
Telman adlı oxucu Milli.Az-a yazır ki, “Koroğlu” stansiyasının girişində siqaret çəkilməsinə qadağa qoyulmasına baxmayaraq, buna əhəmiyyət verilmir: “Stansiyanın çıxışında keçiddə divar boyunca "siqaret çəkmək qadağandır" işarəsi qoyulub. Ancaq düz işarənin yanında durub siqaret çəkirlər. Həmin keçid yeraltı keçidlərin içində bəlkə də ən çox işlək olanıdır. Gün ərzində yüzlərlə insan bu keçiddən istifadə edir. Hər səhər və axşam mən özüm də o keçiddən istifadə edirəm. Siqaret tüstüsündən keçmək olmur oradan. Əsasən də, orada xırda ticarətlə məşğul olan dükan işlədən insanlar o işarələrin altında dayanıb siqaret çəkirlər. Axı oradan yaşlı, xəstə, hamilə insanlar keçir. Bu vəziyyət onların sağlamlığına xələl yetirə bilər. Metroda xidmət göstərən polis əməkdaşları isə bu işə laqeyd yanaşırlar. Bir sözlə, nəzarət yoxdur. Yolu keçən insanları tutub cərimə eləməkdənsə, məncə, keçidlərdə siqaret çəkənləri cərimə eləmək daha yaxşı olardı.
Yayın qızmar vaxtlarında, onsuz da, keçidlərdə havasızlıqdan nəfəs almaq olmur, siqaret tüstüsü isə lap adamı boğur. Buna nəzarəti kim eləməlidir - metropoliten, yoxsa daxili işlər orqanlarının nümayəndələri?” - deyə oxucu məktubunda vurğulayır.
Bakı Metropolitenindən Milli.Az-a bildirildi ki, metroda siqaret çəkmək qəti qadağandır. Bu qadağaları pozan şəxslərə qarşı metro polisi həmişə mübarizə aparır.
Bakı Metropoliteninin Polis Şöbəsinin rəis müavini Kamal Şirinov isə Milli.Az-a bildirdi ki, metronun vestibülündən içəri girən şəxslər siqaret çəkərsə, polis tərəfindən saxlanılaraq cərimə olunurlar. Onun sözlərinə görə, metroda siqaret çəkənlər inzibati qaydada 50 manat cərimə olunur.
Milli.Az-ın “Bəs niyə bütün keçid boyu siqaret çəkənlərə rast gəlinir?” sualına rəis müavini belə cavab verdi: “Onlar niyə siqaret çəkdiklərini anlasaydılar, yəqin ki keçiddə də siqaret çəkməzdilər. Ona görə də onlara söz deməyin mənası yoxdu. Polis siqaret çəkən şəxsi keçiddə görərsə, dərhal cərimələyir”.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Yol polisindən sürücülərə çağırış
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək
Kreativ əl işləri
“Mənim kimi axmaq olmayın” dedi və səhəri koronavirusdan öldü - FOTO
Mobil telefonun övladınıza vurduğu zərbələr
Daşların "qızıl yaddaşı" - xrizokol
Yaşlanmağın qarşısını alan maska
Metroda sərnisМ§in sıxlığı ilə bağlı AÇIQLAMA
Məşhur media şirkətində kütləvi ixtisarlar
Prezident İlham Əliyev: "Heç kim toxunulmaz ola bilməz"
Axşam Bakıda işıqlar söndürüləcək-SƏBƏB
Kürəkdəki sızanaqlardan necə xilas olmalı?
Hava haqqında - 15.02.2014
Buş prezident olmaq istəyir
“Ananas” salatı (foto resept)
İlin adamı seçildi
Xərçəngin səslə müalicəsi - İnanılmaz effekt
İlon Maskdan maraqlı paylaşım
İşğaldan azad olunmuş torpaqlarımızdakı mədəni abidələrlə bağlı VACİB ADDIM
Haydi bu dəfə də diqqəti üzərinə çəkdi-FOTO
Şəkər paketlərindən don hazırladı
Facebook-da YENİLİK
İlk görüşdə bədən dili
Dərinizi gözəlləşdirəcək köhnə üsullar
I vitse-prezident və vitse-prezidentlər vəzifəsinin yaradılması təklif olunur
Hollivud “Peyğəmbər”i ekranlaşdırdı
Azərbaycanda daha 25 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
"Mançester Yunayted" Ronaldunun nömrəsini Mataya verdi
Keta ilə geyimləri necə kombinlənməli?
Ölkədə gediş haqları dəyişibmi?
Mobil telefonların zərəri
Fevralın 26-da ilk dərs saatı Xocalıya həsr ediləcək
Günün qoroskopu - 01.11.2013
Prezident dəyişiklik etdi
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Ətir vurmaq üçün ən ideal bölgə
Son 10 ilin ən güclü tayfunu Yaponiyaya yaxınlaşır
İyunun qeyri-iş günləri məlum oldu
Qız uşağı istəyənlər üçün
Rusiya Azərbaycandan imtina etdi
Turistlər kütləvi şəkildə bu ölkəni tərk edirlər
Ata sevgisi
Qadınlar üçün avtomobillər
Tanış olun: Mercedes-Benz MLC - FOTO
ATƏT sədri Bakıda
Türkiyədə 12 telekanal bağlandı
Qalmaqallı prezident bu ölkəyə gedir
Ən qısa boylu məşhur qadınlar
Yumurta boyda almaz tapıldı-FOTO
Ramazan ayı - 1-ci günün duası

- ŞƏRHLƏR