Bu gün XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri - Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü tamam olur.Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.O, 1942-ci ildə orta məktəbi bitirdiktən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.1950-ci ildə Zərifə xanım Əliyeva aspiranturaya daxil olub və 1953-cü ildə buranı bitirib.1957-ci ilə qədər Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilə qədər böyük elmi işçi, 1967-ci ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professor, Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın düynada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" adlı doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib.Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.Zərifə xanım Əliyeva yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına böyük əmək sərf edib. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologii" (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi.1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.Elmi tədqiqatlarının yüksək səviyyəsi, sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi tədqiqat işlərində böyük xidmətləri qiymətləndirilərək, 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan SSR EA-nın akademiki seçildi.Zərifə xanım Əliyeva göstərdiyi xidmətlərinə görə orden və medallarla təltif olunub. Azərbaycanın əməkdar elm xadimi kimi yüksək ada layiq görülüb.Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib.
XƏBƏR LENTİ
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
Ermənistan satlığa qoyulub
Uzun illər qıtlıq gözlənilir
2018 Coachella festivalı
Gəncədə gimnastika üzrə Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr edilən açıq birincilik keçirilib
Facebook-da təhlükə
Corc Buşun qızının toyu oldu-FOTO
Almaniyada ilk peyvənd 101 yaşlı qadına vuruldu
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Uşaqlara məcburi yemək yedizdirmək doğrudurmu?
Taksi də bahalaşdı. Bundan sonra nə olacaq?
İngiltərədə dinozavrın skeleti 650 min dollara satıldı
Kopenhagen moda həftəsi
Qiyməli qarabaşaq (foto resept)
Hərbçilərimiz müharibəyə hazırdır?
HAVA xəbərdarlığı
Alimlərdən inanılmaz kəşf
HAVA necə olacaq?
Diktatorların qadınları
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Noyabrın 15-i son vaxtdır
Tətilin SON GÜNÜ Başa çatır
Şeyma Subaşı son FOTOsu ilə diqqət çəkdi
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
Yeni il şarı düzəldək
Gülşen açıqlaması ilə diqqət çəkdi
BÜRCLƏR bizə nə vəd edir? - 25 APREL
Uşaqlara hansı yaşda hansı oyuncaq verilməlidir?
Təbrizdə Azərbaycan ordusuna dəstək aksiyası: “Biz ölməyə hazırıq” - VİDEO
Xərçəng xəstəliyindən qorunun!
Ən bahalı və ən ucuz ixtisaslar
50 yaşlı qadın üçəm doğdu
Nəhayət ki: itmiş təyyarə tapıldı - FOTO
Yüksələn dərd: təzyiq
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb
Dünyanın ağ ciyərləri belə məhv edilir
Qarpız niyə bahadır?-Nazirlikdən şərh
Azərbaycanda daha 338 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Xaosun harmoniyası və ya heç nə(2)
TQDK-dan imtahanlarla bağlı açıqlama
Əlvida, Madiba!
"Ayrıldılar" deyilən cütlük toya hazırlaşır
Günün qoroskopu: aktiv olun, enerjili çalışın
İnfarkt keçirən xalq şairindən xəbər var
Çindən Rusiyaya ümid vədi: hər şey yaxşı olacaq
Ancelina Coli ilə Bred Pitt haqqında gizli fakt üzə çıxdı
Bu gün bir neçə rayon qazsız qalacaq
Super qadınlar üçün super qidalar
Vətən Müharibəsinin iki dost, iki sirdaş qaziləri - VİDEO
Pendirli poğaça (foto-resept)
- ŞƏRHLƏR