Müsahibimin sözlərinə görə, lakin hər kəs sosial şəbəkələrdən faydalı şəkildə istifadə etmir: “Bəzən insanlar, xüsusilə də gənclər saatlarla sosial şəbəkələrdə vaxt itirirlər. Bu cür gəzişmələr həmin şəxsləri bəzən müxtəlif pis niyyətli şəxs və ya qrupların toruna salır ki, bu da heç də həmişə xoş sonluqla nəticələnmir. Düzdür, müəyyən mənada sosial şəbəkələr sosiallaşma vasitəsi olsa da, virtual olaraq insanlarla əlaqə qurmağa üstünlük verən şəxslər real həyatda bu sosiallığı nümayiş etdirə və özlərini təsdiq edə bilmirlər. Müəyyən mənada doğrudur. Qeyd etdiyim kimi mən də 30-40% bu məqsədlə istifadə edirəm”. O da vurğulandı ki, sosial şəbəkələrin işini bununla məhdudlaşdırmaq olmaz. Belə ki, sosial şəbəkə həm insanları birləşdirmək, həm də müxtəlif tipli sosial problemləri həll etmək baxımından çox effektivdir.
G.Nəzərova deyir ki, sosial şəbəkələrin olmadığı dövrlərdə hansısa ağır problemlə qarşılaşan, lakin maddi çətinlik ucbatından onu həll edə bilmirdilərsə, hazırda sosial şəbəkələr vasitəsilə xeyirxah insanların köməkliyi ilə çox vaxt bunun öhdəsindən gəlirlər: “Bundan əlavə, Azərbaycanda sosial şəbəkələr vasitəsilə müəyyən hüquqi, fiziki şəxslə bağlı reklamın aparılması, online satışın həyata keçirilməsi ən çox yayılanlar içərisindədir. Qeyd edim ki, bu üsul televiziyadan daha effektivdir. Lakin sosial şəbəkələr həm də saxtakarlar üçün münbit şərait yaradır. İnsanların emosiyalarından peşəkarlıqla istifadə edən bu fırıldaqçılar yardım adı ilə insanların pullarını mənimsəyə bilirlər. Bu baxımdan insanlar yardım edərkən çox diqqətli olmalıdırlar. Çünki belə hallarda bəzən ehtiyacı olan yerinə, yardım fırıldaqçının məqsədini reallaşdırmaq vasitəsinə çevrilə bilər. Hesab edirəm ki, qeyd etdiklərim ölkədə sosial şəbəkələr vasitəsilə ən çox reallaşan məqamlardır”.
Müsahibim hesab edir ki, sosial şəbəkələrlə bağlı birmənalı münasibət dəyişməlidir: “İnsanlar, xüsusən uşaqlar və gənclər sosial şəbəkələrdən faydalı məqsədlər üçün istifadə etməlidirlər. Bu mənada elm və təhsilə aid müəyyən qurupların yaradılması, gənclərin həmin qruplarda müzakirələr aparması çox faydalı ola bilər. Bu cür məsələlərdə valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Texnologiyanın pis təsirləri barədə ilk öncə valideynlər maariflənməli və övladlarını tərbiyə edərkən bunu nəzərə almalıdırlar. Lakin bu məsələni qadağa formasında həyata keçirmək heç də effektiv olmayacaq. Çünki insanlar həm qadağalara daha çox meyl edirlər, digər mənada isə mobil telefon, qonşular, internet kafelər uşaqların/gənclərin sosial şəbəkələr və digər internet xidmətlərindən istifadəsinə şərait yarada bilər. Valideynlər və mütəxəssislər sosial şəbəkələrdəki neqativ hallar, onların psixoloji təsiri barədə uşaqları/gəncləri maarifləndirə bilər. Eyni zamanda makro səviyyədə də işlər aparılmalıdır. Məsələn, məktəblərdə, universitetlərdə müəyyən saytlara çıxış üçün qadağa qoyulmalı və ya məhdudlaşdırılmalıdır. Son məqamda isə insanın özü bu məsələdə maraqlı olmalıdır”.
