
Müasir zamanda gənclər daha sərbəstdirlər. İstədikləri insanla tanış olur, ailə qururlar. Amma təəssüf ki, çox vaxt da belə ailələrin ömrü uzun sürmür. Psixoloqların fikrincə, çox vaxt cütlüklər evliliyin ilk 5 ilinə adaptasiya ola bilmir və ayrılırlar. Psixoloq Jalə Həmidlinin sözlərinə görə, müasir dövrdə gənclər daha çox sərbəstlik qazansalar da, ünsiyyətlə bağlı problemləri artır. "Belə ki, daha çox sosial şəbəkələrdə və kompüter qarşısında vaxtlarını keçirən gənclər ünsiyyətə olan tələbatlarını bu cür ödəyirlər. Nəticədə gerçək ünsiyyət onlar üçün maraqsızlaşır və bir-birindən soyuyurlar. İstər-istəməz internet vasitəsilə əks cinsin üzvləri ilə də söhbət edir və bəzən də bu söhbət yeni tanışlığa və sevgi hisslərinin yaranmasına gətirib çıxarır", - deyən psixoloq əlavə edib ki, ünsiyyət qurmaq, bir-birini başa düşmək sevgi münasibətlərinin davamlı olması üçün çox önəmlidir: "Odur ki, hisslərini ifadə edə bilməyən insanlar da tədricən sevdiyi insanı itirirlər. Bəzən insanlar yanlış olaraq qarşısındakının onun nə hiss etdiyini anladığını düşünürlər. Lakin bu, heç də həmişə belə olmur. Ona görə də bu haqda danışmaq çox önəmlidir. Belə ki, qarşı tərəfin diqqətə, qayğıya, sevgi etiraflarına ehtiyacı ola bilər. O, bunu tapmadıqca başqa yerdə və başqa istiqamətlərdə axtarmağa başlayacaq. Xüsusilə də, qadınlar daim sevildiklərini bilmək istəyirlər. Onların xoşbəxt olması üçün sevildiyini anlamaları çox önəmlidir". Müsahibimizin sözlərinə görə, əksər cütlüklər məhz hiss etdiklərini ifadə edə bilmədiklərindən ayrılırlar: "Bəzi insanlar isə qarşı tərəfin hansısa davranışını bəyənmədikdə, bu haqda susur və bunu deməyi özlərinə sığışdırmırlar. Halbuki vaxtında sakit və mülayim tərzdə deyilən "Sən mənə az diqqət ayırırsan", "Bunu deməyin xətrimə dəyir", "Evə gec gəlməyin məni çox üzür", "Səliqəsiz və baxımsız görünüşün məni səndən uzaqlaşdırır" sözləri bir çox cütlüklərin ayrılmasının qarşısını ala bilər. "Elə də insanlar var ki, münasibətlərində yaranan hansısa xoşagəlməz halı aydınlaşdırmaq əvəzinə susmaqla qarşı tərəfi cəzalandırmaq istəyirlər. Bu cür davranış həm kişilər, həm də qadınlar üçün xarakterikdir. Onlar belə edərək qarşı tərəfin narahat olmasına və özünü günahkar hiss etməsinə çalışırlar". Psixoloq bildirir ki, qadınlar çox vaxt küskün üz ifadəsini qəsdən alırlar. Kişilər isə qürurlarına sığışdırıb nədən incidiklərini deyə bilmirlər. Demədikdə isə qarşı tərəfə nəyisə anlatmaq çətin, bəzən də mümkünsüz olur. J.Həmidlinin dediyinə görə, ümumiyyətlə, münasibəti qorumaq çox çətindir. Hətta hiss etdiyini sözlə belə ifadə etdikdə, qarşı tərəfi başa salmaq mürəkkəbdir. Həmsöhbətimiz qeyd edib ki, bir-birini dəyişməyə cəhd də sevgi hisslərini tədricən öldürür: "Hər bir insanın öz vərdişləri var ki, onları dəyişmək onun üçün çətin prosesdir. Əksər hallarda isə insan öz vərdişlərini, davranışını dəyişmək istəmir. Bunu davamlı tələb edən qarşı tərəf isə onu qıcıqlandırmağa başlayır". Sevgiyə qarşı tərəfin təhqir olunması da mane ola bilər. Belə ki, başqalarının yanında sevdiyi insanı təhqir etmək onun ürəyini qıra bilər. Psixoloq məsləhət görür ki, başqaları yanında mübahisə etməyə dəyməz: "Xüsusilə də, oğlanın dostları yanında dava salmaq, onu təhqir etmək münasibətə son qoya bilər. Belə ki, oğlanlar üçün dostlarının fikri, ona hörmət etməsi çox önəmlidir. Və o, təhqir olunmağını sizə bağışlamaya bilər. Bu cür hərəkətlərə qətiyyən yol verməyin". Nə qədər qəribə olsa da, hədsiz səmimiyyət də sevgiyə mane olur. Həmidlinin sözlərinə görə, bir-birinizə olan marağı itirməmək üçün hər şeyi danışmayın: "Qoy sizin də sirləriniz, bəlli olmayan tərəfləriniz qalsın. Əks halda münasibətiniz darıxdırıcı ola bilər. Çox yaxın və səmimi olmaq münasibətin ilkin mərhələsində insanı xoşbəxt etsə də, tədricən