Prezident İlham Əliyevin dekabrın 22-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışçılara müraciətində deyilir:
“Əziz çağırışçılar!
Bildiyiniz kimi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı 44 günlük müharibə ərzində azad etməklə möhtəşəm zəfər tarixi yazdı.
2021-ci ilin yanvar ayından etibarən Siz qalib Silahlı Qüvvələrimizdə müddətli həqiqi hərbi xidmətə başlamaqla şərəfli Azərbaycan əsgəri kimi Vətən qarşısında borcunuzu yerinə yetirəcəksiniz.
Əlavə olaraq bildiririk ki, Sizin müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə məlumat veriləcəkdir. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda aidiyyəti üzrə gəlməyiniz zəruridir.
Çağırışçılardan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə, xüsusi karantin rejiminin tələblərinə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etmək xahiş olunur.
Hörmətli çağırışçı, “Sağlamlığını qoru və Azərbaycan əsgəri kimi şərəfli adı daşımağa hazır ol!”
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Avropalı bayrama nə qədər xərcləyir?
Putin azərbaycanlıya orden verdi
Qubaya güclü qar yağıb
Adel 45 kq arıqladıqdan sonra ilk dəfə-FOTO
Google Glass başağrısı yaradır
Tibb işçiləri həftə sonları işə necə gəlməlidir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda sərnişindaşıma fəaliyyəti dayandırıldı - RƏSMİ
Namazın vaxtı dəyişə bilər
Göyərçinləri yemləyənlər cərimələnəcək
McLaren yeni sirr açır
Yağış qayıdır
Kəsmikli-bezeli güllər (foto resept)
Məşhur müğənni koronavirusa yoluxdu-FOTO
Hava çirklənməsindən qorunmağın yolları
Bildirçin əti və yumurtası nəyə dərmandır?
Günün ulduz falı
Üz dərisini təmizləmək üçün 4 təbii üsul
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Günün qoroskopu: dözümlü və səbrli olun
"Hər bir kəs ləyaqət, ədəb-ərkan, vətənpərvərlik hissini özü ilə irəli aparmalıdır"
Bakıda ev tikərkən sənəd, yoxsa "uçastkovunun payı"?
Sabahın hava proqnozu
O dünyanın ən gönüqalın rəssamıdır
Çavuşoğlu Lavrovun sualına sualla cavab verdi
İş tapmaq asanlaşacaq - Azərbaycan və Türkiyə bu sahədə müzakirəyə hazırlaşır
"Eurovision 2019"un qalibi bəlli oldu
Hava haqqında
Nikolas Keyc bu dəfə onunla görüntüləndi - FOTO
Evdə saç boyayarkən nəyə diqqət etməli?
Operativ Qərargah xəbərdarlıq etdi
Hava haqqında
"Facebook"u bağlayan ölkələr
Məşhur tennisçini tənqid etdilər-SƏBƏB
Düşmən taborunun yarısı məhv edildi - RƏSMİ
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 22 il ötür
"Neftçi" ilə heç-heçə "Qəbələ"nin işinə yaradı
Aleyna Rihannanı, Şakiranı geridə qoydu-(KLİP)
Səfirimizdən ermənilərə cavab
Robotlar insanları hansı peşələrdə əvəz edəcək?
Azərbaycan idmanının gözəli ana oldu
Azərbaycanda ən çox qar hardadır?
"Günəş" börəyi (foto resept)
Təhsillə bağlı yeni sərəncam imzalandı
Çinli ananın fəryadı: “Nə olar, qızımı aparın...” - VİDEO
Azadlıq heykəli (Nyu-York)
Bu dəfəki "Batman"ı bəyənmədilər-VİDEO
Qırışlar üçün maskalar
Birinci xanım xəstə uşağın müalicəsini öz üzərinə götürdü
“Instagram”da 200 milyon izləyicisi olan ilk qadın - FOTO
Arıqlamağa kömək edən salat














