Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın 2.2.1-ci, 2.3.6-cı və 3.3.11-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, в„– 9, maddə 876; 2011, в„– 2, maddə 85) ləğv edilsin.
2. Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləğini və ayrılması şərtlərini, o cümlədən vəsaitlərin verilmə prosedurlarını, monitorinqin aparılmasını, hesabat və qiymətləndirmə üzrə tələbləri üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Təqaüdçülərə şad xəbər!
Bu adların qoyulması qadağan olundu-SİYAHI
Serenay Sarıkaya DİQQƏT çəkdi
Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayır
Obamadan qorxulu Fransa açıqlaması
Yasin surəsi
Yeni nazirliklər yaradılır
Tariximiz Qazaxıstanda
İstanbula gedənlərin xəyalları "suya düşdü"
Rusiyada məktəblilər maska taxmaya bilər
Sabah bu yollar bağlanacaq
Sevgililər gününü sevməyənlərin 5 bəhanəsi
Külək nə vaxta kimi davam edəcək?
Fəxri adlarla bağlı nazirə müraciət olundu
İlk dərs günü hava belə olacaq
Bakıda ucuz bazarlar niyə bağlandı?
Azərbaycanda milli axtarış sisteminin əsası yaradıldı
"Arşın mal alan" Marionet teatrının səhnəsində
Rəngarəng salat (foto resept)
Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan əhaliyə XƏBƏRDARLIQ - FOTO
Tarkan gənclik FOTOsunu paylaşdı
Virtual hədiyyə imkanı
Qadının diş ətində tük bitdi-FOTO
"Məhərrəm və Səfər aylarında toy qadağan deyil" - QMİ
Monika Belluçidən yeni FOTOlar
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Azərbaycan tarixindən yüz şəxsiyyət-2
Türkiyə girov işinə qarışdı
İlin ilk körpəsi doğuldu
Möhtəşəm geyim modelləri
Ürək formalı piroqlar(foto resept)
Çində son sutka ərzində COVID-19-a daha 8 yeni yoluxma aşkarlanıb
Yeni orfoqrafiya lüğəti gələn il nəşr ediləcək
Dünyanın ən balaca meymunu
Məşhur aktrisanın toyu oldu
Azərbaycanlı futbolçu oyun zamanı namaz qıldı
“Silahlı Qüvvələrin yardım kampaniyalarına ehtiyacı yoxdur”
Təbiətin güldürən üzü
Meyvə şirələrinin faydası
Qurban Qurbanovdan qələbə şərhi
AFFA hakimi təhqir edən 3 futbolçunu dörd oyunluq cəzalandırdı
Hava xəbərdarlığı
Baş rol ifaçısı “Sen anlat Karadeniz”dən ayrılır
Alişan xanımı ilə Bakıda - FOTO
Əlimizdə daşıdığımız xəstəliklər: bunun bir çarəsi olmalı...
Yaponiyadan Afrika qaçqınlarına böyük jest
Məşhur aktrisanın toyu oldu-FOTO
Daima sirr olaraq saxlamağınız vacib olan 11 şey
Azərbaycan Türkiyədə İKT sahəsində iri sərgidə təmsil olunacaq
Bildirçin yumurtasının faydaları














