Niderland millisinin keçmiş futbolçusu Uesli Sneyder karyerası ilə bağlı maraqlı fikirlər səsləndirib.
Qadin.Net Apasport-a istinadən xəbər verir ki, 36 yaşlı sabiq yarımmüdafiəçi həmçinin həyat hekayəsi barədə danışıb.
Sneyder 2 il formasını geyindiyi "Real"da uğurlu ola bilməməsinin səbəbini intizamsızlığı ilə əlaqələndirib: "Kral ailəsinin bir üzvü kimi yaşayırdım. "Real"ın futbolçususansa, qayğı görürsən. Meydançada da kifayət qədər yaxşı idim. Hər dəfə "Sneyder, daha yaxşısını edə bilərsən" deyirdilər. Tək idim, təmtək. Ətrafımda bu qədər çox insan olsa da, tək idim. "Vodka"nın ən yaxın dostum olduğunun fərqinə varmamışdım. Bunun fiziki cəhətdən hansısa təsirini hiss etmədim. Səhəri oyanırdım və hər şey yenidən başlayırdı. Oynamağa davam edirdim, ancaq əvvəlki qədər yaxşı deyildim, daha az motivasiyam olurdu. Davranışlarım "Real" kimi klubun oyunçusuna yaraşmırdı. Madriddə gecə həyatına çox aludə olmuşdum. Gənc idim, uğurun, şöhrətin, qayğının dadını çıxarırdım. Sonradan hər şey pis getməyə başladı. Narkotik maddədən istifadə etmirdim, amma spirtli içki aludəçisi idim. Fiziki cəhətdən çatdırmadığımı görəndə bunu texnikamla sığortalamağa başladım. Heç kimin bunu hiss etməyəcəyini düşündüm. Amma hər şey gün üzünə çıxır. Xüsusən də, ətrafımda Quti kimi biri var ikən gizləmək mümkün deyildi".
DÇ-2010-un gümüş mükafatçısı ilk klubu olan "Ayaks"dan 2007-ci ildə "Real"a transfer tarixçəsini də bölüşüb. O, ispanların keçiddə israrlı davrandıqlarını söyləyib: "Ayaks"da xoş günlər keçirirdim. 2007-ci ildə yeni mövsümə hazırlaşırdıq və qəzetlərdə oxudum ki, "Real" mənim üçün 24 milyon avro təklif edib. "Ayaks" isə 30 milyon istəyirmiş. Həmin vaxt üçün böyük pul idi. "Ayaks" məni buraxmırdı, "Real" da vaz keçmirdi. Xəyallarını qurduğum formanı geyinmək şansım azalırdı. Sonra "Real"ın idman direktoru Predraq Miyatoviç Niderlanda gələrək, mənimlə görüşdü. Əlindəki çantadan kağızlar çıxardı və orada 3 milyon avro maaş olmaqla 5 illik müqavilə yazılmışdı. "Ayaks"dakı illik məvacibim 1 milyon avro idi. Miyatoviç dedi ki, ya təklifi qəbul edəcəksən, ya da masadan qalxıb gedirəm. Menecerimlə eyni vaxtda qəbul etdiyimizi dedik. Sonra "Ayaks"la anlaşdılar, transfer 27 milyon avroya reallaşdı".
Sneyder aktrisa və aparıcı Yolante Kabau ilə münasibətinin necə başladığını da açıqlayıb: "Bir gün evimin qarşısında çayxanada oturmuşdum. Birdən ətrafda jurnalistlər toplaşdı. Kimisə axtarırdılar və mən də niyə belə davrandıqlarını bilmirdim. Fotoqrafı gördüm, söhbət Yolante Kabaudan gedirmiş. Ondan xoşlandığımı dedim. Yolantenin bir neçə həftə əvvəl sevgilisindən ayrıldığını öyrəndim, telefon nömrəsini tapdım. Onunla münasibətim belə başladı. Yolante düzgün münasibət istəyirdi, hüzur axtarırdı. İlk vaxtlar sanki məndən xoşlanmırdı. Sonra gündə 2 saat danışmağa başladıq, onunla keçirdiyim vaxtlarda sevgim artdı".
