Təhlillər göstərir ki, satın almaq məqsədi ilə kirayə mənzillərə müraciət şərtləri indiki şəkildə saxlanılsa, xüsusilə aztəminatlı ailələr, qismən orta təbəqə üçün bir sıra çətinliklər yarada bilər. Şərtlərə uyğun olaraq ödəmə qabiliyyəti müəyyənləşdirilən zaman vətəndaşlar iki hissəyə - subay və ailəli qruplarına ayrılacaq. Çətinlik yaradan məqamlardan biri də odur ki, kredit tarxiçəsi müsbət və mənfi qiymətləndirilən ərizəçilər evli olduqda onların xalis orta gəliri ilə bağlı müəyyənləşdirilmiş faiz eyni olduğu üçün ailəli vətəndaşlarımız üçün kredit tarxiçəsinin müsbət və ya mənfi olması heç bir əhəmiyyət daşımır.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov paylaşım edib. O bildirib ki, subay və ailəli qruplarına ayrılacaq və kredit tariçəsinə uyğun olaraq vətəndaşların ödəmə qabiliyyəti müəyyənləşdiriləcək:
“Məsələn, əgər kredit tarixçəsi müsbətdirsə, ərizəçi subay olduğu halda onun xalis orta aylıq gəlirinin 50%-i, evli olduqda isə xalis orta gəlirinin 70%-i nəzərə alınacaq. Xalis orta aylıq gəlir müəyyənləşdirilən zaman ailədə olan hər bir ailə üzvünün hesablanmış yaşayış minimumu müəyyənləşir və gəlirdən çıxıldıqdan sonra xalis gəlir müəyyən edilir. Ancaq aylıq xalis gəlir müəyyənləşdirilən zaman xərcin məbləği kifayət qədər böyük olur. Çünki 2020-ci ildən etibarən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 201 manat, uşaqlar üçün 170 manat, ölkə üzrə isə 190 manat səviyyəsində müəyyənləşdirilib. Bu isə o deməkdir ki, əgər ailədə, orta hesabla dörd nəfər varsa, o zaman dörd nəfərin xərci 760 manat edir və gəlirlərdən 760 manat çıxıldıqdan sonra xalis orta aylıq gəlir müəyyənləşir
Çətinlik yaradan məqamlardan biri də odur ki, kredit tarxiçəsi müsbət və mənfi qiymətləndirilən ərizəçilər evli olduqda onların xalis orta gəliri ilə bağlı müəyyənləşdirilmiş faiz eynidir. Yəni, müsbət kredit tarixçəsi olan vətəndaşımızın da orta aylıq gəlirinin 70%-i, kredit tarxiçəsi mənfi hesab olunan vətəndaşımızın da xalis orta aylıq gəlirinin 70%-i əsas götürüləcək. Bu nöqtədən yanaşanda ailəli vətəndaşlarımız üçün kredit tarxiçəsinin müsbət və ya mənfi olması heç bir əhəmiyyət daşımır. Əgər heç bir əhəmiyyət daşımırsa, kredit tarixçəsinin müsbət və ya mənfi olaraq qiymətləndirilməsinin əhəmiyyəti də başa düşülmür. Ərizəçi subay olduqda müəyyənləşdirilmiş faizlər subay vətəndaşlarımız üçün müraciət baxımından çətinliklər yaradır, çünki ərizəçi subay olduqda orta aylıq gəlirinin 50%-i maksimal ödəmə qabiliyyəti olaraq götürülür. Yəni, əgər vətəndaş subaydırsa və onun aylıq əmək haqqı 800 manatdırsa, ondan 190 manat çıxılır və qalan 610 manatın 50%-i götürülür. Aylıq əmək haqqı 800 manat olan subay vətəndaşımızın hətta kredit tarixçəsi müsbət olsa belə, onun üçün aylıq ödəmə məbləği maksimum 305 manatdır. Yəni, o, aylıq ödənişi maksimum 305 manat olan kirayə mənzilə iddia edə bilər. Bu isə o deməkdir, aylıq 800 manat qazancı olan subay vətəndaşımızın kredit tarixçəsi müsbət olsa belə, kirayə mənzil üçün müraciət edib, ona sahib ola bilməyəcək”.
