Qadin.NET / Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib

Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərginin açılması Azərbaycan mədəniyyəti və ədəbi irsinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib. Trend-in məlumatına görə, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdəki Məktublar və Əlyazmalar Muzeyində təşkil olunan sərginin açılış mərasimi noyabrın 12-də keçirilib. Tədbirdə Muzeyin təsisçisi və prezidenti Jerar Leritiye, səlahiyyətli nümayəndəsi Paskal Fülaşe, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, senator Pyer Bordie, Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun müəllimi Aygün Eyyubova çıxış ediblər. Çıxışlarda bu sərginin Nizami Gəncəvinin Fransada tanınmasında, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasında mühüm rol oynayacağına əminlik ifadə olunub. Qeyd edək ki, Heydər Əliyev Fondu Fransada Şərq intibahının parlaq simalarından olan Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirir. Bu gün Parisdə, Azərbaycan Mədəniyyət Evində N.Gəncəvini sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunacaq. Mədəni-kütləvi tədbirlərin noyabrın 19-da Strasburqda da keçirilməsi nəzərdə tutulur. Artıq Paris sakinləri üçün açıq olan sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar - Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları və əks olunduğu çini qablar, "Xəmsə"yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər nümayiş olunur. Ekspozisiyada, həmçinin şairin doğulduğu Gəncə şəhərinin qədim və müasir həyatını əks etdirən fotolar, N.Gəncəvinin Gəncədəki məqbərəsinin maketi, Bakı, Sank-Peterburq, Moskva, Roma, Çeboksarı və Pekində ucalan abidələrinin şəkilləri, Heydər Əliyev Fondunun Nizami yaradıcılığına dair nəşrləri sərgilənir. Sərgidən geniş fotosessiyanı təqdim edirik.

Mənbə: Trend.Az

Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib

Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib

Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib

Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib

Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib

Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib

Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib

Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib

Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib

13 noyabr 2013
GO BACK