Bakı çox küləkli şəhər olduğundan sürəti saniyədə 20-25 metr olan küləyin əsməsi adi haldır və bu, çox da təhlükəli hesab edilmir. Lakin küləyin sürətinin saniyədə 25 metrdən çox olması artıq təhlükəli sayılır.
Qadin.Net bildirir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
M.Həsənovun sözlərinə görə, martın 30-da və 31-i gündüzə kimi Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi - küləyin sürətinin 18-23, arabir 25-30 m/s olacağı, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi ilə bağlı sinoptiklərin verdiyi proqnozun özünü doğrulub:
"Bizim respublika ərazisi ilə ətraf ərazilər arasında atmosfer təzyiqi fərqi əmələ gəlib. Ona görə də güclü küləyin əsməsi gözlənilən idi. Ötən günlər mülayim hava şəraitinin müşahidə edilməsi soyuq hava kütlələrinin ölkəyə daxil olması üçün şərait yaradıb".
M.Həsənov qeyd edib ki, Bakıda güclü küləklərin əsməsi keçid fəsillərinin əvvəli üçün xarakterikdir. Paytaxtda güclü küləklər mart ayında, eləcə də aprel ayının 5-dək, eyni zamanda oktyabrın sonu-noyabrın əvvəlində müşahidə edilir:
"Temperaturun kəskin enməsi və güclü küləklərin əsməsi mart ayı üçün xarakterikdir. Adətən, martda belə hava şəraiti gözlənilən olur".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Trend-ə bildirib ki, ölkə ərazisinə qərbdən soyuq hava kütlələrinin daxil olması nəticəsində havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə enəcək. Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
G.Məmmədova soyuq hava şəraitinin əsasən martın 30-da müşahidə ediləcəyini söyləyib.
Mütəxəssis hava dəyişməsi nəticəsində gözlənilən temperaturun mart üçün xarakterik olduğunu, əvvəlki illərdə daha aşağı temperaturların qeydə alındığını açıqlayıb.
Proqnozlar Bürosunun direktorunun sözlərinə görə, 2014-cü ildə mart ayında Bakıya hətta qar yağıb.
XƏBƏR LENTİ
Soğan suyunun faydaları
Biskivit tortu
Körpə dünyaya gəldikdən sonra hansı əməlləri yerinə yetirməli?
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Günün qoroskopu: yeni, böyük işə başlamayın
Ən sürətli saç uzadan maska
Rihannadan 2 milyonluq yardım
Depressiyadasınız?
Bu gün Xəyalə Muradın ad günüdür!
Ölkələr həyəcan təbili çalır
Tarkan prezidentin valyuta çağırışına cavab verib
“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov
Hava haqqında
“Dostluq” ordeni aldı
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
"Sovetski"də yaşayanlara ev verildi
Bakıda pozulmuş xətlər insan həyatını silə bilər
Saçları tez-tez yumaq zərərlidirmi?
Saat dəyişikliyi problemi ilə bağlı AÇIQLAMA
Mançini "Qalatasaray"a yeni futbolçu gətirir
Ermənilər Azərbaycan ərazilərində yanğın törədiblər
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Qarabaşaq pəhrizi
Kartof haqqında bilmədiklərimiz
Nişasta şirniyyatı (foto resept)
Bərbərlərin saç qırxma metodları hər kəsi güldürdü-VİDEO
Sabahın HAVAsı
Məsləhətinizə ehtiyacım var
Nazirlər Kabinetinin "Məzarlıqlar haqqında" xüsusi qərarı olacaq
Azərbaycanda koronavirusa görə məktəblərdə tədbirlər məhdudlaşdırıldı - FOTO
Milli Şura dağılacaq?
Köhnəlmiş əşyaları dəyərləndirin
O da "Sefirin kızı"nda olacaq
Xilas olmaq üçün ayının dilini kəsdi məhkəməlik oldu-FOTO
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
“Humay”ın 25-ci təqdimat mərasimi keçirilib
Uğurlu piroq (foto resept)
Türkiyədə 45 tonluq tank dənizdə batırıldı
Bu gün görkəmli akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümüdür
Bu gecə ƏN UZUN Gecə olacaq
"Sovetski", "Xutor" və "Papanin"də nə olacaq?
Mayli Sayrus bal ayını Mayamidə keçirir-FOTO
Sadə tərəvəz salatı (foto resept)
Gerçək eşqin 50 göstəricisi
Çin tibbinə görə gecə oyandığınız saatın gizli mənası
Sosial şəbəkələrdə onlardan qorxurlar
Körpələrin boy və çəki cədvəli
Sabahın HAVAsı
Qan analizinin daha bir sirri
Nar suyundakı möcüzələr