İqtisadçı qeyd edib ki, qənaətbəxş qiymətləndirildikdə də kirayə mənzilə sahib olma imkanları kifayət qədər çətinləşəcək, ayda 1500 manat əmək haqqı alan və ailədə iki uşağı olan ailə bu mənzillərə müraciət edib üçotaqlı mənzilə sahib ola bilməyəcək:
“Qənaətbəxş qiymətləndirildikdə də xalis aylıq orta gəlirin 40%-i müəyyənləşir. Yəni aylıq əməkhaqqı 800 manat olan subay vətəndaşımızın orta aylıq əməkhaqqından 190 manat çıxıldıqdan sonra onun aylıq ödəniş məbləği 244 manat olacaq. Bu isə o deməkdir ki, qənaətbəxş kredit tarxiçəsinə malik olan subay vətəndaşımız ayda 800 manat əməkhaqqı alırsa, kirayə mənzilə sahib olma imkanları kifayət qədər çətinləşəcək.
Eyni zamanda, ailəli vətəndaşlar üçün 70%-in müəyyənləşdirilməsi də doğru deyil. Əgər ailədə iki nəfər çalışırsa, onların birgə aylıq əmək haqqı 1500 manatdırsa və ailənin dörd nəfər üzvü varsa (iki valideyn, iki uşaq), o zaman ailə üçün yaşayış minimumu 760 manatdır. 1500 manatdan 760 manat çıxıldıqdan sonra yerdə qalan gəlir 740 manatdır. Bu halda ailə maksimum 518 manat ödəniş qabiliyyətinə malik olan müraciətçi kimi götürüləcək. Bu isə o deməkdir ki, əgər üçotaqlı mənzildə aylıq ödəniş haqqı 600 manat olacaqsa, ayda 1500 manat əməkhaqqı alan və ailədə iki uşağı olan ailə bu mənzillərə müraciət edib üçotaqlı mənzilə sahib ola bilməyəcək.
Deyilənləri nəzərə alaraq təklif edirik ki, öncə faizlərin dəyişdirilməsi həyata keçirilsin, çünki subay vətəndaşlarımız üçün müəyyənləşdirilmiş faizlər kifayət qədər sərtdir. Kirayə mənzillər həm də ona görə vacibdir ki, subay vətəndaşlarımız mənzilə sahib olub ailə qura bilsinlər. Amma mövcud şərtlər subay vətəndaşlarımızın mənzilə sahib olmaları üçün xeyli çətinliklər yaradır. Ailəli vətəndaşlarımıza münasibətdə də aylıq gəlirlə bağlı şərtlər kifayət qədər sərt olduğu üçün onların bu imkandan yararlanması çətinliklərlə müşayiət olunacaq”.
V.Bayramov məhkumluğu olan vətəndaşlarımızın müraciət edə bilməməsini diskriminasiya kimi qiymətləndirib:
“Çünki hər hansı vətəndaşımız məhkumluq yaşayıbsa və islah olunubsa, həmin vətəndaşın yenidən işləmək, eyni zamanda mənzilə sahib olmaq hüququ var. Müraciət zamanı məhkumluğun meyar kimi nəzərə alınması arzuolunan deyil. Təklif edirik ki, bu məhdudiyyət tələblərdən çıxarılsın. Məhkumluq həyatı yaşamış vətəndaşlarımıza dəstək olmaq lazımdır ki, onlar yenidən cəmiyyətə inteqrasiya oluna bilsinlər”.
