Qadin.NET / Özəl Məsut: onu fərqləndirən nədir?

Özəl Məsut: onu fərqləndirən nədir?

 

Maykl Koks The Guardian-da "Arsenal"ın "Real" Madriddən transfer etdiyi türk əsilli Məsut Özilin özəllikləri barədə məqalə yerləşdirib. Milli.Az Sports-a istinadən həmin məqaləni təqdim edir. 
Ağıllı hərəkətlər 
"Arsenal"ın "Napoli"yə qarşı çərşənbə axşamı oynayacağı heyəti bir qədər anlaşılmaz idi. Mərkəzdə oynamağı sevən 5 yarımmüdafiəçini meydana çıxarmaqla "Arsenal" bütün hədəfini ortaya qoymuş kimi görünürdü: meydanın mərkəzində ağırlıq yaratmaq, amma hücumda kəskin olmamaq, bir sözlə, yaxın keçmişin vərdiş etdiyimiz halları. 
Ancaq Özilin heyətə daxil olması problemi həll elədi. Aaron Remsi və yaTomaş Rosiçki cinahdan mərkəzə doğru yerlərini dəyişəndə Özil ağıllı davranmaq məharətinin sayəsində əks istiqamətdə hərəkət edirdi. Öz qolunu sol cinahdan vurdu, ikinci qolun ötürməsini isə sağdan verdi. "Arsenal" sərbəst oynayırdı, oyunçuların hərəkətləri razılaşdırılmış kimi görünürdü: hücumda olan mərkəz müdafiəçiləri triosu bir nəfər kimi oynayırdı. 
Topla işləmək
"Arsenal"da özünün ilk qollu ötürməsini Özil "Sanderlend"ə qarşı debüt oyununun 10-cu dəqiqəsində verdi, topu birbaşa Olivye Jirunun sol ayağına "yapışdırdı". Amma ötürmənin qol olmasına səbəb tək onun ötürməsi deyil, həmçinin onun topu işlətməsi idi - Kiran Gibbsin uzaqdan adığı topa o çox qısa zaman ərzində sahibləndi. Ötənilki "el-klassiko"da Özil daha möhtəşəm fənd işlətmişdi, indiyədək gördüklərinizin ən gözəlini. Xabi Alonsonun 60 m-dən klassik diaqonal ötürməsindən sonra Özil topun kürəyinə keçməsinə imkan yaratdı, sonra isə sol ayağı ilə onu istədiyi yerə göndərdi.
Xudpəsəndliyin olmaması
Bir qayda olaraq, mərkəzdə hücumameylli yarımmüdafiəçi komandanın ən istedadlı oyunçusu olur, ancaq oyunda əsas superulduz varsa, bu, böyük problemlər yarada bilər: əgər yarımmüdafiəçi eqoistdirsə, o zaman bu xasiyyəti ona yardımçı rolunu oynamağa imkan verməyəcək. Özilin isə, əksinə, elə bil eqoizmdən xəbəri yoxdur: o, heç şübhəsiz, komanda oyunçusudur, öz hərəkətləri ilə partnyorlarına sərbəst zonalar yaradır. Bu, xususilə "Real"da Kriştianu Ronaldu ilə daha parlaq görünürdü. Həmçinin daha münasib mövqedə olan partnyoruna topu ötürməyi sevir. "Mən qol yaratmağı sevənlərdənəm, - Özil "Arsenal"a keçəndən sonra demişdi. - Mənim partnyorlarım məni eqoist olmayan biri kimi tanıyırlar". 
Standartlar
İki mövsüm əvvəl Tomas Vermalen "Uiqan"la səfər görüşündə cərimə zərbəsindən qol vurdu. Bundan əvvəl "Arsenal" 179 dəfə dalbadal "quru" künc zərbəsi vurmuşdu (hə, məhz bu qədər, düzdür, azarkeşlərdə bu rəqəmİan Raytın qollarının sayı ilə assosiasiya olunur, amma quru seriyanın sayı belədir). 
Bu, komandanın standart vəziyyətlərdə necə fərsiz olduğunu sübut edir. Ötən il vəziyyət yaxşılaşdı. Ola bilsin ki, bu, Arsen Vengerin köməkçisi vəzifəsinə keçmişdə oyunçu olan və künc zərbələrini əla yerinə yetirən Stiv Bouldun gəlməsiyələ əlaqədardır. Özil isə "Arsenal"ın standartlarını daha təhlükəli edəcək. Tyerri Anri və Robin van Persidən fərqli olaraq, komanda standartlar zamanı cərimə meydançasında təhlükəli oyunçusunu itirməyəcək. "Stok-Siti"nin qapısına vurulmuş hər üç qol Özilin standartları nəticəsində yaranıb. 
Etinasızlıq 
İngiltərədə belə stereotip var ki, azarkeşlər zəhmətkeş, enerjili, hər top uğrunda mübarizə aparan oyunçuları sevirlər. Bu, əlbəttə, belədir. Amma daha ləng, ancaq ağıllı futbolçular da az sevilmirlər. Məsələn, hücumçulardan danışanda azarkeşlər böyük sevgi ilə Dimitar Berbatovun adını çəkirlər: o, demək olar ki, çox sərbəst, etinasız oynayır.    
Özildə də belə bir xasiyyət var - onun meydanda qaçmağında bir laqeydlik sezmək olar, ancaq buna rəğmən o həmişə çox əla mövqedə ola bilir. "Napoli"yə vurduğu qolunu Özil cərimə xəttinin üstündən fırlayaraq vurdu, amma qeyd eləmək lazımdır ki, bunun üçün Remsinin ötürdüyü topu qarşılamaq üçün əlavə hərəkət etməli olmadı. Topu da ayağının ucu ilə deyil, pəncəsinin iç tərəfi ilə, çox asanlıqla vurdu. 
Özilin böyük bir istedadı var - möhtəşəmi olanı sadə görünməyə məcbur eləmək. 
Mənbə: Milli.Az
6 oktyabr 2013
GO BACK