Jealousy
Mən uşaq vaxtlarından bəri kitab oxumağı çox sevirəm. Boş vaxtım olduqca bədii əsərlər oxuyuram, həm yerli yazıçılarımızın əsərlərini, həm xarici yazıçıların əsərlərini oxuyuram. Artıq vaxt keçdikcə texnologiyanın inkişafı ilə mənim də internetə marağım artdı. İnternetdə vaxt keçirmək, maraqlı məlumatlar əldə etmək də mənim hobbilərim arasındadır. Bundan başqa gəzintiyə getməyi də çox sevirəm. Bacı, xəbərdə mənə də yer ayırdığına görə sənə də öz minnətdarlığımı bildirirəm.
GunelYusifzade
Xəbərində mən də yer verdiyin üçün təşəkkür edirəm. Mənim də marağlandığım şeyler var. Gözəl şirniyyatlar, xörəklər hazırlamağı sevirəm. Amma yeməyi o qədər də sevmirəm. Fotoapatarla marağlı şəkillər çəkməyi, səyahət etməyi, at minməyi xoşlayıram. Ən çox marağlandığım sahə maskalar hazırlamaqdır. Ümumən yeni-yeni şeylər öyrənməyi xoşlayıram. Sənə də uğurlar arzulayıram.
GÜLÇİN
Mənim maraq dairəm boş baxtım olanda ondan səmərəli istifadə etməkdir. Yəni hər saniyənin belə qədrini bilmək lazımdır. Əvvəllər toxumaqla məşğul olardım, əsas payız və qış aylarında. Çox xoşlayıram maraqlı jurnal, kitab oxuyum. Nə qədər ki noutbuk almamışdım, bütün bu dediklərimi edirdim. İndi tənbəlləşib, yalnız internetdən maraqlı məlumatlar oxuyuram. Dəblə, gözəlliklə əlaqəli nə varsa onlarla maraqlanıram. Alış-veriş etməyi çox sevirəm, saatlarla ticarət mərkəzlərini gəzim, heç yorulmaram. Bir də mənim köhnə əşyaları, geyimləri atmağa əlim gəlmir. Ən çox mənə nə isə xatırladanları. Deyə bilərəm nişanda geyindiyim paltarı heç kimə vermirəm, özüm də geyinmirəm, amma o günü xatırlatdığı üçün saxlamışam. Uşaqlarımın balaca olan geyimlərini də heç kimə vermirəm, onları yığıb saxlayıram. Həm də təzə qalan ayaqqabılarını. Deyirəm qocalanda bunlara baxıb yada salacam olanları. Məndə belə xasiyyət var ki, bir şeyə baxıb onunla bağlı nə xatirələrim varsa, saatlarca yada salaram. Şəkil çəkdirəyi çox sevirəm, albomlara da baxmaqdan nə doymaram, nə də bezmərəm.
Fidan Memmedova
Mənim maraq dairəm əvvəllər bədii kitablar oxumaq idi. Çox sevirdim kitab oxumağı və yaxınlarımdan da çoxlu maraqlı bədii kitabları alıb oxuyurdum. 2-ci maraq dairəm səyahətlərdi. Çox sevirəm səyahət etməyi və ətrafdakı gözəlliklərdən, təbiət mənzərələrindən, şəhər mənzərələrindən zövq alıram. 3-cü maraq dairəm gözəl saç aksessuarları toplamaqdır. Hal-hazırda isə maraq dairəm Qadın. Net saytı üçün maraqlı və bir-birindən gözəl xəbərlər hazırlamaqdır. Bunun üçün bütün boş vaxtımın hamısını axtarışda oluram.
Zehra Bedirxanli
Əvvəlcə xəbərinizdə mənə də yer ayırdığınıza görə sizə öz minnətdarliğımı bildirirəm. Maraq dünyama gəldikdə isə ailəli olduğum üçün vaxtımın çoxunu ailəmlə, uşaqlarımla keçirirəm. Amma vaxtım olsaydı, bütün günümü mağazalarda keçirərdim. Paltarlara, ayaqqabılara, kosmetikalara baxmaqdan heç yorulmazdım.
