ
İçlikli kabak (foto resept)
Salyanda qeyri-adi yumurta
Rusiya Suriyanın müdafiəsini "S-300"lə gücləndirir
Orta məktəblər müasir avadanlıqlarla təmin olunub
Yeni il gecəsinin ulduzu olun
Yaşıl mərcili ispanaq yeməyi (foto-resept)
Koronavirusun öskürmə zamanı otaqda hərəkəti göstərildi - VİDEO
Ən çox görülən yuxular və mənaları
İdmançımız dünya rekordunu təzələdi
10 dəqiqəyə yeni saç düzümü
Merilin Monronun "oğlu" Obamanın itini oğurlamaq istədi
Baş Prokurorluq vətəndaşlara müraciət etdi
Azərbaycana yeni qədim əlyazma gətirildi
Avropılalara icazə verildi
Əliyev və Sarkisyan Fransada görüşə bilər
Soyuq havalar beyinə necə təsir edir?
Madonna Corc Floyd üçün aksiyaya qatıldı - VİDEO
Günün qoroskopu: emosional fon qeyri-sabitdir
Bütün buzlar əriyərsə: fəlakətin ssenarisi hazırlandı
Burnunuzu kəsirsiniz, yoxsa səsinizi?
Prezidentdən yeni təyinat
"Sovetski"də yaşayanlara ev verildi
Daha 42 vətəndaşımız gəmi ilə ölkəmizə göndərildi
Pəhləvanlarımız 10 medal qazandılar
Sərinlədən soyuq şorba (foto-resept)
Natəvan K:"Əkiz oğlan uşaqlarını oğurlayardım..."
Bakıda Sevgililər Günü neçəyə başa gəlir?
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş hər üç şəxs üçün Prezidentin aylıq təqaüdü təyin edildi
Kremli, cemli maffin (foto resept)
Tez qırılan saçlar üçün maskalar
"Biq-Ben" 2021-ci ilədək susacaq
Kişiləri necə cəlb etməli?
"Əvvəllər çəkməçi idim, indi isə pinəçi"
Tiflis Ermənistanı mühasirəyə salır
Şamaxıda seysmik aktivlik artıb
BÜRCLƏR bizə nə vəd edir?-27 yanvar
Google+-un "beyni" işdən gedir
Belə hobbi görmüsünüz?
Koronavirusdan qorunmaq üçün ağlasığmaz üsula əl atdı - VİDEO
Sabahın HAVAsı
Sürücülərə tövsiyyə
"Ç" hərfi ilə başlayan adların mənası
“Qarabağın məşhur müəllimləri” - Qara bəy Əliverdilər
Dünyada yenə yad planetlilər tapıldı
Düşüncələrim silsiləsindən
Dünyanın Ən Yaraşıqlı 5 kişisi
Filmləri internetdən 1 saniyəyə yükləyəcəyik
Pandemiya barədə 2007-ci ildən xəbərdarlıq edilibmiş: “Saatlı bomba”… - FOTO
70 yaşlı qadın "İstagram" ulduzu oldu-FOTO
Neçə müəllim çöldə qalacaq?















- ŞƏRHLƏR