Azərbaycan Respublikasında 2020-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən sentyabrın 25-də SMS vasitəsilə məlumatlandırılıblar.
Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.
Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) “9100” nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.
Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
XƏBƏR LENTİ
Valideynlərə bir sıra məsləhətlər
Geomaqnit qasırğası başladı - XƏBƏRDARLIQ
Karamelli makaron (foto-resept)
Brüsseldə gül xalısı
Dəbli gəlinliklər
Sabah qaz olmayacaq
Şəhid Xudayar Yusifzadənin ailəsinə ev tikiləcək - RƏSMİ
Bu cür insanlardan UZAQ DURUN!
Demet Özdemir efirlərə qayıdır
BÜRCLƏR bizə nə vəd edir?-23 Aprel
“Arka sokaklar”ın aktyoru ata oldu - FOTO
Yoqurt qabından "Şaxta baba"
Qeyri-adi aksesuar trendləri
Coğrafiya İnstitutundan müşahidə edilən hava haqqında AÇIQLAMA
Türkiyə-Azərbaycan-Türkmənistan üçlər formatı yaradılır
İNANILMAZ: NASA Allahın iqamətgahını tapdı - FOTO
Zirəddin Rzayevdən tükürpədici proqnoz: "Bu il İblisin ilidir"
"Karolina qəssabı" tapılıb
Qaş və kipriklərə qulluq
Qəbul imtahanı iki dəfə keçiriləcək
Məşhur reper HƏBS EDİLDİ-SƏBƏB
Oruc tutmayan insanlar nə etməlidirlər?
Türkiyənin baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev: “Azərbaycan Ordusu daha doqquz kəndi azad etdi”
Bonibonlu keks (foto resept)
Asan tort (foto resept)
“Qarabağ” klubların reytinq siyahısında geriləyib
Uçan boşqabın sirri açılıb
Ən bahalı maşınları Dubay polisi sürür
Noxudlu burger (foto resept)
Stil ikonum - Hadisə
Səmada görünən parlaq cisimlər qorxuya səbəb oldu - FOTO
Ürək fiqurunun toxunması
Ermənistan işğaldakı ərazilərimizdə terror təşkilatı yaradıb - RƏSMİ
Azərbaycanlı hakerlər 30-dək erməni saytını dağıdıblar
HAVA necə olacaq?-25 FEVRAL
2012-nin burma bilərzikləri
Saytımızın ƏN-ləri III hissə
ÜST fövqəladə vəziyyət rejimini daha 3 ay uzatdı
Şəhərini gözəlləşdirən rəssam
Saç boyamadan əvvəl...
İştahı itirmədən arıqlamağın yolları
Disney heyvanları insan olarsa ...
Bakıda qurbanlıq heyvanların yarmarkası təşkil olunacaq
Tayfun Yaponiyanı işıqsız qoydu
Hadisə Nur Yerlitaşı BAДћIŞLADI-SƏBƏB
Yaponlardan SAQQAL QADAДћASI
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Prezident onu təltif etdi - SƏRƏNCAM
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib














