
Ağıllı hərəkətlər
"Arsenal"ın "Napoli"yə qarşı çərşənbə axşamı oynayacağı heyəti bir qədər anlaşılmaz idi. Mərkəzdə oynamağı sevən 5 yarımmüdafiəçini meydana çıxarmaqla "Arsenal" bütün hədəfini ortaya qoymuş kimi görünürdü: meydanın mərkəzində ağırlıq yaratmaq, amma hücumda kəskin olmamaq, bir sözlə, yaxın keçmişin vərdiş etdiyimiz halları.
Ancaq Özilin heyətə daxil olması problemi həll elədi. Aaron Remsi və yaTomaş Rosiçki cinahdan mərkəzə doğru yerlərini dəyişəndə Özil ağıllı davranmaq məharətinin sayəsində əks istiqamətdə hərəkət edirdi. Öz qolunu sol cinahdan vurdu, ikinci qolun ötürməsini isə sağdan verdi. "Arsenal" sərbəst oynayırdı, oyunçuların hərəkətləri razılaşdırılmış kimi görünürdü: hücumda olan mərkəz müdafiəçiləri triosu bir nəfər kimi oynayırdı.
Topla işləmək
"Arsenal"da özünün ilk qollu ötürməsini Özil "Sanderlend"ə qarşı debüt oyununun 10-cu dəqiqəsində verdi, topu birbaşa Olivye Jirunun sol ayağına "yapışdırdı". Amma ötürmənin qol olmasına səbəb tək onun ötürməsi deyil, həmçinin onun topu işlətməsi idi - Kiran Gibbsin uzaqdan adığı topa o çox qısa zaman ərzində sahibləndi. Ötənilki "el-klassiko"da Özil daha möhtəşəm fənd işlətmişdi, indiyədək gördüklərinizin ən gözəlini. Xabi Alonsonun 60 m-dən klassik diaqonal ötürməsindən sonra Özil topun kürəyinə keçməsinə imkan yaratdı, sonra isə sol ayağı ilə onu istədiyi yerə göndərdi.
Xudpəsəndliyin olmaması
Bir qayda olaraq, mərkəzdə hücumameylli yarımmüdafiəçi komandanın ən istedadlı oyunçusu olur, ancaq oyunda əsas superulduz varsa, bu, böyük problemlər yarada bilər: əgər yarımmüdafiəçi eqoistdirsə, o zaman bu xasiyyəti ona yardımçı rolunu oynamağa imkan verməyəcək. Özilin isə, əksinə, elə bil eqoizmdən xəbəri yoxdur: o, heç şübhəsiz, komanda oyunçusudur, öz hərəkətləri ilə partnyorlarına sərbəst zonalar yaradır. Bu, xususilə "Real"da Kriştianu Ronaldu ilə daha parlaq görünürdü. Həmçinin daha münasib mövqedə olan partnyoruna topu ötürməyi sevir. "Mən qol yaratmağı sevənlərdənəm, - Özil "Arsenal"a keçəndən sonra demişdi. - Mənim partnyorlarım məni eqoist olmayan biri kimi tanıyırlar".
Standartlar
İki mövsüm əvvəl Tomas Vermalen "Uiqan"la səfər görüşündə cərimə zərbəsindən qol vurdu. Bundan əvvəl "Arsenal" 179 dəfə dalbadal "quru" künc zərbəsi vurmuşdu (hə, məhz bu qədər, düzdür, azarkeşlərdə bu rəqəmİan Raytın qollarının sayı ilə assosiasiya olunur, amma quru seriyanın sayı belədir).
Bu, komandanın standart vəziyyətlərdə necə fərsiz olduğunu sübut edir. Ötən il vəziyyət yaxşılaşdı. Ola bilsin ki, bu, Arsen Vengerin köməkçisi vəzifəsinə keçmişdə oyunçu olan və künc zərbələrini əla yerinə yetirən Stiv Bouldun gəlməsiyələ əlaqədardır. Özil isə "Arsenal"ın standartlarını daha təhlükəli edəcək. Tyerri Anri və Robin van Persidən fərqli olaraq, komanda standartlar zamanı cərimə meydançasında təhlükəli oyunçusunu itirməyəcək. "Stok-Siti"nin qapısına vurulmuş hər üç qol Özilin standartları nəticəsində yaranıb.