qıcıqlandırmağa başlayır. Tərəflər getdikcə əhəmiyyətsiz səbəblərə görə də mübahisə edir və arada olan pərdəni götürürlər. Bütün bunlar insana yenilik axtarmağa çağırır. Hədsiz bir-birinə qarşı açıq olmaq sevginin dostluğa çevrilməsinə gətirib çıxarır ki, bu heç də yaxşı hal deyil". Müsahibimizə görə, əvvəllər boşanmış insanlar həm ailə üzvləri və qohumları, həm də kənar insanlar tərəfindən çox qınanılırdı. Çox vaxt qadınlar boşanmaqdan qorxur və "məni barmaqla göstərəcəklər" deyirdilər. İndi isə vəziyyət dəyişib. Çox vaxt ər və arvadın valideynləri onların ayrılmağını dəstəkləyir və "Ondan sənə arvad olmaz!", "Ərin sənə gün verməyəcək!" deyirlər. Əvvəllər isə adətən ataları qızlarına "Ər evinə getdinsə, ordan bir də qayıtmayacaqsan" deyirdilər: "Əgər yaşlı xanımların ailə və həyat yoldaşları barədə söhbətlərinə fikir versəniz, onların necə əziyyətlərə dözərək gəlin getdiyi ailədə yaşadığını və ata evinə qayıtmadığını görəcəksiz. Bu gün isə ictimai qınağın azlığı gənclərin daha səbirsiz olmağına gətirib çıxarıb. Hətta iki-üç uşaqları olan ailələr belə dağılır. Buna görə isə ən çox uşaqlar stress keçirir. Əksər də boşanmalar evliliyin 5 il - adaptasiya olma ilinə qədər baş verir. Boşanan cütlüklər gənc olduqları üçün yenidən ailə qurmağa çalışırlar. Bəzi belə cütlüklər uşaqlarını nənələrinə himayəyə verir və yeni şəxsi münasibətə başlayırlar". Onun dediyinə görə, maddi problemlər də sevgiyə mane ola bilər: "Tərəflərdən biri bədxərc, birisə qənaətcildirsə, pula görə aralarında söz-söhbət olacaq. Pulun azlığından şikayət də sevginin azalmasına gətirib çıxarır. Eləcə də, bir-birinə qarşı olan inamsızlıq və şübhələr də sevgini məhv edir".
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - RƏSMİ + SİYAHI
Bananlı desert (foto-resept)
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Körpə dünyaya gəldikdən sonra hansı əməlləri yerinə yetirməli?
Ermənilər Madagizi nə vaxt işğal etmişdi? - FOTO
Hikmət Hacıyev: “Ermənistanın hücumu nəticəsində 16 yaşlı yeniyetmə vəfat edib”
Hamiləlik dövründə saç boyamaq zərərlidirmi?
Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
Azərbaycanda ilan təsərrüfatları yaradılır - VİDEO
4 gündə 2 kiloqram arıqladan pəhriz
Ermənistan Qarabağa könüllüləri yığır
Yay üçün donlar
Novruz Məmmədov: "Biz bununla bağlı öhdəlik götürməmişik"
Pelin Karahan plastik əməliyyat olundu?-FOTO
Bülənt Ərsoydan Azərbaycanla bağlı paylaşım
Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu
9 may - Qələbə günüdür!
Xəyanət nədən yaranır?
Ducle Candy Ruiz
Az yatanlar tez xəstələnir
Bu xəbəri oxuyan uşağına onu verməz
Hava xəbərdarlığı
Azərbaycandan zəvvarların Həccə getmə və qayıtma tarixləri məlum oldu
Çərşənbədən yaza çıxacaqdıq, yağışla qar elə demir...
ÜST rəhbəri: “Dünyada pandemiya güclənir”
Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq
Diqqət! Pul kisənizi bu cibinizdə saxlamayın! - FOTO
Dəridə yaranan ləkələrin səbəbləri
Ucuz məhsulları buradan ala bilərsiniz
"Taxt-tac oyunları"nın aktrisası öldü
Qaynadılmış kartof sayəsində işıq yandırdı-VİDEO
Qənirə Paşayeva müəllimlərlə görüşdü
Məşhur Azərbaycan kəndi təlaş içərisində: nə vurmaq olur, nə də qaçmaq
Ayaqqabı modelləri
Azərbaycana qar yağır
İki böyük ölkə dollardan imtina edir
Nazirlikdən orta məktəblərdə yeniliklə bağlı açıqlama
Azərbaycan çətin sözdür?
İnsanın daha bir əcdadı tapılıb
Meyvəli tort
Uşaqlarda yerini islatma
Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək
TQDK-dan xəbərdarlıq!
Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTO
Bill Geytsin qızı müsəlman Naillə nişanlandı - FOTO
Putin ilin ən nüfuzlu lideri seçilib
Günün qoroskopu: yaxınlarınız ideyalarınıza dəstək olacaqlar
"Ceyms Bond"un aktrisası öldü-FOTO
Şəhid atasından qürurverici sözlər - VİDEO















- ŞƏRHLƏR