Sosial şəbəkələr gənclərə mənfi örnəkdirmi?Digər müsahibim, sosial şəbəkələrin gənc istifadəçilərindən biri olan Doğu Akdeniz Universitetinin tələbəsi Rəşad Bədirlidir. O, sosial şəbəkələrin artıq hər kəsin həyatında çox mühüm yer tutduğunu, əsasən də gənclərin daha çox istifadə etdiyini deyir: “XXI əsr internet əsridir desək, yanılmarıq. Çünki artıq hər kəsin əlində telefon və hər kəsin evində, iş yerində kompyuter var. Hər kəs rahatlıqla internetdən istifadə edir. Mən bir tələbə kimi sosial şəbəkələrdən, demək olar ki, çox istifadə edirəm. Düşünürəm ki, sosial şəbəkə hər kəs üçün vacibdir. İstifadə etdiyim sosial şəbəkələr “Facebook” , “WhatsApp”, “İnstagram”, “BBM” , “Odnoklassniki” və s. Bu sosial şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə edirəm. Doğu Akdeniz Universtetində 86-dan çox ölkədən tələbə təhsil alır. Bunlar fərqli ölkələrdən olduqları üçün onlarla daima ünsiyyətdə olmaq biraz çətindir. Fərqli sosial şəbəkələrdən istifadə edirlər. Buna görə də onlarla ünsiyyətdə olmaq üçün bu sosial şəbəkələr vacibdir. “Facebook”, “Skayp” ilə əsasən yaxın dostlarımla əlaqə üçün və ya işlə bağlı məsələlər üçün istifadə edirəm. DAU Şimali Kiprin Famagusta şəhərində yerləşdiyinə görə, ailəmlə hər gün ünsiyyətdə olmaq biraz çətindir. Amma “Skayp” xaricdə təhsil alan tələbələrin yaxın dostudur da deyə bilərik”.R.Bədirli ən çox üstünlük verdiyi sosial şəbəkələrdən birinin də “Facebook” olduğunu deyir. Bunun səbəbini onunla izah edir ki, “Facebook” vasitəsi ilə hər gün dünyada baş verən müxtəlif xəbərlərdən agah olur, dostlarının paylaşdıqları uğurların şahidi olur, müəyyən önəmli fikirlər paylaşıldığında və ya müzakirəyə qoyulduğunda öz fikirlərini bildirə bilir:
“Bəzən deyirlər ki, sosial şəbəkələr gənclərə mənfi örnəkdir. Mən bununla razı deyiləm. Demirəm ki, mənfi cəhətləri yoxdur. Mənfi tərəfini fikirləşdiyimiz qədər müsbət tərəflərini də fikirləşmək lazımdır. Mənfi tərəfi olaraq deyə bilərik ki, çox istifadə etmək gözlərə ziyandır və insanı pisixoloji cəhətdən internetə məhkum edir. Təbii ki, bunu hər kəsə aid etmək olmaz. Hər şey insanın iradəsindən asılıdır. Keçmiş dövrdə insanlar bir-birlərinə söz demək üçün uzaq məsafələr qət edirdilər. Bu əslində yaxşı idi və insanı bayıra çıxaraq gəzməsinə və təmiz hava almasına vadar edirdi. Amma bir tərəfdən də fikirləşsək, o qədər yolu bir söz üçün qət etməkdənsə qısaca hansısa bir sosial şəbəkə vasitəsilə bunu həll etmək mümkündür. Bu daha az vaxtın itirilmiş olduğunun bir göstəricisidir. İndiki dövr sosial şəbəkələr dövrüdür. Məncə, bu vasitələrdən müsbət düşüncələrlə istifadə etmək lazımdır. Həyatımızda sosial şəbəkələrin olması işlərimizin daha tez həllinin yoludur. Demək olar ki, bütün iş sahələrində internetdən istifadə edilir. Sosial şəbəkələr vasitəsi ilə iş adamı olaraq hər kəs bir-birinə hazırladıqları müqavilələri, məqalələri və faylları qısa bir zamanda ötürə bilir. Daha çox uğurlar əldə etmək üçün zaman çox önəmli oduğu kimi, işlərimizdə daha çox zaman əldə etmək üçün sosial şəbəkələrdən istifadə etmək də o qədər önəmlidir”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yarpaqları yandırmayın!
"Zodiak" salatı (foto resept)
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Tarkan və xanımı 10 il əvvəl-FOTO
Dünyanın ən bahalı almaz ayaqqabısı
“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEO
Toshiba 4K formatlı noutbuk buraxacaq
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair tapşırıq verdi
"Qarabağ qara ləkədir"
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
Siqaret yenidən ucuzlaşdı
Soçi 2014: dünənin çempionları
Sabahın HAVAsı
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Uşağınızla evdə vaxt keçirmək üçün...
Məşhurlara bənzəmək üçün sərvət xərcləyənlər
Azərbaycan tarixindən yüz şəxsiyyət-39
Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib - VİDEO
Döş xərçənginin dərmanı tapıldı
Hava necə olacaq?
Zeze__cards - 4
Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
Rənglər haqqımızda nələr deyir?
Bakıda doğru Şaxta babanı necə tapmaq olar?
Uşaq ensiklopediyası(12)
Milyarder insanları Aya aparacaq
Azərbaycanın tanınmış şairinin vəziyyəti pisləşib
Adriana Limadan türk sevgilisinə romantik mesaj
Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Şimali Koreyada daha bir qadağa
Öd kisəsində daş yaranmasına səbəb olan hallar
Hamilə olduğunu doğuşdan 1 gün əvvəl öyrəndi-AZƏRBAYCANDA
Azərbaycana yeni vəzifə həvalə edildi
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Şeytanla odunçunun döyüşü
Tolqa Karel yeni ev aldı
Sizcə göz dəymə varmı?
Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Keti Perridən qəribə açıqlama
Qeyri-adi üzüklər
Hilal Altınbilek AÇIQLAMA verdi
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
Ayrılıq səbəbi bəlli oldu-XƏYANƏT
Bu gündən hava soyuyur
"Çukur" cəzalandırıldı-SƏBƏB
Düşmən mövqelərimizi minalarla vurur
Beren Saat onunla görüntüləndi-FOTO
Almalı piroq (foto resept)
Barbi tortu (foto resept)
- ŞƏRHLƏR