Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsində jurnalistin müharibə daha çox qanın tökülməsinə səbəb olarsa, bunun İtaliya ilə tərəfdaşlığa təsir edə bilərmi deyə sualını cavablandırarkən deyib.
“Mən belə hesab etmirəm. Birincisi, mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib. Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir. Biz hazırıq, bu, birincisi. Mən bunun bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürəm.
İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, o, çox uğurlu olmuşdur və biz böyük planlarla geriyə, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır. Tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm”,- deyə prezident İlham Əliyev qeyd edib.
XƏBƏR LENTİ
Yeməli peyzajlar
Əcnəbi qəhrəmanlar - Göygöz Kosadan qorxmayan Mətanət bacı
Mehriban Əliyevaya həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib - FOTO
Qırmızı dırnaq manikürü
Kefli alma (foto-resept)
Arzu Əliyeva “Uşaq festivalı”nda - FOTO
Kartoflu pankek (foto resept)
İnsanların həyatını asanlaşdıran 7 texnologiya
Alla Puqaçova harada dəfn olunacaq?
Şəkidə fləşmob
Balqabaq kotleti (foto resept)
Dərsliklər satışda
Bakıda keçiriləcək Olimpiadanın vaxtı dəyişdirildi
Plan
Fərqli ayaq bilərzikləri
Yeni ili ailənizlə qarşılayın
"Terminator 6" filmindən ilk FOTO
Mükəmməl makiyajın sirləri
Həm yanımızda, həm də yadımızda qalanlara...
Duanın insana faydası
"Sirli" kələm (foto resept)
Qərb 1919-cu ildə də uydurma soyqırımını araşdırmaqdan qaçıbmış
Məşhur aktyor AÇIQLAMA VERDİ-FOTO
Ermənilər Naxçıvan-İrəvan dəmir yolunun bərpasını istəyir
“Rusiyaya işləmək üçün gələnlər…” – Medvedevdən kritik açıqlama
Dənizi hasarlardan xilas edib sahiblərinə - Xalqa qaytaraq
Südlü biskivit (foto resept)
Günün ulduz falı
Mənzillər ucuzlaşıb, torpaq isə...
Ceki Çan haqqında son xəbər
"Real" "Bernabeu"da şou göstərdi, "Qalatasaray" qrupda ilk xalını qazandı
Meqan Markl qəfildən səhnəyə çıxdı,hər kəs heyrətləndi-FOTO
Qadının xarakteri sinəsinin formasından asılıdır
Sağlam olmaq üçün sadə üsullar
Məktəblilərin payız tətili başladı
Sevgiyə ağlayan qadınlar
Üz yuyarkən etdiyimiz səhvlər
Monika Belluçi qala gecəsinə qatılıb-FOTO
Azərbaycanda dövlət qulluqçuları üçün Təlim Mərkəzi yaradılacaq
Hər birimiz bir çiçək...
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Apple bu ölkədə sürətlə inkişaf edir
Gəlin buketləri
Bu kolbasalardan uzaq durun-RƏSMİ XƏBƏRDARLIQ
Oyuna geçikən komandaya şok cəza verildi
Uşaqlarda qaşınma
Atdığı iki qutu ziblə görə 100min funt cərimə olunub-FOTO
Kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı
Saqqız çeynəmək mədəniyyəti
Sürücülərə CƏRİMƏ xəbərdarlığı: artıq sizi burada da ÇƏKİRLƏR!














