Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilir. Bu prosesin davamı olaraq, iyulun 24-də «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, 124 ünvanında keçirilmiş növbəti səyyar sənəd qəbulunda sakinlərdən 32 mənzilə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər qəbul edilib.
Publika.az xəbər verir ki, növbəti sənəd qəbulu isə iyulun 25-də, saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 990 ünvanında keçiriləcər.
Mənzillərin İqtisadiyyat Nazirliyinin müvafiq strukturunda səyyar qeydiyyatı Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrası çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, Fərman imzalandığı gündən indiyədək istismarına icazə verilmiş, müxtəlif mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi 279 yaşayış binasında 22322 mənzilə elektron çıxarış verilib.
Bununla yanaşı, Bakı şəhəri üzrə istismarına icazə verilmiş 44 yaşayış binasını inşa edən şirkətlərin təşkilati-hüquqi formanı əvvəlcədən düz seçməməsi səbəbindən həmin yaşayış binalarındakı mənzillərin sənədləşdirilməsində fasilə yaranmışdı. Binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı dövlət başçısının müvafiq Fərmanının tələblərinə əsaslanaraq və vətəndaşların mənafeyi nəzərə alınaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-larda olduğu kimi, mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınıb. Bununla da, 16595 mənzilə mülkiyyət sənədlərinin verilməsinə şərait yaradılır.
Bakıda istismarına icazə verilən yeni binalardakı mənzillər çıxarışla təmin olunduqdan sonra isə proses Xırdalan, Yevlax və Gəncə şəhərlərində davam etdiriləcək. Hazırda bu şəhərlərdə istismarına icazə verilmiş, lakin mənzilləri mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilməyən 4 yaşayış binası mövcuddur.
Qeyd edilən binalardakı mənzillərin çıxarışla təmin edilməsinin bu ilin sonunadək tam başa çatdırılması planlaşdırılır. Prosesin daha çevik və vətəndaşlar üçün rahat formada keçirilməsi məqsədi ilə əvvəlcədən elan olunmuş ünvanlarda, müəyyən edilən qrafik üzrə sənədlərin səyyar qəbulu mütəmadi olaraq keçiriləcəkdir.
XƏBƏR LENTİ
Dua Lipanın mahnısı Aleyna Tilkinin mahnısına bənzədildi-VİDEO
Şeyma Subaşı Yenidən Ana olmaq istəyir
İstehkamçılar Qarabağda tapılan partlayıcıları zərərsizləşdirir - VİDEO
Həkimlərə müjdə - maaşları artırıldı!
Van Qoqun 5 tablosunun tarixi
Qəhvə içərkən iki dəfə düşünün
Saç telindən hörümçək ipəyinə
Azərbaycanda 5G texnologiyası tətbiq olunmur - RƏSMİ
Qarabağ həsrəti
Yeni ili sağlam qarşılayın
Səhərlər idman etməyin faydaları
Tuba Büyüküstün rejissorla eşq yaşayır?
Günün ulduz falı
Yağış yağacaq, külək əsəcək...
Azərbaycanda ərzağa hər ay nə qədər xərclənir?
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlandı
Azərbaycanda radiasiyalı ərazilərin SİYAHISI
Payız fəsli üçün geyimlər
Nərgiz Paşayeva mükafata layiq görüldü
Nobelin son sahibindən maraqlı əhvalatlar
Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)
Gəlin-qayınana problemlərinin səbəbləri
Xəzər dənizində zəlzələ oldu
Ümidsizlik
Xanımlarımız portuqaliyalı həmkarlarını qabaqlayıblar
“Survivor”dakı o villanın sahibi məlum oldu - VİDEO
Günün qoroskopu:Bədxərclik etməyin!
Bu müəllimlərin əməkhaqqı artırıldı
İslamiadanın açılış günü stadiona belə gedə bilərsiniz
Mehriban Əliyevadan Bəhram Bağırzadə ilə bağlı paylaşım - FOTO
Engin Altana hücüm etdilər
Viktoriya Bekhemdən xəyanət açıqlaması
Marsda itmiş kosmik cihaz
Çinli cərrah meyvələri əməliyyat etdi - VİDEO
"WhatsApp"dan göndərilən bütün mesajlarınız şifrələnir
Osmanlı imperiyasının qəribə adətləri
AİB-in Rəhbərlər Şurası 2015-ci ildə Bakıda keçiriləcək
Kələm turşusu (foto resept)
"Qarabağ" azarkeşlərinə çox pis xəbər
HAVA necə olacaq?-16 Sentyabr
Sevginin qarşılığında qazandıqlarımız
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 149 yeni yoluxma - RƏSMİ
Sürücülər üçün unikal yenilik
Emreye fırça uzadan şəxs AÇIQLAMA VERDİ
Acı badam zəhərlimidir?
Cütlüklərin əl-ələ tutma formasına görə münasibət dəyərləndirməsi
Azərbaycana tələbə köçürmək istəyən xarici ölkə universitetlərinin reytinqi necə olmalıdır?
Hava haqqında - 06.09.2013
Ayaq dırnağı necə kəsilir?