Etinasızlıq
İngiltərədə belə stereotip var ki, azarkeşlər zəhmətkeş, enerjili, hər top uğrunda mübarizə aparan oyunçuları sevirlər. Bu, əlbəttə, belədir. Amma daha ləng, ancaq ağıllı futbolçular da az sevilmirlər. Məsələn, hücumçulardan danışanda azarkeşlər böyük sevgi ilə Dimitar Berbatovun adını çəkirlər: o, demək olar ki, çox sərbəst, etinasız oynayır.
Özildə də belə bir xasiyyət var - onun meydanda qaçmağında bir laqeydlik sezmək olar, ancaq buna rəğmən o həmişə çox əla mövqedə ola bilir. "Napoli"yə vurduğu qolunu Özil cərimə xəttinin üstündən fırlayaraq vurdu, amma qeyd eləmək lazımdır ki, bunun üçün Remsinin ötürdüyü topu qarşılamaq üçün əlavə hərəkət etməli olmadı. Topu da ayağının ucu ilə deyil, pəncəsinin iç tərəfi ilə, çox asanlıqla vurdu.
Özilin böyük bir istedadı var - möhtəşəmi olanı sadə görünməyə məcbur eləmək.
XƏBƏR LENTİ
Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - RƏSMİ + SİYAHI
Bananlı desert (foto-resept)
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Körpə dünyaya gəldikdən sonra hansı əməlləri yerinə yetirməli?
Ermənilər Madagizi nə vaxt işğal etmişdi? - FOTO
Hikmət Hacıyev: “Ermənistanın hücumu nəticəsində 16 yaşlı yeniyetmə vəfat edib”
Hamiləlik dövründə saç boyamaq zərərlidirmi?
Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
Azərbaycanda ilan təsərrüfatları yaradılır - VİDEO
4 gündə 2 kiloqram arıqladan pəhriz
Ermənistan Qarabağa könüllüləri yığır
Yay üçün donlar
Novruz Məmmədov: "Biz bununla bağlı öhdəlik götürməmişik"
Pelin Karahan plastik əməliyyat olundu?-FOTO
Bülənt Ərsoydan Azərbaycanla bağlı paylaşım
Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu
9 may - Qələbə günüdür!
Xəyanət nədən yaranır?
Ducle Candy Ruiz
Az yatanlar tez xəstələnir
Bu xəbəri oxuyan uşağına onu verməz
Hava xəbərdarlığı
Azərbaycandan zəvvarların Həccə getmə və qayıtma tarixləri məlum oldu
Çərşənbədən yaza çıxacaqdıq, yağışla qar elə demir...
ÜST rəhbəri: “Dünyada pandemiya güclənir”
Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq
Diqqət! Pul kisənizi bu cibinizdə saxlamayın! - FOTO
Dəridə yaranan ləkələrin səbəbləri
Ucuz məhsulları buradan ala bilərsiniz
"Taxt-tac oyunları"nın aktrisası öldü
Qaynadılmış kartof sayəsində işıq yandırdı-VİDEO
Qənirə Paşayeva müəllimlərlə görüşdü
Məşhur Azərbaycan kəndi təlaş içərisində: nə vurmaq olur, nə də qaçmaq
Ayaqqabı modelləri
Azərbaycana qar yağır
İki böyük ölkə dollardan imtina edir
Nazirlikdən orta məktəblərdə yeniliklə bağlı açıqlama
Azərbaycan çətin sözdür?
İnsanın daha bir əcdadı tapılıb
Meyvəli tort
Uşaqlarda yerini islatma
Sabah Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək
TQDK-dan xəbərdarlıq!
Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTO
Bill Geytsin qızı müsəlman Naillə nişanlandı - FOTO
Putin ilin ən nüfuzlu lideri seçilib
Günün qoroskopu: yaxınlarınız ideyalarınıza dəstək olacaqlar
"Ceyms Bond"un aktrisası öldü-FOTO
Şəhid atasından qürurverici sözlər - VİDEO















- ŞƏRHLƏR