Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Tofiq Hüseynov vəfat edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb.
O, qeyd edib ki, aktyor bir saat əvvəl evində dünyasını dəyişib:
"Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!".
Qeyd edək ki, Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub.
Tofiq Əbdülrəhim oğlu Hüseynov 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir.Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışmış, müxtəlif obrazlar oynamışdı. Bunlar: Rza bəy (“O olmasın, bu olsun”,Ü.Hacıbəyov),Əzrayıl (“Bu meydan, bu şeytan”,F.Aşurov),Mərd Mazarov (“Adamın adamı”,Anar),Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə),Tülkü (“Cücələrim” T.Mütəlibbov ),Cəbi (“Hacı Qəmbər”,N.Vəzirov ),Şah Kreon (J.Anuy “Medeya”),Vəzir Zəban (O.Altunbay “Tomris”) obrazlarıdır.
Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb.Onlardan:Komiyonçu “Kəllə”(N.Hikmət),Knyaz Orbeliani “Brüsseldən məktublar”( H.Həsənov),Oqtay “Rəqabət”(B.Vahabzadə),Hacı Kərim “Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan(“Eloğlu”,A.Şaiq),Qala rəisi(“Xurşidbanu Natəvan”,İ.Əfəndiyev),Bekar Ağabala “Dirilən adam”( Mir Cəlal),Katib “Ölüləri qəbiristanlıqda basdırın”( İ.Şıxlı),Ağamusa Fərəcov “Dəlilər və ağıllılar” (İ.Əfəndiyev),Əcəl “Alın yazısı”( T.Minnullin) və digər obrazları tamaşaçı maraqla qarşılayıb.
Aktyor “Meteranpaj”(Kamayev),”3-mollanın sərgüzəşti”(Mola Vəli),”Şkafda adam”(Ər),Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, “Marş” (Komandir),“Dəvətnamə”(Briqadir),”O dünyadan salamlar”(Əli bəy), “Bahar ərəfəsində”(Direktor) və s.filmlərə çəkilib.
Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.
XƏBƏR LENTİ
Fahriye hələ də xəstəxanadadır-FOTO
Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO
Məktəb bufetlərində bunların satışı qadağandır!-SİYAHI
Məşhur reper 4-cü dəfə ata olacaq
70 kiloqram arıqlayan qadının inanılmaz dəyişimi - FOTO
Sevdiyiniz insana süpriz edin
Canlıların kamuflyaj bacarığı
İllik qiymətlərindən narazı qalan şagirdlərin NƏZƏRİNƏ
Bakı metrosu ilə bağlı qadağa
2018 Venesiya Film Festivalı: Qırmızı xalça
Suriyada kimyəvi silahın məhv edilməsi planı təsdiqləndi
Putindən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA - VİDEO
Azərbaycanda ahıl vətəndaşlarla bağlı layihə hazırlanır
Düşmən orduda böyük itki
"Xanım kaprizi" tortu (foto resept)
Yeni il manikürü
Limonla gözəlləşin
Göbələkli hind toyuğu kotleti (foto resept)
Uşaqlarla dərs çalışmaq lazım deyil!
Vaflili tort (foto-resept)
Sabah yay vaxtı ləğv edilir
Mülayim hava şəraiti hansı bitkilərə ziyan vurub?
Komandan ön cəbhədə
HAVA necə olacaq?- 31 Mart
Coca Cola xərçəng yaradır?
Cəbhədə yenidən gərgin döyüşlər, ermənilərin döyüş tankı heyətlə birlikdə məhv edildi
Sonadək iradə göstrəmək mərifəti
Yeni ilin astanasında: Küknar ağacları bəzədiləcəkmi? - VİDEO
İtlər və sahibləri arasındakı bənzərlik
”Son zəng”ə getməyə ayaqqabım yox idi”
Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
2017-nin dəbli şərfləri
Konsulluq ABŞ-da yaşayan soydaşlarımıza erməni təxribatları ilə bağlı müraciət etdi
Yaz rəng uyğunlaşmaları
Murad Dalkılıç Hande Erçelə evlilik təklifi etdi-FOTO
Qaynanalar üçün ən gözəl toy donları
Sabahın hava proqnozu
Uşaqların sosial-psixoloji inkişafı-10
Məşhurların qidalanma sirləri
Vanna otağı təmizliyi qaydaları
Qadınlar üçün deyilmiş sözlər
Prezident İlham Əliyev ötən gecəki aksiyadan danışdı-VİDEO
İqbal Ağazadənin namizədliyi qeydə alındı
Bakıda yağış sularından texniki su kimi istifadə edilməsi nəzərdən keçirilir
2013-cü ilin rəmzi süfrəmizdə
Büdcəyə xeyli vəsait ödəndi
Əlillərə xəbər var
Separatçılar ATƏT-ə "yox" dedi
Edvard Munk – “Çığırtı”
Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub - VİDEO














