Yanvarın 2-də Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən Müharibəsinin iştirakçıları, eləcə də, Milli Qəhrəmanın ailə üzvləri Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzarını ziyarət edərək ehtiramlarını bildiriblər.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Anım mərasimində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verib.
Bildirilib ki, P.Həşimov 45 il əvvəl Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçilik peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.
Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.
P.Həşimov 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Anım mərasimində çıxış edən polkovnik Aydın Əyyubov Müdafiə Nazirliyinin rəhbərliyi adından bir daha şəhidin ailəsinə başsağlığı verib və Polad kimi oğulların ölməzliyini, əbədiliyini bir daha vurğulayıb.
Şəhidin qardaşı İlham Həşimov Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Şəhidin məzarı önünə Müdafiə Nazirliyi adından əklil və gül dəstələri qoyulub, dualar oxunub və Azərbaycan əsgərinin hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqları vurğulanıb.
XƏBƏR LENTİ
Aprelin 15-nə keçən gecə Rəğaib gecəsidir: gecənin əməlləri
İlham Əliyev viza rejimini sadələşdirdi
Burak Özçivitdən GÖZLƏNİLMƏZ AÇIQLAMA-FOTO
Mətbəxdə tapa biləcəyiniz nəmləndiricilər
Azərbaycan 177 ölkənin sırasına qoşuldu...
Dünyanı lərzəyə salan epidemiya bitdi
Çəhrayı göllər
Yeni trend: Terracotta
Qarğıdalı-krab salatı (foto resept)
"Ayna" cizgi filmi
Sabah Azərbaycanda 650 min ağac əkiləcək
Monika Belluçi imicini dəyişdi-FOTO
Məşhur serial bu kanalda yayımlanacaq-FOTO
2 milyonluq üzüyündən danışdı-FOTO
Amerikalı müğənni koronavirusdan öldü
Hava haqqında - 16.03.2014
Onlar xərçəngdən qoruyur
Münasibətdə ən çox yol verilən xətalar
Pritçalar (2)
İndoneziya silkələndi
Müəllim və valideynlərin şikayətləri dinləndi
Acun Mesut Özil və Amine Gülşe ilə görüşdü-FOTO
Bütov Azərbaycan!
Tom Kruz karantinə alındı
Qadınlar haqqında çəkilmiş son uğurlu filmlər
Azərbaycanda Dövlət Bayrağı günüdür
Monika Belluçi gözəllik sirlərini bölüşdü-FOTO
Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir
Qarabağla bağlı bədbin proqnoz
Yayda bağlanan, qışda açılan turşular həyatımızı necə qaraldır?
Quyruqlu yumurta görmüşdünüz?
Pendirli, yulaflı çubuq(foto resept)
Uşaq otağı üçün xalçalar
Castin Biber heyvansevərlərin təhqirinə tuş gəlib-SƏBƏB-FOTO
Yarpaqları yandırmayın!
Həkim Hepatit B-nin əlamətlərini AÇIQLADI
Günün qoroskopu: çoxsaylı problemlər yarana bilər
Sizi xoşbəxt edəcək cəsur hərəkətlər
Gediş haqqı UCUZLAŞDI
Facebook-da qəfil yenilik
Hikmət Hacıyev: “Gəncədə erməni təxribatını soyqırım aktı kimi dəyərləndiririk”
Europada həyat axtarışları
Şirniyyat aksesuarlar
Finlandiya 10 ölkənin vətəndaşlarına sərhədlərini bağlayacaq
Gürcüstan-Tbilisi (4)
Filmdəki roluna görə küçədə gecələyir-FOTO
Qadınların çoxluq təşkil etdiyi ölkələr
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artdı: 14 ölü
Dekorasiyada zərif yaşıl tonları














