Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümü tamam olur.
Qadin.Net-in məlumatına görə, Z.Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb .
Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.
Görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin həyat yoldaşı, prezident İlham Əliyevin anasıdır.
1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.
XƏBƏR LENTİ
Başa portret çıxaran qeyri-adi saç ustası – Video
Ermənistan ordusu atəşkəs rejimini yenə pozub
Müharibə ehtimalı artıb
Alimlərdən açıqlama: orta ömür müddəti artacaq
Azərbaycanda yenilik - “Barışıq skamyası”/Video
12 barmaqlı uşaqların valideyləri: "Onların belə doğulması üçün dua edirik" - FOTO
Revmatizma ağrısını aradan qaldıran bitkilər
Unikal rəssam: göz yaşı ilə şəkil çəkir
Müəllimlərə əməkhaqqı yeni qayda ilə veriləcək
Pudinqli peçenye (foto resept)
Adi qız məşhur modelə çevrildi: makiyaj "möcüzəsi"
Abituriyentlərin nəzərinə!
Həkim rəyi olmadan eynək satılmayacaq - YENİ QANUN LAYİHƏSİ
"Hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq"
Yeni cinsi xəstəlik yayılır
Soğan qabığının inanılmaz faydaları
Qarabağ problemi həll olur
Belçika meşələrində gizlənmiş taxta heykəllər
2012-ci ilin qısa don modelləri
Moruğun faydaları
Azərbaycan tarixindən yüz şəxsiyyət-79
Geyim dəstləri
Gürcüstan-Tbilisi
Futbolda qaydalar dəyişdi
Bu azərbaycanlı gözəl 4-cü dəfə Avropa çempionu oldu
Avtobus dayanacaqlarında kart aparatlarının quraşdırılmasına başlanılıb
Kartoflu-göbələkli rulet (foto resept)
Alimlərdən dəhşətli virusla bağlı AÇIQLAMA
Koronavirusla bağlı son STATİSTİKA
Twitter-dən Facebook-a ağır zərbə - FOTO
Banka hücum etdi: Pulları oğurlamağı unutdu – VİDEO
Daha 3 medal qazandıq
"Çılpaq" tort (foto resept)
Fərqli heyvanlar
Qəribə bayram: qadınlar kişiləri döyür-FOTO
DTX, XKX və DSX-də birbaşa kadr zabit heyətinə könüllü daxil olanların NƏZƏRİNƏ
Tonal krem seçimi
Sofiya Rotaru reanimasiyaya yerləşdirildi
Azərbaycanda xüsusi karantin dövründə iş rejimi belə tənzimlənəcək - QƏRAR
Şüuraltı
Günün qoroskopu:Uğurlu gündür!
Ordumuz düşmənin xeyli sayda canlı qüvvə və texnikasını məhv edib - RƏSMİ
Nazirlikdən xəbərdarlıq!
Qara donla makiyaj necə olmalıdır?
İnsanda təcavüzkar genlər aşkarlandı
Evdə hazırlaya biləcəyiniz 2 əl kremi
10 günə 7 kq saglam şəkildə arıqlayın!
Sarkisyan Qarabağda itirdikləri torpaqdan danışdı
Qozun bağırsaqlara təsiri
Müəllim olmaq istəyənlərə şad xəbər














