Daxili İşlər Nazirliyi bir qrup gənc müğənnini, bəzi deputat və ziyalıları təhqir edənlərin tutulmasından sonra sosial şəbəkələrdə polisin onu tənqid edən insanları fikirlərinə görə cəzalandırması iddialarına münasibət bildirib.
Qadin.Net "Qafqazinfo"ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bununla bağlı açıqlama verib:
“Bu iddiaların hamısı əssasızdır və qərəzdən irəli gəlir. O cür düşünənləri sosial şəbəkələrdə söysələr, təhqir etsələr dözərlərmi? Əlbəttə ki yox. Təhqirlə tənqidi qarışdırmayaq. Biz hamımız sağlam, fakta söykənən tənqidin tərəfdarıyıq və belə tənqidi fikirlər səsləndirən hər kəsi alqışlayırıq. Çünki tənqid hansısa bir nöqsanın, problemin həllinə səbəb olan fikirdi. Amma KİV-də, sosial şəbəkələrdə kimisə təhqir etmək, onun şərəf və ləyaqətin alçaltmaq bu artıq tənqid deyil, yolverilməz bir qanunsuz hərəkətdir. Bu cür təhqir yazmaqla məşğul olduqları üçün saxlanılanlarla aparılan izahedici və profilaktik söhbətlərdən sonra onların özləri də səmimi olaraq etiraf edirlər ki, böyük xətaya, səhvə yol veriblər, gec də olsa hamıdan üzr istəyirlər. Ona görə də bir daha deyirəm, sağlam tənqidi fikiri, yazını, şərhi hamı nəinki alqışlayır, eyni zamanda gözləyir də. Amma heç kim təhqir edilmək istəmir və istəməz də. Ona görə də KİV-də, sosial şəbəkələrdə kimisə təhqir etmək, onun şərəf və ləyaqətini alçaltmaq dünyanın ən demokratik dövlətlərində olduğu kimi, bizdə də məsuliyyət yaradır.
Bir daha xahiş və tələb edirik ki, kiməsə ünvanlanmış təhqiramiz yazılar, şərhlər, statuslar yazan və yazmaq fikrində olanlar belə ikrah doğuran hərəkətlərinə son qoysunlar, əl çəksinlər. Kimsə fikirləşməsin ki, monitorun önündə oturub istədiyim şəxsi təhqir edəcəm və məni heç kim tanımayacaq və görməyəcək. Əgər belələri varsa yanlış düşünürlər. İndiki müasir texniki imkanlar sayəsində hətta uydurma ad altında sosial şəbəkələrdən istifadə edənin şəxsiyyətini müəyyən etmək olur. Ona görə də başqasını təhqir edən gec ya tez müəyyən edilərək məsuliyyətə cəlb olunacaq”.
XƏBƏR LENTİ
Məşhur aktyor "Yasak Elma"da
Noutbukların qiyməti bahalaşacaq
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Ali məktəblərdə II qrup üzrə yerlər boş qalacaq - AÇIQLAMA
Xocalının Quşçubaba kəndi Baharlı adlandırıldı
Meqan Fox aparıcılıq edəcək-FOTO
Günün ramazan təqvimi (28 iyun)
Sosu və Haru
Boyun düzləşməsi əlaməti
İndi də dünyanın sonunu 2014-ə təyin ediblər
Sellülit üçün faydalı yağlar
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq
Şuşa həbsxanasının indiki vəziyyəti - VİDEO
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dərdli zamanlardan qurtulmağın yolu
“İmamzadə” ilə bağlı sərəncam
Şokolad haqqında bilmədiyiniz faktlar
Taekvondo üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
Putinin daha bir istedadı üzə çıxdı - VİDEO/FOTO
Dünyanın ən bahalı spirtli içkisi oğurlandı
Məşhur aktrisa yıxıldı-FOTO
Övladım əzizdir, tərbiyəsi ondan da əziz
Münasibətdə qadınların yol verməməli olduğu xətalar
"Ermənilər digər əraziləri də işğal ediblər"
Gözəl mebellər
Azərbaycanda yağış yağacaq
Qəhvə haqqında nə qədər bilirik?
İtirilmiş və oğurlanmış telefonlar
Ana oğlundan utanıb arıqladı
SON DƏQİQƏ: Azərbaycanda da ZƏLZƏLƏ OLDU
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Azərbaycan Gürcüstana 450 milyon sərmayə qoyub
Antarktida - Əbədi buzlar qitəsi
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb
Ailə fotosu qadını 38 kiloqram arıqlamağa sövq etdi
Bakıda piyadalara yol hərəkəti qaydalarına riayət etmək təbliğ olunacaq
Səudiyyə Ərəbistanı "Bakı Ağ şəhər" layihəsinə maraq göstərir
“Coca-Cola” 130 illik ənənəsini pozur
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
Həftə sonunun HAVAsı
"Azərbaycan Ermənistandan 300 milyard dollar təzminat tələb edəcək"
Bakı məktəblərində saqqız qadağası - SİYAHI
Alimdən VACİB AÇIQLAMA: "Qoyun və keçi pendiri yeyən insanlar..."
Əvvəll döydü, sonra xilas etdi
Mistik meşələr
Geyim nümunələri
Formada qalmağın sirri
2020 Oscar Mükafatları: Qırmızı Xalça
Kələm salatı (foto resept)
2013-cü ilin hündürdaban çəkmələri