Realist (A-N)
Canım, təklifin üçün minnətdaram. Hər hansı bir sahayə marağı olmayan insan bəlkə yer üzündə yoxdur. Hər kəs bir həvəslə, əməllə yaşayır. Əsas məsələ bu istedadı üzə çıxaran mühitdir. Mənim də bir sıra hobbilərim var. Bunlardan ən başlıcası elmi araşdırmalardır. Hər zaman demişəm ki, "elmsiz olsaydım özümü şikəst sayardım". Sahəm üzrə təkmilləşmək amalı ilə yaşayıram. Bədii kitablara, xüsusilə də romanlara olan sevgim sonsuzdur. Güllər mənim həyatımdır. Onlarla nəfəs alıram. Onlara özümdən də diqqətliyəm. Hər zaman da yeni güllər axtarışındayam. Mətbəxin dəlisiyəm. Hər şey bişirərəm, heç sıxılmaram. Dekor işlərini, lazımsız bir əşyanı dəyərləndirməyi sevirəm. Ailəmə qulluq etməyi çox sevirəm. Düşünürəm ki, ilk yazdıqlarım bütün qadınlarda olmaya bilər. Yəni xasiyyətlər müxtəlifdir. Ancaq son yazdığım, ailəyə vaxt ayırmaq bütün qadınlarda olmalıdır. Qadın fədakardır, qayğıkeşdir.
Angela
İlk öncə onu vurğulayım ki, hobbim çoxdur. Ən çox cürbəcür ətirlər yığmağı çox sevirəm. Heç bezmirəm ətirdən. Ayaqqabı almaq ücün də ölürəm. Ondan başqa gecə gezməyi, alış-verişi çox sevirəm. Ev heyvanlarına çox bağlıyam. Həyətdə 4 dənə pişiyim var, onlara cox nəvaziş göstərirəm. Qabaq 8 idi, sonra qocalıb öldulər, bunlar da onların balalarıdır. Bax belə, bacıcan, mən hər şeylə maraqlanıram.
creativka
Əvvəlcədən xəbərində mənə yer verdiyin üçün çox sağ ol. Maraq dünyam çoxdu, bir yerdə saymağı xoşlamıram. İnternetdən maraqlı reseptler tapıb kitabçama yazmağı, sonra onları praktikada tətbiq etməyi xoşlayıram. Maraqlı əsərlər oxumaq, internetdən maraqlı məlumatlar əldə etmək, dini kitablar oxumaq, dünyanın ƏN-ləri haqda maraqlı məlumatlar əldə etmək, körpənin bətndə və ya doğulandan sonra inkişafı, qidalanması ilə maraqlanmaq. Boş vaxtlarımda da internetdə oyunlar oynamaq, şeirlər yazmaq, hərçənd ki çoxdandı yazmıram, saytımıza da şeirlərimdən göndərmişəm, göndərmədiklərimi də inşAllah göndərəcəm. İnşallah mayın 30-u saytda 2-ci ilim olur, maraqlı bir xəbər fikirləşirəm, çünki çoxdandır xəbər göndərmirəm, yenilik axtarışındayam.
Sessiz_sinema
Əvvəla çox sağ olun ki, məni də nəzərə almısınız. Mövzuya gəlincə isə mən özüm çox fikir dəyişkənliyi olan bir insan olduğum üçün hər gün yeni bir şeylərlə marağlanmağı xoşlayıram. Maraq dairəm əsasən kitab oxuyub oradakı maraqlı məlumat və aforizmləri qeyd etməkdən tutmuş, internetdə şeir oxumağa qədər uzanır. :) Hobbimə gəlincə isə mən sabun kolleksiyası toplayıram. Bura ən adi sabun da daxildir, qeyri-adi olanı da...
