
2013-2014-cü tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, Azərbaycanın daha çox Lerik, Yardımlı, Gədəbəy rayonlarında fizika, kimya, biologiya ixtisasları üzrə vakant müəllim yerləri qalıb.
Təhsil Nazirliyindən (TN) Trend-ə bildirilib ki, həmin vakant yerlərdə dərs yükü bir stavkadan azdır.
Nazirlikdən deyilib ki, TN bu il həvəsləndirmə tədbirləri tətbiq olunan vakant müəllim yerlərinin sayını artırıb. Ötən illərdə 800 müəllim yeri üçün həvəsləndirmə tədbirləri tətbiq olunmuşdusa, bu il onların sayı artırılaraq 2500-ə çatdırılıb.
TN-dən əlavə edilib ki, son illərdə həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə müəllimlərin marağının artması müşahidə olunur. Cari ildə nəzərdə tutulan 2527 yerdən 1100-nə həvəsləndirmə tədbirləri tətbiq edilməklə müəllimlər göndərilib. Qalan vakant yerlərə növbəti müsabiqə və müsahibələr nəticəsində gənc mütəxəssislərin göndərilməsi nəzərdə tutulub.
Növbəti tədris ili ərzində müəllimlərin işə qəbulu üçün əlavə müsabiqənin keçirilməsinə gəldikdə, nazirlikdən bildirilib ki, hazırda yeni dərs ili ərəfəsində yaranan və boş qalan vakant yerlərin təhlili aparılır. Həmin yerlər, ilk növbədə müsabiqədə iştirak edərək keçid balını toplayanlara təklif ediləcək (elektron müraciət əsasında). Ehtiyac olarsa, yeni müsabiqənin vaxtı müəyyənləşdirilərək elan ediləcək.
Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant müəllim yerinə işə qəbul olunmaq üçün 18782 nəfər elektron ərizə verib. Onların 15030 nəfəri imtahanlarda iştirak edib. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə, ümumilikdə 1474 nəfər işə qəbul olunub.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Şokoladlı peçenye (foto resept)
Duzlu pomidor (foto resept)
Sezen Aksu səhnə ilə vidalaşdı
iPhone gözləniləndən yaxşı satılır
Aksesuar seçimi necə olmalıdır?
Gülbəndən estetik əməliyyat açıqlaması
Tovuz döyüşlərində Ermənistana silah satılıb? - RƏSMİ AÇIQLAMA
Günün ulduz falı
Dünyanın ən bahalı geyim sahibəsi Beyonce oldu-FOTO
Şaftalı nektarı (foto resept)
Şəhid general-mayor Polad Həşimov dəfn olunur
Hava haqqında - 08.12.2013
Allahın sevimli bəndəsi olaq
2019-cu ilin ən varlı adamları - Siyahı
Almeda Abazi Tolgahanın FOTOsunu paylaşdı
Ronaldo rekordları alt-üst edir
Hazırlaşın: internetdə problemlər yaranacaq
Dəbli gəlinliklər
22 yaşında 6 uşağı var
"Yuxu xəstəliyi" müəmması davam edir
Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək
Culiya Robertsdən dəyərli məsləhətlər
Gəlin-qayınana problemlərinin səbəbləri
Demet Akalından ərə gedən pərəstişkarına hədiyyə
Bir hərbi qulluqçumuz şəhid oldu, 3-ü yaralandı.
“Taxt oyunları” bu gün ABŞ-ı 3,3 milyard zərərə uğradacaq
Bu il 2020-ci ildən daha qısa olacaq
Bakı fəlakətə yaxınlaşır
Azərbaycanın orta məktəblərində qış tətili başa çatıb
Los-Anceles sakinləri şokdadırlar
“Mad Max” filminin çəkilişləri dayandı
Partlamamış mərmidən Xəzinə Çıxdı-FOTO
Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb
Dadlı üz maskaları
TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”
Əlfəcinlərim-2
COVID-19-a yoluxmaqdan şübhələnən zaman nə etməli?
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Merih Demiral Ronaldunu türkcə danışdırdı - VİDEO
Hadisə aqressiv hərəkətləri ilə hamını təəccübləndirdi - FOTO/VİDEO
BÜRCLƏR bizə nə vəd edir?-19 Mart
Üzüm tumunun fizioterapiyaya faydası
Murat Boz Bakıdadır - FOTO
Deputatlar Türkiyəyə getməkdən imtina etdilər
Avropa Liqasının oyunlarına hansı kanalda baxmalı?
Maşın saxlamağı bacarmayanlar
Milli Sevgililər Günü
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
Nazir birinciləri təbrik etdi: "Hər birinizə nailiyyətlər arzulayıram"
Qar səbəbindən məktəblər tətilə buraxıldı















- ŞƏRHLƏR