3 il bundan öncə Türkan adlı qız işlədiyi müəssisədə bir gənclə tanış olur, amma çox keçmir ki, onların yolları ayrılır. Hadisədən iki il keçdikdən sonra gənclər ayrı-ayrı ölkələrdə yaşamaqlarına baxmayaraq, sosial şəbəkə vasitəsi ilə yenidən qarşılaşırlar. Bir-birlərinə simpatiya hiss edən cütlük virtual olsa da münasibət qurur. Üstündən elə də vaxt keçməyib və cütlük hazırda nişanlıdır…
Yəni sosial şəbəkə gəncləri qovuşdurdu və tanışlıq müsbət sonluqla bitdi. Amma ANS PRESS-in məlumatına görə, sosial şəbəkələr vasitəsi ilə qurulan münasibətlər hər zaman belə xoş sonluqla bitmir. Bəzən ölkədə ildən ilə artan boşanmaların kökündə məhz sosial şəbəkələr durur. Bunu statistik göstəricilər də sübut edir. Dövlət Statistika Komitəsinin məlumatlarından belə görünür ki, ölkəyə sosial şəbəkələrin ayaq açdığı 2006 - 2007-ci illərdən sonra boşanmalar sürətlə artmağa başlayıb. Məsələn, 2009-cu ildə 7784 cütlük boşanıb. 2010-cu il 9061, 2011-ci ildə 10747, 2012-ci iləd 11087, 2013-cü ildə isə 11730 cütlüyün boşanması qeydə alınıb. Yəni hər il boşananların sayı 400-500, hətta 700 cütlük artır. Evlənənləri sayı isə dəyişmir və 80 min ətrafında dəyişir. Əgər 5 il qabaq 10 nikahdan biri boşanma ilə bitirdisə, hazırda ailə qurmuş 8 cütlükdən 1-i ayrılır.
Psixoloqlar bunu internetin son illərdə cəmiyyətin ayrılmaz hissəsinə çevrilməsi ilə izah edirlər. Bəziləri üçün internet o dərəcədə vacibləşib ki, sutka ərzində əksər zamanını kompyuter arxasında keçirir, psixoloqlar bu halı xəstəlik kimi də qiymətləndirirlər. Hazırda ölkəmizdə statistikaya əsasən, hər 100 insana 73 kompyuter düşür və Azərbaycanın əhalisinin 70 %-i internetdən istifadə edir. Dünya şəbəkəsi, demək olar ki, müasir gənclərin 90% faizini öz toruna salıb. Onlar internetsiz həyat təsəvvür edə bilmirlər. Onlar üçün virtual tanışlıq daha tez, asan və (ilk baxışdan) təhlükəsizdir. Ən cox bu vasitəsitədən, real həyatda ünsiyyət problemi olan, və ya hansısa səbəbdən real münasibətlərdən çəkinən insanlar istifadə edir. ANS PRESS-in sosial şəbəkələrdə apardığı sorğudan aydın olub ki, gənclər arasında virtual dünyadan evliliklərin tərfdarlarının sayı çoxdur: “İnternetdə tanış olub evlənərdinizmi?" sualına 26 nəfərdən cavab gəlib - onlardan 12-si "evlənərəm, əsas olan sevgidir", 5 nəfər "bəlkə evlənərəm", 9-u isə "qəti evlənmərəm" cavabın verib.
Amma bu evliliklərin bəziləri normal qaydada davam etsə də, bəziləri qısa müddətdən sonra dağılır. Psixoloq və sosioloqların bir çoxu ailələrin dağılmasını məhz çütlüklər araslında yaşanan ünsiyyət problemi ilə əlaqələndirirlər. Hətta bəzi sosioloqlar internet vasitəsi ilə ünsiyyəti fərdin real şəxsi ünsiyyət qurmasında ən böyük maneə hesab edirlər.
Psixoloq Dəyanət Rzayev də bu fikirdədir. “İnternet, eləcə də tanışlıq saytları insanlar arasında canlı ünsiyyəti azaldır, onları bir-birindən uzaqlaşdırır. Əvvəllər tez-tez görüşən insanlar indi internetdə yazışmağa üstünlük verirlər. Eyni zamanda insanların özlərinə qapanmasına, cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır. Ən əsası isə bu cür saytlara daxil olan insanlarda yaxınlarına qarşı soyuqluq yaranır, ailələrinə daha az vaxt ayırmağa başlayırlar”,- deyə Dəyanət Rzayev ANS PRESS-ə bildirb.
Tanışlıq saytlarının ailələrin dağılmasına, hətta dəhşətli cinayətlərin baş verməsinə də gətirib çıxardığını deyən psixoloq, qeyd edib ki, belə faktlar kifayət qədər çoxdur və sayının getdikcə artması ciddi narahatlıq doğurur. Ən çox narahatlıq doğuran məsələlərdən biri isə tanışlıq saytlarında cinsi azlıqların iştirak etməsidir. Onlar yazışdıqları insanları pis yola təhrik edə bilərlər.
Mənfi tərəflərinin çox olmasına baxmayaraq, D.Rzayev tanışlıq saytlarının müsbət tərəflərinin də olduğunu qeyd edib. Bildirib ki, bu cür saytlara daxil olan insanlar bir-biri ilə ünsiyyət yaradırlar, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparırlar ki, bu da müsbət haldır.
Problemin həllinə gəlincə, D.Rzayev internetdə zərərli saytlara tam məhdudiyyət qoymağın mümkün olmadığını bildirərək maarifləndirmə işinin gücləndirilməsini vacib sayıb: “ABŞ-da uşaqların zərərli saytlara girişinin qarşısını almaq üçün yaşı 18-dən az olan uşaqların və yeniyetmələrin gün ərzində iki saatdan artıq internetə daxil olmasına icazə verilmir. Bizdə də bu sahədə effektli tədbirlər görülməli, xüsusən uşaqlar arasında maarifləndirmə işi aparılmalı, onlara nəzarət gücləndirilməlidir”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İspanaqlı ət yeməyi (foto-resept)
Axı nədən yazaq və ya bəlkə heç yazmayaq?
Ağciyər xərçəngindən qorunmaq üçün
Azərbaycanda qatarların sürəti niyə artırılmır?
Möhtəşəm yay ayaqqabları
Qayda pozuntuları mobil telefonlara göndəriləcək
Stressə qidalarla qalib gəlin!
Düşmən seçimini etdi - MÜHARİBƏ
Haram insanın övladına nə kimi təsir edir?
İdmançımız dünya rekordunu təzələdi
Dəbli ayaqqabı modelləri
Neft bahalaşdı
Ağdamsız 25 il...
Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu keçdi
Dekorasiyada vintage tərzi
Ziyafət donları
Metin Hara Adriana Lima haqqında danışdı-FOTO
Hindistan qozlu şokoladlı tort (foto resept)
Körpəni ana bətnində ikən əməliyyat etdilər-AZƏRBAYCANDA
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Sevgi anadan, inam atadan...
Oval üzlərə yaraşan saç tərzi
Azərbaycana gələn daha üç şəxsdə koronavirus tapıldı
ELtisi Eceni yenə məhkəməyə verdi-SƏBƏB
İnsanları idarə etmək üçün 7 oyun
Tarixin ən uzunmüddətli günəş tutulması baş verəcək
Azərbaycanda tikinti işlərinə məhdudiyyət qoyuldu
“Hazırda Azərbaycanda alternativ enerjidən istifadə 17 faizə yaxındır” - Əflatun Amaşov
Azərbaycan Rusiyanı darmadağın etdi
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
Gözəllik müsabiqəsində qalibin saçları alışdı - FOTO
Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib
iPhone gözləniləndən yaxşı satılır
Dünyanın ən “şirin” haker hücumu - FOTO
Dəmir əskikliyi zəka geriliyinin səbəbkarıdır
Uşaqların duyğularını bölüşmə vasitəsi
"Xaçapuri" (foto-resept)
"Kimin oruca nə vaxt başlaması və nə vaxt bayram etməsi öz işidir"
İngilislər televizor üstündə dalaşdı
Obama rusların Suriyadakı əməliyyatlarını tənqid etdi
Albalılı ruletlər (foto resept)
77 qəpiyə gələn mal Azərbaycanda 20 manata satılır
Qızılı sevən, siyasətdən qaçan, vətəni olmayan adamlar...
Bakıda elə isti olacaq ki...
Azərbaycanda torpaq alqı-satqısında yeni qaydalar
Dəbli üzük modelləri
"Oscar"-2019-təqdim olacaq-NAMİZƏDLƏR
Göygöldə Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi qeyd olunub
Bakı dəyişəcək - amma necə?
Şahzadə quşları üçün 80 təyyarə bileti aldı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]