“Hərəkətinə icazə verilməyən nəqliyyat vasitələrinin müəyyənləşməsi xüsusi qaydada aparılacaq”.
Qadin.Net xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, polis əməkdaşları karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq, gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdiriblər:
“İyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi yenidən sərtləşdiriləcək. Bu müddət ərzində yalnız fəaliyyətinə icazə verilmiş qurumların işçilərinin hərəkətinə icazə veriləcək. Ola bilsin ki, nəqliyyat vasitələri ilə yola çıxan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsi xüsusi texniki vasitələrin köməyi ilə müəyyən olunacaq. Bu əvvəlki qaydada SMS vasitəsi və ya “icazegov.az” portalında kiminsə adının olması ilə bağlı olmayacaq. Çox məhdud sayda şəxslərin nəqliyyat vasitəsilə hərəkətinə icazə veriləcək.
Həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları xüsusi qaydada qeydiyyata alınacaq və yalnız onlar inzibati qaydada cərimə olunmayacaq. İyunun 6-dan 8-dək qeyd olunan saata qədər nəqliyyat vasitəsi ilə hərəkətinə icazə verilməyən digər şəxslər xüsusi texniki avadanlıqlar vasitəsilə aşkar ediləcək. Vətəndaşlar fikirləşməsin ki, ərazidə polis yoxdur və bizi cərimələyən olmayacaq. Öncədən bu barədə vətəndaşlara xəbərdarlıq edirik.
Karantin rejiminə əməl etməyən şəxslər barəsində iyunun 2-dən qəbul edilən qərara əsasən, qoruyucu vasitələrdən istifadə etməyən sərnişin və sürücülər qanunvericiliyin normalarına uyğun şəkildə məsuliyyətə cəlb olunacaqlar. Müvafiq olaraq, qoruyucu vasitələrdən istifadə etməməklə qayda pozuntusuna ilk dəfə yol verən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat cərimə olunacaqlar. Eyni xətanın il ərzində təkrar olunması müşahidə olunarsa, fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat cərimə olunacaqlar. Bu cərimələrlə yanaşı, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndində karantin qaydalarının pozulmasına görə, 1 aya qədər inzibati həbs cəzası da var. Bu günə qədər 50-yə yaxın şəxs bir aya qədər inzibati həbs cəzası alıb”.![]()
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Burada hər adama 1000 dollar ödəyirlər" - Facebook-un sahibi yazdı
Gözəlliyin vahiməli tərəfləri haqqında bilmədikləriniz
Dəri tipləri və onların problemləri
Bakıda Novruz festivalı olacaq
Xudaya yar olan şəhidimiz - VİDEO
Murat Yıldırımdan təqdirəlayiq addım
Obama Trampı tənqid etdi: “Hüquqlarımıza hücum edirlər”
Erməni saytının etirafı
Sızanaqların müalicəsi üçün
Emilia Klark QADAДћAlarından danışdı-FOTO
Roman əsasında çəkilmiş ən yaxşı filmlər (1)
Qadınların güclü olduğunu göstərən filmlər
Rəqsanə pəhrizini açıqladı - 22 kiloqram arıqlayıb
500 illik "makiyajlı" qadın cəsədi tapıldı - FOTO
Hər şeyə vaxt ayırın
Körpələrdə göbək yırtığı
General Motors ilk elektrikli velosipedini buraxıb
Mariya Stadnik: "Qələbələrə adət etmişəm"
Sabah yaz havası olacaq
Azərbaycanda analıq məzuniyyəti neçə gündür?
Bakı Nəqliyyat Agentliyindən sərnişinlərə MÜRACİƏT
Məşhur futbolçu karyerasına son qoyur: O, son oyununa çıxacaq
Rəqəmli pazllar (3)
Qara meşə tortu (foto resept)
Əvəzedilməz qadın olmağın sirləri
Dünyanın ən kök qadını öldü - FOTO
Qoltuqaltı qaralmasını necə aradan qaldırmalı?
Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini yenidən sərbəst buraxıldı
Avropa Azərbaycanın əməliyyatından qorxdu
Məşhur azərbaycanlı yazıçı: "O, böyük adam idi..."
Belçikalı futbolçu Zaqatalada
Sertap Erenerin TƏNQİD olundu-FOTO
Sergey Lazarev 12 kq arıqladı
Utanmaq da bir gözəllikdir
Türklər İrəvana axışacaqlar
Selenadan yeni klip - gecə geyimi, yaş saçlar... - VİDEO
Azərbaycanlı ilə erməni qaydasız döyüşçü eyni turnirdə
В«FeysbukВ»un pilotsuz təyyarələrindən ucuz internet
Nəhəngliyi ilə seçilən 10 gəmi
Cennifer Lopez yenidən izləyicilərini heyran qoydu - FOTO
Ceyhun Bayramov XİN rəhbəri kimi ilk xarici səfərinə gedir
Həftəsonları ictimai nəqliyyatın hansı halda bərpa olunacağı açıqlandı - RƏSMİ
Rusiyanın “Eurovision” təmsilçisi ölkəsindən mühacirət etdi
Ricət nədir?
Qurban bayramı İlahi rəhmətin təcəllisidir
Dünyada ən güclü smartfon hansıdır?
“WhatsApp” tarix ola bilər
Geyim nümunələri
Bakı rusların marağında
Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU AÇIQLANDI














