
"Yalan ayaq tutar, amma yeriməz" deyən atalarımız hər zaman bizi dürüst olmağa çağırıblar. İnsanın ancaq dürüstlüklə irəli gedəcəyini düşünən başbilənlər yalan danışmağın zaman-zaman insanın qarşısına çıxardığı çətinliklərdən söz açıblar. Belə ki, yalan danışmaq təkcə əxlaqi, mənəvi baxımdan deyil, eləcə də fiziki baxımdan insana zərər vurur.Amerikalı elm adamlarının araşdırmalarına görə, dürüst olmaq insanı sağlamlaşdırır. Elm adamları yalan danışmanın stressə səbəb olduğunu, bunun da yalnız insan psixologiyasına deyil, bədəninə də zərər verdiyini bildirir. "Bir insanın doğru yolu olub, yolunu itirib, çaşdığını heç görməmişəm" deyən psixoloq Aynur Əlibəylinin sözlərinə görə, doğru yolu izləyərkən nəyin doğru, nəyin səhv olduğunu təyin edən amillər var. Bu amillərin bir hissəsi bioloji meyllər, bir hissəsi əxlaqi vicdan, bir hissəsi isə cəmiyyətin şəkdiyi sərhədlərdir. Ədalətli olmaqla dürüst olmaq biri digərini tamamlayan dəyərlərdir.Psixoloq bildirir ki, dürüstlük 3 cür olur. Həqiqi dürüstlər, onlara sərf etməsə belə hər zaman dürüst qalırlar, satılmırlar. Belə insanlar inanmadığı şeyi əsla həyata keçirməz, deməzlər. Hər cür təsir qarşısında sonuna qədər müqavimət göstərərlər. Niyyətləri, düşündükləri, söylədikləri və etdikləri hər zaman bir-birinə uyğun olur.İkinci növ dürüstlük isə "dürüst görünmə"dir. Belə insanlar başqalarını aldatmaq üçün məqsədli bir şəkildə doğru davranış göstəririlər. Belələri gündəlik həyatda tanımaq mümkün olmur. Bu tip insanlar səhv hərəkətləri ilə peşmançılıq hiss etməyən insanlardır. Hər hansı bir çətin vəziyyət qarşısında anidən əyilə bilən insanlar dürüst görünən insanlardır. "Dürüst görünən" insanlar başqalarında asanca güvən qazandıqları üçün uzun münasibətlərdə onların yalan olduğu ortaya çıxa bilər. Belə insanlar çox zaman tez-tez dürüstlükdən danışarlar. "Kimdə nə yoxdursa, ondan danışır. Bu insanlar ikiüzlü, yalançı olduqları üçün başqalarını aldadıb, yoldan çıxara bilməkdən ötəri tez-tez dürüstlükdən danışır, tez-tez and içirlər".Həmsöhbətimizin sözlərinə görə, üçüncü növ dürüstlük isə vəziyyətə bağlı olan dürüstlükdür. "Bu insanlar olduqları mühit imkan vermədiyi üçün dürüst davranırlar. Yaşadıqları sistem nizamlı, mükafat və cəza mexanizminin yaxşı qurulduğu bir mühitdir. Belə insanlar mühit dəyişən kimi rahatca yalan danışa bilən insanlardır".Müsahibimiz bildirir ki, həqiqəti danışmaqla dürüst olma arasında müəyyən fərqlər var. Bəzi həqiqətlər var ki, onu cəmiyyət arasında dürüstcəsinə demək olmaz. Məsələn, sevdiyin bir insana cəmiyyət içərisində "nəfəsin iy verir, dişlərin çirklidir", - demək həqiqəti söyləməkdir, amma düzgün deyil. Belə vəziyyətlərdə niyyət və nəzakət faktorunu unutmamalıyıq. "Bəzən insanlar yalanla səhvi fərqləndirə bilmirlər. Amma bir məsələyə diqqət edək: hava proqnozunu təqdim edən aparıcının dediklərinin ertəsi gün çıxmaması uşaqlar tərəfindən yalan olaraq qəbul edilə bilər. Ancaq aparıcı ona verilən məlumata əmin olmadığı üçün bu, sadəcə bir səhvdir. Yalan bilərək və istəyərək mənfəət və ya özünü müdafiə etmək üçün insanın doğruları dəyişdirməsi və ya gizləməsidir".Dürüstlük insanı xoşbəxt edir. Amma bu, həyatını mənfəətlər üzərində qurmuş insanlar üçün deyil. Dürüstlüyün inam olaraq insana qayıdışı uzun zaman ala bilər. Dürüst olmayan, çox zaman yalan danışan insanlarda stress, baş ağrıları, ara-sıra ürək sancmaları baş verir. Çünki yalançı insanlar hər zaman söylədikləri yalanların fikri ilə yaşayırlar. Bilirlər ki, yalanları bir gün qarşılarına çıxacaq. Bu səbəbdən belə insanlar çox zaman rahatlıq tapmırlar.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İsveçrələri qadınlar hansı millətdən olan kişilərə üstünlük verirlər?
Türkiyə Prezident Administrasiyası “Bir millət, iki dövlət” sənədli filmini hazırladı - VİDEO
Platforma ayaqqabılar
1 günə izləyicilərinin sayı 2 milyona çatdı - FOTO
Ukraynada müharibə dayanacaqmı?
Tənhalığın səbəbi tapıldı
Azərbaycanda hərbi xidmətə çağırış başladı
Maya maskası və faydaları
Yeni ildə dünya əhalisinin sayı 7,444 milyard nəfərə çatacaq
Bu, milyon ildə bir olur
Şokoladlı mus (foto-resept)
Beyons illər sonra eyni mükafatı aldı-FOTO
Dünya yenə onları izləyəcək
Ofis işçilərinin xəstəliyi
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Hazal Kaya hamilə olduğunu etiraf etdi
Sabahın HAVASI
Azərbaycanda hər gün 36 ailə dağılır
Azərbaycanda “ağıllı ev”lər yaradılacaq
Sadə xaçapuri (foto-resept)
Yumurtanın içindən bütöv yumurta çıxdı
40 otaqlı mağara satışa çıxarıldı - FOTO
Göydələn qəbiristanlıq tikiləcək
Dünyanı Covid-19 bəlasına salan Uhanda Yeni il gecəsi
Niyə "Həyat qadını"..?
Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü olub
Günün qoroskopu: vədlərinizi gerçəkləşdirin
Cem Yılmazın bağında yanğın oldu
"Oğurlanmış səadət"
İftarda qatıq yerinə ayran için
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Makiyaj çantasının 5 əvəzedilməzi
Müasir incəsənət. Silviya Cordedda Fraktal qrafika
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
"Tikilmiş cins"-li mətn effekti yaratmaq(2-ci hissə)
Onların sayəsində dünyada 36-cı yerdəyik
Yerə sürətlə nəhəng asteroid yaxınlaşır - NÜVƏ SİLAHI İLƏ VURULACAQ
Yeni manikür trendi - Şotlandka
Tuba Büyüküstünün gəlinciyi hazırlandı - FOTO
iPhone-dan Galaxy S5-ə...
WhatsApp-da daha bir yenilik
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
Saç aksesuarları
Ordumuz şəhid verdi
Bu şəxslər də güzəştli ipoteka krediti ALA BİLƏCƏK
Ən sürətli 4G şəbəkəsi işə salınıb
Karantin rejiminin yumşaldılması dayandırıldı
Azərbaycanda müəllimlərin dərs yükü norması artırıldı
Günün qoroskopu: əyləncəni unudun
Ebola 10 min adamı məhv etdi















- ŞƏRHLƏR