İqtisadçı digər tərəfdən, Bakıda qalan vətəndaşların böyük bir qisminin rayondan gəlməsinə diqqət çəkib. O təklif edib ki, qeyri-formal məşğulluqla fəaliyyət göstərən vətəndaşların da bu imkanlardan faydalanmasına şərait yaradılsın:
“Bakıya gələnlərdir. Aparılan monitorinqlər göstərir ki, həmin şəxslərin böyük bir qismi qeyri-formal məşğulluqda, yəni əmək müqaviləsi bağlanılmadan çalışırlar və ya əmək müqaviləsi baglanılsa da, burada məbləğ tam olaraq göstərilmir. Ona görə də məqsədəuyğundur ki, qeyri-formal məşğulluq olan vətəndaşlarımızın da məhz bu imkanlardan faydalanmasına imkan yaradılsın. Çünki kirayədə qalan vətəndaşlarımızın bu layihə ilə mənzilə sahib olması vacibdir. Amma onlar öz gəlirlərini rəsmiləşdirə bilmirlər və ya rəsmi gəliri təqdim etməkdə çətinlikləri mövcuddur. Nəzərə alaq ki, İpoteka və Kredit Zəmanət Fondunun monitorinq aparmaq və bir sıra hallarda kredit verilən zaman zəmanət vermə imkanları var. O baxımdan biz təklif edirik ki, yalnız rəsmi əməkhaqqısı olan deyil, həm də qeyri rəsmi çalışan vətəndaşlarımızın da bu imkanlardan faydalanması üçün mexanizm hazırlansın və mövcud mexanizmləri tətbiq etməklə daha çox vətəndaşımızın, xüsusən də hazırda kirayədə qalan, mənzilə ehtiyacı olan vətəndaşlarımızın faydalanmasına nail olunsun. Bütün bunları nəzərə alaraq, təklif edirik ki, CESD təklifləri nəzərə alınmaqla kirayə mənzilərə müraciət ilə bağlı şərtlərin təkmilləşdirilməsi həyata keçiriləndən sonra layihənin icrasına start verilsin”.
XƏBƏR LENTİ
Hava necə olacaq?
Leyla Əliyeva Fransa prezidenti ilə görüşüb
Cəbhədə erməni təxribatı davam edir
Dəbli ayaqqabılar
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Yenidən "Hercai"yə qayıtdı
XII Nar festivalından MARAQLI FOTOLAR
Ufoloqlar Antarktikada UFO aşkar etdilər-FOTO
Elvis Presli əfsanəsi geri qayıdır
Kartoflu rus salatı (foto-resept)
Distant təhsil alan şagirdlərin onurğasını belə qoruyun
Hava haqqında
Toyuq ətindən kabab (foto resept)
Sümük əriməsi boy qısalmasına səbəb ola bilər!
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Rusiyadan Xəzər dənizi ilə bağlı yeni qərar
Cazibədar xanımlar üçün üzüklər
Noxudlu burger (foto resept)
Vandamın qızının şəklini görənlər: "Atasının qızıdır"
Ölkələr koronavirusun ikinci dalğası ilə əlaqədar ərzaq ehtiyatı toplamağa başladılar
Birlikdə öyrənək
Günün ulduz falı
Terrorçulardan Qərbə xəbərdarlıq
İrina Şeyk yeni sevgilisini təbrik etdi
Yaponlardan SAQQAL QADAДћASI
İranın Şərqi Azərbaycan vilayətində tufan baş verib
Hansı bürcün qadınısınız?
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
Bakılı məzun Afrikada İslamı qadağan elədi
Əmzik
"Xocalıya ədalət" kampaniyası Koreyada
National Geographic foto müsabiqəsi-1
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Orta aylıq pensiya 350 manata çatdırılacaq - RƏSMİ
Folqa kağızından interyer
Pəhrizi pozmağa səbəb olan anlar
Ancelina Coli uzun müddətdən sonra İLK DƏFƏ-FOTO
Dinozavrların ən böyük məskəni
Sehirli uşaq kostyumları
File dolması (foto resept)
Toxluq hissi yaradan avokado pəhrizi
Əhaliyə xəbərdarlıq
Məşhur aktrisadan Gözlənilməz Addım
Şamaxı Rəsədxanası: Azərbaycanda maqnit qasırğası hiss olunub və ürək-damar xəstəlikləri olan insanlara təsir edib
Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
"Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri" artıq Bakıda
"Tropik həzzi" tortu (foto resept)
HAVA xəbərdarlığı
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Türkiyədə matəm elanı