Ötənlərin məşhur futbolçusu Yolantedən ayrılmağının səbəbkarı kimi özünü göstərib: "Hər şey yavaş-yavaş pisə doğru getməyə başlamışdı. Səbəbi də mən idim. Çünki daim yığıncaqlarda, əylənməkdə idim. Yolantenin olmadığı kampaniyalara qatıldım, qadınlar, içkilər... Hər şey nəzarətimdən çıxmışdı. Bədənim orada idi, amma ürəyim Yolantenin yanında. Ardı-arası kəsilməyən yalanlardan sonra ona qarşı dürüst oldum, hər şeyi etiraf etdim. Halbuki Yolantenin heç bir səhvi yox idi. Səhv şöhrət, eqo, pul, güc və şəhvət hissində idi. Bunların hamısı məni pis şəkildə yaxaladı".
Qeyd edək ki, Uesli Sneyder karyerası ərzində "Ayaks" və "Real"la yanaşı, "İnter", "Qalatasaray", "Nitsa" və "Əl-Qarafa" klublarında çıxış edib. O, Niderland millisinin heyətində (2003-2018) 134 matçda meydana çıxıb, 31 qola imza atıb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Gecə növbəsində işləmək orqanizmi məhv edir
Eşq və etiraf
Qiymətli daşları necə seçmək lazımdır?
Bu analizin qiyməti 3 mindir
21 yaşlı gənc 74 yaşlı qadınla EVLƏNDİ-FOTO
Xanımlar üçün ev geyimləri
'Qarlar Ölkəsi' ən çox qazandıran film oldu
Qəbirə su tökmək və qəbirin yanında ölü üçün dua etmək olarmı?
Səhərlər bunları yeməyin!
Dəniz düyüsü - min bir dərdin dərmanı
Bir zamanlar milyonların pərəstişkarı idi - Yoxsulluqda öldü - FOTO
Toylara sentyabradək qadağa qoyulub? - Rəsmi
Gəncə şəhəri Ermənistan ərazisindən atəşə tutulur - RƏSMİ
Avropa çempionu 400 kiloqramlıq ştanqı qaldırarkən dizləri sındı - VİDEO
"Neft Daşları" yatağında yeni quyu qazılır
Bədəni qocalmayan 70 yaşlı məşhur
40 faiz mobil bankçılıqdan yararlanır
İdman etməyənlər üçün dartınma hərəkətləri
Bu məhsulun qiyməti şoka salır
Bu ölkədə "Pokemon Go" qadağan edildi
Telekommunikasiya tarixi və müasir cəmiyyətimiz
40 yaşından sonra arıqlamağın yolları
Ən qədim əşyaların yaşı
Saxta əlillik dərəcələri ləğv ediləcək
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Gülben Ergen xəstəxanalıq oldu - FOTO
Gənc ailədə uşaq
Təyyarədə utandı, 96 kq arıqladı - FOTO
Yavuz Bingöl
Əliyev və xanımı “Şahdağ”da
Dünya mətbəxi - Türkmənistan
Google-da nə axtarırlar?
Maska taxmaq mübahisəsinə ELMİ AYDINLIQ gətirildi
Məşhur aktyor “Çarpışma”nı tərk etdi - VİDEO
Quba xalçalarının qiyməti
Dini liderlər dünyanı sülhə çağırdılar
Dar şalvarı necə geyinməli?
Azərbaycan dili - XX Dərs
Ərdoğan vəzifəsindən getməyə hazırdır
Saakaşvili xalqa söz verdi
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Günün ulduz falı
Məşhurların qazandığı pullar - 100 milyon
Valideynlərin uşaq tərbiyəsində yol verdiyi xətalar
Karantin günlərini qızı üçün rəngləndirən ana
Ağzını tikdi
Qadin. Net-lilərin maraq dünyası (5-ci hissə)
Nil Karaibrahimgilə xoş SURPRİZ-FOTO
Benzinin qiyməti dəyişdi
"Yaprak dökümünün "Şevket"ini bir də indi görün - FOTO














