Sovet dövründə ərsəyə gətirilmiş animasiya filmlərinin ilk baxışda artıq keçmişdə qaldığı, yaxud öz dövrünü başa vurduğu görsənə bilər. Ancaq bu, tam olaraq elə deyil. Məsələ ondadır ki, onlar indinin özündə də yalnız azyaşlılar deyil, böyüklər üçün də tələbatlı sənət nümunələridir. Yalnız ona görə yox ki, o dövrdə cizgi filmləri sayca az idi. Əsas faktor onların yüksək keyfiyyətə malik olmasındadır. Əksər psixoloqlar da bunu dönə-dönə təsdiqləyir. O dönəmlər animatorlar bu filmlərin hər biri üzərində bir-iki il, çoxseriyalı olanlarının isə üzərində bəzən on il və daha çox işləyir, yaradıcı əmək sərf edirdilər. İndi hər şey sürətlə, tələm-tələsik baş verir, bəlkə elə buna görə müasir cizgi filmlərinin keyfiyyəti o qədər də yüksək səviyyədə deyil.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, cizgi filmi yalnız media mühitinin məhsulu deyil, həm də böyük təhsil potensialına sahib sənət növlərindən biridir. Sirr deyil ki, uşaqlar televizorun qarşısında çox vaxt keçirirlər: gündə bir neçə saata qədər. Məktəbəqədər yaşda olan uşaqların daim dünyanı öyrəndiyini düşünsək, ekranın qarşısında keçirilmiş bu qədər zaman izsiz ötüşə bilməz.
Sovet cizgi filmlərinin əksəriyyəti əxlaqi, öyüd-nəsihət xarakteri daşıyırdı, bu əxlaq çox vaxt səmimi şəkildə nümayiş olunurdu. Müasir cizgi filmləri ciddi əxlaqla fərqlənmir. Sovet cizgi filmləri yaxşılıq, mehribanlıq, dürüstlük, ədalət ilə fərqlənirdi; müsbət qəhrəmanlar böyüyən nəsilin düzgün formalaşması üçün zəruri olan obraz və xarakterlərə malik olurdu. Mənfi personajlar isə təbəssüm doğururdu, bəzən hətta rəhm hissi oyadırdı, ancaq etdiklərinin qəbuledilməzliyi göstərilir və heç kim onlarla dostlaşmırdı. Ən əsası, mənfi obrazlar həmişə səhvini anlayır, düzgün yola qayıtmağa can atırdı.
Ölkəmizdə də orta yaşlı bütün valideynlərin Sovet cizgi filmləri ilə böyüdüyünü desək, yəqin ki yanılmarıq. Hamımız körpə vaxtı baxdığımız bu cizgi filmlərinin az qala hər obrazını xatırlayırıq.
Fəxrlə deyə bilərik ki, Sovet dönəminin ən yadda qalan cizgi filmlərindən birini məhz həmyerlilərimiz tərəfindən çəkilib. Söhbət 1982-ci ildə lentə alınmış məşhur “Başlanğıc” (Начало) cizgi filmindən gedir. Yəqin çoxunuz onun məhz Azərbaycan Televiziyasında çəkildiyini bilmirdiniz. Bir çoxları bu cizgi filminin Türkmənfilm tərəfindən çəkildiyini güman edir və adına Oazis (Оазис, Туркменфильм, 1986) deyir. Bu animasiya filmi ilə bağlı digər məqam isə onun 20 ildən artıqdır ki, heç yanda nümayiş olunmamasıdır. Müasir texnologiyalar dövründə demək olar istənilən köhnə və ya yeni filmlər sosial şəbəkələrdə, xüsusən youtube şəbəkəsində nümayiş olunsa da, keçmiş Sovetlər Birliyindən yüz minlərlə tamaşaçı bu sevimli “multik”lərini tapa bilmirdilər.
Bugünlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının "YouTube" kanalında bu animasiya filminin yüklənməsi hər kəs üçün əsl sürpriz olub. Şərhlər bölümündə yazılan rəylər də çoxsaylı tamaşaçıların onu illərdir necə həsrətlə axtardıqlarını və nəhayət yenidən baxmaq fürsəti əldə etmələrindən duyduqları məmnunluğu göstərir. Maraqlı həm də odur ki, film müasir texnologiya ilə rəqəmsallaşdırılıb və görüntü keyfiyyəti yüksəldilib. Qeyd edək ki, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, kinorejissor Vaqif Behbudov tərəfindən çəkilmiş animasiya filmi fəlsəfi pritçadır. Qədim "Habil və Qabil" rəvayətinin motivlərindən istifadə olunan film yaradıcı və dağıdıcı insanın, başqa sözlə Xeyirlə Şərin əbədi mübarizəsinə həsr olunub. Film Mərkəzi Televiziyanın (SSRİ) sifarişi ilə Azərbaycan Televiziyası tərəfindən istehsal olunub. / ENS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda məktəblərdə bufetlər necə işləyəcək?
O, mənə xəyanət edir!
Azərbaycanda uşaqların daha çox qana ehtiyac duyduğu rayonların adı açıqlandı
Beren Saat sərxoş halda görüntüləndi-FOTO
Astmalı xəstələr üçün məsləhətlər
Milyarderlərin hesabını ələ keçirib 200 min qazandılar
Bu gözəl xanım qəhrəman seçildi
Hamiləlik zamanı nədən uzaq durmaq lazımdır?
Timoşenko koronavirusa qalib gəldi
Günün qoroskopu: dözümlü və səbrli olun
Bakı metrosunda pulsuz internet?
Dünya futbolunun yeni 16 yaşlı ulduzu
Sarkisyan Ərdoğanın dəvətini “nəzakətlə” rədd etdi
İrem Dericidən qəribə açıqlama
Ermənistan Firuz Fərəcovu erməni İnciqulyanla dəyişmək istəyir
Gözəl göz makiyajları
18 oktyabr Milli Müstəqillik günüdür!
Günün ulduz falı
iPhone-da yeni oyun: əsas alət çexoldur
Min bir dərdin dərmanı
Azərbaycanlı idmançı Belarusda "Ümid kuboku" beynəlxalq turnirində rekorda imza atıb
At quyruğuna qonmuş kəpənək fotoqrafı
“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEO
Gəncə 2016-cı ilin "Avropa gənclər paytaxtı" seçildi
Facebook pullu ola bilər
Hadisənin geyimi sevənlərini heyrətləndirdi-FOTO
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
HAVA necə olacaq? 25 MAY
Ev dekorasiyasında yol verilən 4 xəta
Termit yuvaları
TQDK "2" alanların sayını açıqladı
Uşaqlarda otit xəstəliyi
Məşhur aktyorun davranışı haqqında araşdırma başladı-SƏBƏB
Kirayə mənzillərə müraciət başladı
Ebru Şallının toyu oldu-FOTO
Araz çayının suyunun Urmiya gölünə axıdılması başlayır
Gülben Ergen haqqında ŞOK məlumat
Şüşədə buzlu naxışlar
Kişilərin göz qırpmadan dediyi 15 yalan (2)
Baş Prokurorluq düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyini açıqladı
6000 illik möcüzə bitki qurd üzümü
Millimizin utanc siyahısı
"Bermud üçbucağı"nın sirri tapıldı-inanılmaz FAKT
Vətən həsrətinin simvolu Xarı bülbül: İndi hər kəs onu sinəsində gəzdirmək istəyir - VİDEO
Türkiyənin ən yaraşıqlı kişiləri bunlardır
İmmuniteti möhkəmləndirməyin əsas qaydaları
Azərbaycanda hava kəskin dəyişəcək
Ölümə qarşı döyüşən Azərbaycan alimləri
Ad günü keksi
Günün ulduz falı - 28.08.2013














