V Fəsil
Uşaq təlimi
Uşaq şəxsiyyətinin inkişafında təlim‐tərbiyə həlledici rola malikdir.
Çünki təlim‐tərbiyə prosesində uşağın inkişafı müəyyən məqsədə müvafiq olaraq plan, proqram əsasında təşkil olunur və ona rəhbərlik edilir. Bunun sayəsində də uşaqda istənilən keyfiyyət sürətlə inkişaf etdirilir; uşaq tarix boyu bəşər cəmiyyəti tərəfindən qazanılmış biliklərə yiyələnir, özündə insani keyfiyyətləri formalaşdırır. Beləliklə, uşağın təlim‐tərbiyədən kənarda inkişafı kor‐təbii, pərakəndə halda gedir ki, bu da bəşər cəmiyyətinin tələblərini təmin etmir.
Bu deyilənlərdən aydın olur ki, uşağın hərtərəfli, düzgün və sürətlə inkişafı təlimdən kənarda mümkün deyildir. Ona görə də şəxsiyyətin inkişafında təlimin oynadığı rol psixoloqların diqqətini xüsusi olaraq cəlb edir. Hazırda təlim və inkişaf problemi ətrafında dünya psixoloqlarının fikirlərini müəyyən qruplarda birləşdirmək mümkündür. Görkəmli İsveçrə psixoloqu J. Piajenin fikrincə inkişaf özünün daxili qanunlarına malikdir.
O, ənənəvi təlimin səmərəsi ilə uşağın müstəqil əqli inkişafı arasında aydın sədd çəkir. J. Piajeyə görə, təlimin tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi əsas götürülməlidir. Beləliklə, o, təlimin inkişafetdirici təsirini kölgədə buraxır. Amerikan psixoloqu C. Brunerin fikrincə isə hər cür əqli inkişafın əsasında yalnız təlim olur. C. Brunerə görə, əqli inkişaf dərin biliyə və ümumiləşdirmə bacarığına yiyələnməkdən ibarətdir. L. S. Vıqotskinin “təlim həmişə inkişafdan qabaqda gedir və onu da öz arxasınca aparır” müddəasına əsaslanan sovet psixoloqları inkişafetdirici təlimin mahiyyətini açmağa çalışmışlar. Burada uşaqların mənimsəmə imkanlarının
aşkara çıxarılması mühüm yer tutur.
Sağlam uşaq böyütmək üçün beş əsas ehtiyac qarşılanmalıdır: Uşağı sevmək onu nə qədər sevdiyini təkrarlamaq demək deyil. Sağlam uşaq böyütmək üçün beş əsas ehtiyac var: 1. Sən varsan, 2. Sən önəmlisən, 3. Sənə inanırıq, 4.Səni sevirik, 5. Səni bəsləyir və qoruyuruq. Ata‐ananın ilk vəzifəsi bu ehtiyacları vaxtında, sözləri, davranışları ilə və yerli‐yerində yerinə yetirməkdir. Əks təqdirdə,
uşaq normal olmayan bir şəxs kimi böyüyər.
Uşaq tərbiyəsində təlim nümunələri
İki yaşlı uşaq öz gözünü, qulağını, burnunu, dişlərini, dilini bilməli, ailə üzvlərini: ata, ana, baba, nənə, qardaş, bacını tanımalı, suyun isti və ya soyuq olmasını ayırmalıdır. Üç yaşlı uşaq əşyaları rənglərinə görə bir‐birindən fərqləndirməli, gün ərzində “niyə?”, “nə üçün?”, “hara?” sualları ilə valideynlərinə müraciət etməlidir. İntellekti inkişaf etdirən oyunlara həvəs və maraq göstərməli, müxtəlif şəkillər göstərdikdə onları ayırmalıdır. Məsələn, “bu topdur, bu dovşandır” deməyi bacarmalı, sadə cümlələri asanlıqla söyləməlidir. Bu
yaş dövründə uşaqların nitq inkişafında pəltəklik, disloliya, şirindillilik halları olur. Dörd yaşlı uşaqlar özünün oğlan və qız olduğunu bilməli, rəqəmlər haqqında təsəvvürə malik olmalıdırlar: İki xəttin hansının uzun, hansının qısa olduğunu ayırd etməyi bacarmalı, dördbucaq, dairə şəkillərini tanımalıdır. Ona iki cisim verdikdə onların hansının ağır və hansının yüngül olduğunu müəyyən etməlidir.
“Atam məni parka apardı. Mən orada maşına, gəmiyə mindim, yelləncəkdə yelləndim” kimi böyük cümlələrlə fikrini çatdırmağa çalışmalıdır. Süfrə arxasında sərbəst oturmalı, gün ərzində onu maraqlandıran və ya düşündürən 100‐150‐yə yaxın suallarla ata‐anasına müraciət etməli, sərbəst halda öz yatağında yatmalıdır. Əqli imkanlarını artıran dama, şahmat, konstruktor‐quraşdırma oyunlarına maraq göstərməlidir. Əqli bacarıqlarını şeir, mahnı, rəqs yaradıcılığı baxımından nümayiş etdirməlidir. Uşağın kollektiv (bağçada, toyda, şənlikşənlikdə) arasında olarkən özünü sərbəst apara bilməsi müəyyən olunmalıdır.
