
Oktyabrın 15-də səhər saatlarından etibarən Qurban Bayramı ilə əlaqədar Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Bu barədə Trend-ə bazar ertəsi İİN-dən daxil olan məlumatda deyilir.Yarmarkalar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə təşkil olunacaq. Məlumatda satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacağı bildirilir. Satış yarmarkaları oktyabrın 15-16-da fəaliyyət göstərəcək.Habelə məlumatda qurbanlıq heyvanların satışının təşkil olunacağı ünvanlar da göstərilib: Qaradağ rayonu; Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı; Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı; Səbail rayonu; Bibiheybət yolu, "Azpetrol" yanacaq doldurma məntəqəsinin yanı; 20-ci Sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə; Yasamal rayonuŞərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti; Binəqədi rayonu ; 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi; Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfi, "Baksol" yolu ilə kəsişmənin yanı; Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (Bələdiyyənin qarajı); Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə mərkəzi; Nərimanov rayonu; Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı; Nizami rayonu; R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, "Milord" restoranının yanı; Xətai rayonu; Nobel prospekti, "Nargilə" kafesinin yanı;Gəncə prospekti, "Fərid" şadlıq evinin qarşısı; Sabunçu rayonu; Bakıxanov qəsəbəsi, dəmiryolu stansiyasının arxa hissəsi; Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi; Suraxanı rayonu; Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı; Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, "Bakı Toxuculuq" ASC-nin yanı; Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı;Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı; Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı; Xəzər rayonu; Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 6, Sovxoz yolu; Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala dəmiryolu stansiyasının yanı;Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, "Bank of Baku"nun qarşısı.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Tropik ölçülər natürmortları
Mesut Özil Bekhem və kral ailəsinin yeni qonşusu olur
Səhər ilıq su içməyiniz üçün 4 səbəb
Hülya Avşar keçmiş əri ilə boks oynadı - VİDEO
Hicablı qadınlar üçün 2019 yaz dəbi
WhatsApp Facebook-u geridə qoydu
Gülşən Londandan ev almaq üçün ...
Eşitmə qüsurları
Günün ulduz falı
HAVA necə olacaq? 23 MAY
Malyariyaya qarşı dezinfeksiya mütəmadi aparılmalıdır
Türkiyəli məşhurlardan Azərbaycana Qarabağ DƏSTƏYİ
Cinsi problemlərə yol açan duyğular
“Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək yerlərin SİYAHISI
Məşhur türk aktrisası öldü-FOTO
Fransız qadınlarının sevimli trendləri
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
TƏBİB-dən ofisdə işləyənlərə XƏBƏRDARLIQ
20 övladlı dahi bəstəkar
İstirahət gününün HAVAsı
Ermənistanla Avropa Birliyi arasında heç bir sənəd imzalanmayacaq
Kağız halva (5)
Artıq divar boyaları belə olacaq
Taksi sürücüləri 3 xarici dil bilməlidir
Ronaldonun 2 milyon avroluq saatı diqqət çəkdi - FOTO
Rihanna keçmiş sevgilisinə qayıtdı-FOTO
Geyiminizlə arıq görünün
Bir dəfə də sus, bomba partlamayacaq...
Azərbaycanda şagirdlərində cinsi inkişafı yoxlanılacaq.
Azərbaycanı böyük fəlakət gözləyir
Dəhşətli xəbərdarlıq: 13 milyon insan bu xəstəliyin qurbanı olacaq
Bədəni təmizləyən 4 qida
Bu ilin ilk ay tutulması başlayıb
Bakı yol polisindən sürücülərə xəbərdarlıq: 28 gününüz var
"WhatsApp" pullu olacaq
Bu ölkədə 30 yaşda evlənib, 40 yaşda boşanırlar
"Crumble" (foto-resept)
Sülhməramlılarımız Vətənə döndülər
Ərdoğan Aya-Sofya məbədini ziyarət edib - FOTO
Albinosların qeyri-adi gözəlliyi
Ərimlə yenidən bir yerdə olmaq istəmirəm (dialoq)
Dəriyə qulluq üçün 2 maska
76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
Uşaqlar üçün nərdivanlı yataqlar
Ali məktəblərə qəbulun nəticələri bu gün saat 5-də elan ediləcək
Ədviyyatlı çolpa
Nazirlikdən daşqın xəbərdarlığı
Hande Erçeldən Gözlənilməz Qərar
Günəş haqda qorxunc proqnoz















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]