
Azərbaycan gələn il sosial sahələrdə məqsədli proqramların həyata keçirilməsinə xərcləri 885 milyon manatadək artıracaq ki, bu da cari ilin proqnoz göstəricilərini 37 faiz üstələyir. Bu yaxınlarda təsdiq edilmiş təhsilin inkişafı üzrə dövlət strategiyası da bu proqramlar sırasına daxildir. Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə günü Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan haqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin geniştərkibli iclasında 2014-cü il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. Nazirin sözlərinə görə, 2014-cü ildə dövlət büdcəsinin sosial yönümlü xərcləri cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 5,9 faiz və ya 298,9 milyon manat artımla, həmçinin 2012-ci ilin faktiki göstəricilərinə nisbətən 597,1 milyon manat və ya 12,6 faiz artımla 5,337 milyard manat səviyyəsində proqnozlaşdırılır. Sosial yönümlü xərclərin 15,1 faizi və ya 3,034 milyard manatı əməkhaqlarının, 9,1 faizi və ya 1,82 milyard manatı pensiya və sosial müavinətlərin ödənişinin, 1,5 faizi və ya 305,3 milyon manatı ərzaq məhsullarının, 0,9 faiz və ya 176,9 milyon mantı isə dərman və sarğı materiallarının alınmasının payına düşür. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 18,384 milyard manat (2014-cü il üçün proqnozlaşdırılan ÜDM-in 31,4 faizi), xərclər 20,063 milyard manat (ÜDM-in 34,3 faizi) səviyyəsində proqnozlaşdırılır. 2014-cü il büdcəsinin gəlirlər hissəsi 2013-cü ilə nisbətən az nəzərdə tutulub. Proqnoza əsasən, 2014-cü ildə büdcə gəlirlərinin həcmi cari ilə nisbətən 775 milyon manat və ya 4 faiz az olacaq və 2012-ci ilin faktiki göstəricilərini 1,103 milyard manat və ya 6,4 faiz üstələyəcək. Gələn il xərclər 2013-cü ilə nisbətən 213 milyon manat, yaxud 1,1 faiz, 2012-ci ilin faktiki göstəricilərinə nisbətən 15,2 faiz artacaq. Büdcə kəsiri 2013-cü ildəki 691 milyon manat proqnoza və 2012-ci il ərzindəki 135 milyon manatlıq faktiki göstəriciyə qarşı 1,679 milyard manat səviyyəsində proqnozlaşdırılıb.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İspaniya uçan taksilərin xidmətindən istifadənin vaxtını elan etdi
Mimikaki
Dərmansız ağıl dəvası?
İrəvan namaza icazə vermədi
Emindən sevənlərinə sürpriz - FOTO
52 yaşındaki kadının vücudundan 107 kg tümör çıkarıldı - Şok olayı
Əcaib qadınlar
Hava haqqında - 16.03.2014
Bu fotolara diqqətlə baxın
Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi
Prezidentin maşın yoluna xalça döşəndi
Lotoreyada 63 milyon avro uddu
Çimərlik geyimləri
Məşhur bloqqer ad günündə öldü-SƏBƏB
Hərəkət edən heykəl
Azad söz (6-cı hissə)
Avtomobil idxalı azalıb
İran və Türkiyə 4 memorandum imzaladılar
Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar-FOTO
Dünyanın ən bahalı Yeni il ağacı - VİDEO
Şəhid olan əsgər torpağa tapşırıldı
Qeysəriyyə əməliyyatından sonra
Balla gözəlləşin
Mənim dilim - mənim düşmənimdir
Erməniləri saran qorxu
Zövqlü saç aksessuarları
Ən yaxşı həyat yoldaşı olan 5 bürc
2016-cı ilin rəngləri
Suriya prezidentini seçdi
Ordumuz böyük təlimə başlayır
Tom Hanksin oğlu koronavirusa yoluxmuş valideynlərindən danışdı
“Sihirli annem”in filmi çəkiləcək
İyulun 1-dək beynəlxalq uçuşlar qadağandır - RƏSMİ
Dünyanın ən gözəl nişan üzüyü SEÇİLDİ - FOTO
Tələbələrə şad xəbər: təqaüdlər artırılacaq
Uzun kipriklərə sahib olaq
Kremli meyvə salatı (foto resept)
Şuşa şəhərinin baş planının hazırlanmasına start verilib - RƏSMİ
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
Şahzadə tənqid olundu-SƏBƏB
Qara nöqtələri sıxmayın!
Bergüzar Korel və Halit Ergenç karantin günləri necə keçirir?
Maşınlarda pərdə və plyonkadan istifadəyə icazə veriləcək
Dəniz Çakır haqda istintaq başladı-SƏBƏB
Hava haqqında
Brent markalı neft 44 dollara satılır
Bakının girişi dəyişiləcək - FOTO
Arıqladan mixək suyu
Aslı Enverlə Murad Boz ayrılıb
"Qapılar bağlanır, növbəti stansiya "Ronaldu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]