Beş yaşlı uşaqlar: səhər və günortanı təyin etməli, iki şəkildən hansının gözəl olduğunu ayırd edə bilməlidir. Uşaq sol əli ilə sağ qulağını göstərə bilməlidir. İntellektual oyunlardan olan dama, şahmat, domino oyun fiqurlarının düzülüşünü və oynanılmasını göstərməlidir. Günəşin və Ayın hansı istiqamətdən çıxdığını və batdığını, tərəvəz, yeyinti və şirniyyat məhsullarının adlarını bilməlidir. Uşaq divar və qol saatlarında zamanı öyrənməyə maraq göstərməli, ildə neçə ay və neçə fəsil olduğunu deməlidir. 4 rəngi bir‐birindən ayırmalıdır. Yaxın qohumların adlarını və özlərini tanımalıdır: baba, nənə, bibi, xala, əmi, dayı və s. Uşaq yazı stolunun arxasında əyləşib şəkillər çəkməyə maraq və həvəs göstərməlidir. Hər səhər yataqdan qalxıb, bəzi idman hərəkətlərini yerinə yetirməlidir.
Altı yaşlı uşaqlar sadə cümlələr qurmaqla yanaşı, söz ehtiyatlarını artırmalıdırlar. Yazı stolunun arxasında əyləşib yaradıcılıq qabiliyyətini inkişaf etdirən plastilin, rəsm şəkilləri çəkməyi bacarmalı və yaşına uyğun olan maraqlı işlər görməlidir. Eyni zamanda, yazı stolunun arxasında düzgün əyləşməyə vərdiş etməlidir. Uşaq kollektivdə olarkən onun kollektivə tez və yaxud gec uyğunlaşması (ünsiyyət yaratması) müəyyən olunmalıdır. O, kollektiv haqqında olan təəssüratını söyləməlidir. Uşağın davranış və ünsiyyət forması kollektiv
arasında uşaqlara əks təsir yaradırsa, uşaqda yaranmış mənfi hallar tez bir zamanda müəllim, tərbiyəçi, valideyn və yaxud psixoloq vasitəsilə aradan qaldırılmalıdır. Uşaq kollektiv içərisində olarkən onun dinamikliyi, fəallığı görünməklə yanaşı, introverd qrupa şamil olunması müəyyən edilməlidir.Uşaqların əşyalara və hadisələrə qarşı olan psixoloji emosionallıqları üzə çıxmalı, uşaqlarda intellektin inkişafı ilə əlaqədar hesablama qabiliyyətləri öyrənilməli, onların incəsənətə olan marağı artmalıdır.
Hüseyn Xəlilov
XƏBƏR LENTİ
HAVA necə olacaq?-1 Sentyabr
Ermənistanda səfərbərlik başlayıb?
Albalı piroqu (foto resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-68
Faydalı məsləhətlər
Bu günün işini sabaha qoyma...
Cim Kerri bu dəfə tam fərqli obrazda - VİDEO
Zəngilanın daha bir kəndindən görüntülər - VİDEO
Rusiya ağır epidemiya ilə üz-üzə
Pizza çörəkləri (foto-resept)
Kişilərin ağladığı anlar
Bədəndəki toksinləri atmaq üçün çay
Mioplopita-Yunan alma piroqu (foto resept)
Cəbhədə əməliyyatlar dayandırıldı
Məktəbli formalarının tikilişinə başlanılıb
Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR
Uşağınızın istədiyi olmadıqda çox hirslənirsə...
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində olub
Bu gün bu ərazilərdə qaz olmayacaq
Riyazi məntiq. Fəsillər
Bengünün toyundan ilk FOTOlar
Alim: 1000 il sonra...
Disney Qəhrəmanları Hellouində
Benilüks Azərbaycanlıları Konqresi Avropa Parlamentinə müraciət ünvanlayıb
Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, üç dövlət qurumu LƏДћV EDİLDİ
Türkiyə 8 nəfəri xilas edən bu qadından danışır - VİDEO
Radar obyektivdir, yoxsa obyekt?
Azərbaycan sülhməramlıları Əfqanıstanda qalacaqlar?
Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər - VİDEO
Cazibədar futbol aparıcısı efirə çimərlik paltarında çıxdı
Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər
İrem yeni imici ilə hər kəsi təəccübləndirdi-FOTO
Düşmən seçimini etdi - MÜHARİBƏ
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu - ÖZƏL
Türkiyənin görməli yerləri
Azərbaycanda nə qədər avtomobil var?
"Mançester Yunayted"in "şrek"i 150-ni partlatdı
18 dərəcə isti olacaq
Günün qoroskopu: bu gün xeyli gözəl hadisə vəd edir
Erməni silahlı bölmələri yenidən atəşkəsi pozublar
Azərbaycanda tələbələrin təqaüdləri artırıldı
Bütün dünya müsəlman olacaq?
Qan təzyiqinə nəzarət edən qüsursuz sistem
Parlaq saçların sirri
Ramazanda Qədr gecələri nə vaxt olacaq?
İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdilər
Bakıda polis maşınları marketi mühasirəyə aldı - VİDEO
"Qızıl top"un sahibi bəlli oldu
Umac halvası (foto resept)
ABŞ dövlət katibi köməkçisinin müavini Bakıdadır
- ŞƏRHLƏR