๑۩۞۩l _ SEVKA _ ๑۩۞۩๑
Mən çox sahəyə maraq göstərirəm. Həmişə yeni nə isə öyrənməyə çalışıram. Uşaqlarımla vaxt keçirmək onlarla oyun oynamaq və tərbiyələndirmək mənim ücun maraqlıdır. Bundan başqa gözəl musiqilərə qulaq asıram. Çalışıram vaxtdan səmərəli istifadə edim. Mətbəxdə yeni-yeni yeməklər, şirniyyatlar hazırlamağa marağım var. Əsas hobbim isə kitab oxumaqdır. Kitabları, gözəl əsərləri, şeirləri çox sevirəm. Saatlarla kitab oxuyuram. Və təbii ki, Qadın. Net... Burda qadınlar maariflənir, məlumatlanır. Ona görə bura da maraq göstərirəm.
Mahira
Hər şeyə marağım var, anam həmişə deyir ki, macərapərəstsən, hər şeyə yaxşı mənada burun soxuram. Uşaq vaxtı məşhur ulduzların şəkillərini yığırdım, indi isə şəkil çəkdirməyi çox sevirəm, yaşlandıqca cavanlığımdan xatirə qalsın. Dünyanı gəzməyə marağım çoxdur. Dəhşətli dərəcədə yeməklərə marağım var, dünya mətbəxinə yox, öz Azərbaycan yemək və şirniyyatlarımıza. Həyatda hər şeyin əlimdən gəldiyini və gələcəyini bilirəm. Yeganə heç vaxt bacara bilmərəm dediyim şey iplə üz-qaş almaqdır. Əlimə yatmır ki, yatmır da bu ip.
XƏBƏR LENTİ
Türklər Papaya şok yaşatdı
Madonna şousuna 5 milyon xərclədi
Belə evdə yaşamaq asan deyil
Buzadırmanma üzrə ölkə çempionatı başlanıb
Çiyələkli şirniyyat (foto resept)
Günəşdə partlayış baş verdi
Voronejdən Bakıya uçuşlar dayandırıldı
Mahsum Kırmızıgüldən şad xəbər-FOTO
Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərlərinə çıxıb
Suqovuşanda Azərbaycan bayrağını qaldıran hərbçiyə ev verildi
Cennifer Lopez məhkəməlik oldu-SƏBƏB
Leyla Əliyeva: “Qan tökməyin, amandır..!”
Leyla Əliyeva qızını belə təbrik etdi - FOTO
Körpə qızlar üçün saç düzümü
Xalq inancları
36 saata tikilən ev-FOTO
Dünyanın ən zərərli içkisi
Daha iki güləşçimiz Avropa çempionu oldu
Tilavət nə deməkdir?
İşıqda yatmaq çox ziyanlıdır!
Mürəbbəli şirniyyat (foto-resept)
Yaşıl mərci salatı (foto-resept)
29 min manatlıq stres çarxı
İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi
Günün qoroskopu: çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz
Xoşbəxt olmağın 8 yolu
Film kimi real yerlər
Cəfəri ilə xəstəlikləri sağalt - Xanımlar üçün.
İbrahim Tatlısəs onu unudan müğənnilərdən danışdı-FOTO
Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir
Beyin haqqında miflər(1)
İki məşhur Bakıya gəlir
Yumşaq tort keksi (foto resept)
Bu fotodakı qatili görürsünüz? - FOTO
Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb
Okeandakı kiçik cənnət
Oruc tutmaq istəyən uşaqlarla bağlı tövsiyələr
Həddindən artıq meyvə qaraciyərə zərərlidirmi?
Azərbaycanda ilk dəfə: tələbələrə əlavə pul veriləcək
Ayaqlarınız səndələ hazırdır?
Yeni ildə tortlarımızı necə bəzəyək?
HAVA necə olacaq?
Eşqinizi alovlandırın
Nadir hallarda rast gəlinən xəstəliklər
Aksessuarlar
"Gəlincik" tortlar
BÜRCLƏR bizə nə vəd edir? -13 MAY
Alonso Bakıda qeyri-adi şoudan danışdı
Dəniz Çakır bir çox saytların bloklanmasını tələb edib
Enerji içkilərini içdikdən sonra bədəndə NƏ BAŞ VERİR?
- ŞƏRHLƏR