Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərginin açılması Azərbaycan mədəniyyəti və ədəbi irsinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib. Trend-in məlumatına görə, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdəki Məktublar və Əlyazmalar Muzeyində təşkil olunan sərginin açılış mərasimi noyabrın 12-də keçirilib. Tədbirdə Muzeyin təsisçisi və prezidenti Jerar Leritiye, səlahiyyətli nümayəndəsi Paskal Fülaşe, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, senator Pyer Bordie, Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun müəllimi Aygün Eyyubova çıxış ediblər. Çıxışlarda bu sərginin Nizami Gəncəvinin Fransada tanınmasında, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasında mühüm rol oynayacağına əminlik ifadə olunub. Qeyd edək ki, Heydər Əliyev Fondu Fransada Şərq intibahının parlaq simalarından olan Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirir. Bu gün Parisdə, Azərbaycan Mədəniyyət Evində N.Gəncəvini sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunacaq. Mədəni-kütləvi tədbirlərin noyabrın 19-da Strasburqda da keçirilməsi nəzərdə tutulur. Artıq Paris sakinləri üçün açıq olan sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar - Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları və əks olunduğu çini qablar, "Xəmsə"yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər nümayiş olunur. Ekspozisiyada, həmçinin şairin doğulduğu Gəncə şəhərinin qədim və müasir həyatını əks etdirən fotolar, N.Gəncəvinin Gəncədəki məqbərəsinin maketi, Bakı, Sank-Peterburq, Moskva, Roma, Çeboksarı və Pekində ucalan abidələrinin şəkilləri, Heydər Əliyev Fondunun Nizami yaradıcılığına dair nəşrləri sərgilənir. Sərgidən geniş fotosessiyanı təqdim edirik.
Mənbə: Trend.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hava necə olacaq?
Məşhur aktyor və aktrisa sevgili olduqlarını etiraf etdilər - FOTO
Sulu qar yağacaq
Kahının inanılmaz faydaları
Şagird sıxlığı yüksək olan siniflər bölünəcək
İlk güclü ulduz partlayışı qeydə alındı
Sərt karantin rejimi Lənkəranın kəndlərinə də aiddir? - Açıqlama
Kolumbiyada yeni virus başladı-60 nəfər...
Şəkərli diabet xəstəliyinə tutulan uşaqların sayı artıb
"WhatsApp"da YENİLİK!
"Dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birincidir"
Gülüş: qatil, yoxsa xilaskar?
Malik Məmmədovun şəhidlik zirvəsinə ucalmasından 20 il ötür
İmtahan nəticələri açıqlandı
Dünyanın ən böyük sərnişin gəmisi tikildi
Fransada matəm elan edilib
Dünya şöhrətli "Turandot" Nizami Gəncəvinin əsəri çıxdı
İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti ilə görüşdü - FOTO
Demet Özdemir Oğuzhan Koçla sevgilidir?
“Instagram”da yeni fırıldaqçılıq
"Kirpi" tortu (foto resept)
Bakıda prospekt gölə döndü
Qasırğa ABŞ - Meksika sərhədindəki divarı məhv etdi - VİDEO
Azərbaycanda uşaqlara qoyulan ən qəribə adlar: Ronaldo, Messi, Ataman...
İngilis dili-Cc (2)
Mədəsindən 8 kq pul çıxdı – FOTO
Şokoladlı maffinlər(foto resept)
Dünyanın ən "gur" doğum evi: fasiləsiz doğuşlar
Sofi Terner ana oldu
Məşhur cütlüyün övlad arzusu
"Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi üçün bir milyon manat ayrıldı
Latviya buz festivalı
Əl işləri- Toxunma ayaqqabılar
Tiflisdə Azərbaycanın xalq artisti Səyavuş Aslanın xatirəsi anıldı
Məşhur müğənni intihar etdi-SƏBƏB
Hava haqqında
Nişanlısı yerinə atası ilə FOTOsessiya etdi
В«FeysbukВ»un pilotsuz təyyarələrindən ucuz internet
Builki Həcc ziyarəti ləğv edildi
Ronaldo tarixə düşdü
Buzlu şaftalı çayı (foto-resept)
“CNN Türk”ün xanım əməkdaşı Azərbaycanla bağlı xatirələrini paylaşdı –VİDEO
Çörək bahalaşmayacaq – RƏSMİ AÇIQLAMA
IV sinif dərsliklərinin taleyi nə olacaq?
Dövlət Komitəsi: Ramazan bayramı dini amillərdən asılı olduğundan fitva vermək səlahiyyəti QMİ-nindir
İdman beyni inkişaf etdirir
Yer yarıldı, avtomobillər yerə girdi
Dünyanı gəzmək üçün hər şeylərini satdılar-FOTO
Cəbrayılın işğaldan azad olunan kəndlərinin görüntüləri - VİDEO
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]