Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Əli bəy Hüseynzadə
(1864-1940)
Əli bəy Hüseynzadə 1864-cü ildə Salyan şəhərində anadan olmuşdur. Mədrəsədə dərs deyən atası Hüseyn bəy oğlunu da müəllim görmək istəyir və qohumları axund Əhməd Hüseynzadədən məsləhət istəyir. Qafqazın şeyxülislamı vəzifəsini tutan axund Əhməd oğlanı Tiflisə gətizdirir və burada Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində ali sinifli məktəbə qəbul etdirir. Məktəbi bitirən Əli bəy 1875- ci ildə Tiflisdəki 1-ci şəhər gimnaziyasına daxil olur və 1885-ci ildə buranı müvəffəqiyyətlə bitirir.
Ruhani olmaq istəməyən Əli bəy Hüseynzadə 1885-ci ildə Peterburqa yollanır və Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. Burada o, 1889-cu ilədək təhsilini davam etdirir və universiteti müvəffəqiyyətlə bitirir. Lakin Əli bəyin texniki sahəyə bir elə həvəsi olmamışdır. Dərs proqramına aid olan ədəbiyyatdan daha çox o, türkdilli xalqların tarixi və ədəbiyyatına aid kitablar oxuyurmuş, islam tarixi və dəyərlərinə maraq göstərirmiş. Tələbə siyasi dərnəklərinin fəal üzvü olan Əli bəy çarizmin türk-müsəlman xalqlarına qarşı apardığı siyasətə qarşı çıxmışdır. Nəticədə onun adı bir çox polis protokollarında hallanmış, faktik olaraq potensial inqilabçıların "qara siyahı”-sına salınmışdır. Bu zaman Ə.Hüseynzadə həm də ədəbi fəaliyyətlə məşğul olmağa başlamış, əsasən lirik şeirlər yazmışdır.
Rusiyanın onunçün cansıxıcı mühitində yaşaya bilməyən Əli bəy Hüseynzadə gözlənilmədən İstanbula yollanır.
Türk dünyasının nicatını Osmanlı dövlətində görən Əli bəy burada ali təhsil almaq qərarına gəlir. 1890-1895-ci illərdə Ə.Hüseynzadə İstanbul Universitetinin hərbi tibb fakültəsində ali təhsil alır. Universiteti bitirdikdən sonra o, 1895-1897-ci illərdə İstanbulda Heydərpaşa hərbi hospitalında dermatoloq ixtisası üzrə həkim işləyir.
Əli bəy 1897-ci ildə yüzbaşı rütbəsində Türkiyənin Balkanlarda apardığı müharibənin Tesaliya cəbhəsinə göndərilir və 3 il döyüş bölgəsində olur. Burada o, müharibənin törətdikləri fəlakətləri öz gözləri ilə görür.
1900-cü ildə Əli bəy cəbhədən qayıdır, İstanbul Universitetinin dəri-zöhrəvi xəstəlikləri üzrə kafedrasında professor köməkçisi vəzifəsində çalışır. Bu illərdə onun çap etdirdiyi əsərlər Türkiyə tibb elminin inkişafına müəyyən töhfə vermişdir. "Sifilis", "Vəba və mikrobu", "Ensiklopedik türk lüğəti" kimi əsərləri osmanlı ictimaiyyəti və peşəkar həkimlər tərəfindən müsbət qarşılanmışdır.
Hərbi həkim kimi çalışdığı dövrdə Əli bəy vaxtaşırı əbədi fəaliyyətlə də məşğul olur; o, alman alimi F.Bodenştedtin Ömər Xəyyam haqqında yazdığı əsəri, şairin bir neçə rübaisini, Hötenin "Faust" əsərini türk dilinə çevirərək nəşr etdirir. Bu dövrdə Əli bəy Hüseynzadə öz əsərlərini "Ə.H" və "Səlyani" təxəllüsləri ilə imzalamışdır.
Türkiyəyə böyük məhəbbət hissi ilə yanaşan Əli bəy Osmanlı sultanlarının özbaşınalıqlarını, onların konservatizmini ölkənin inkişafına mane olan səbəblər hesab etmişdir. O, ölkədə köklü islahatların tərəfdarı olmuşdur. Əli bəy siyasi dərnəklərdə fəal iştirak etməyə başlamış və burada bir çox tərəqqipərvər ziyalı ilə tanış olmuşdur. Türkiyə ziyalıları Abdulla Cövdət, İsak Sükuti və İbrahim Temo ilə dostluq edən Əli bəy İstanbulda "İttihad və tərəqqi" partiyasının əsasını qoyur və sultan Əbdülhəmid rejiminə qarşı çıxır. Buna görə təqib olunan Əli bəy 1903-cü ildə Türkiyəni tərk edir və Bakıya gəlir; o burada həkim kimi fəaliyyət göstərmək istəyirdi.
Lakin Rusiya məmurları ona həkimlik fəaliyyəti ilə məşğul olmağa icazə vermirlər və Əli bəy "Kaspi" və "Baku" qəzetləri ilə əməkdaşlıq etməyə başlayır. İşgüzarlığı və jurnalist intuisiyası ilə seçilən Əli bəy çox keçmir ki, Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi "Həyat" qəzeti və "Füyuzat" jurnalından dəvət alır və 1905-1907-ci illərdə bu orqanlarda çalışır.
Azərbaycanda Əli bəyin siyasi-ictimai fikirləri xalq tərəfindən rəğbətlə qarşılanırdı və odur ki 1905-ci ildə o, bir nüfuzlu şəxs kimi "Ümumrusiya müsəlmanlarının ehtiyaclarına dair" adlı müraciəti təqdim etmək üçün Peterburqa gedən 11 nəfərlik heyətə üzv seçilir. O həmçinin Rusiya Müsəlman İttifaqının gizli qurultaylarında iştirak edir. Türk-müsəlman xalqlarının birliyini arzulayan, bunun uğrunda çalışan Əli bəyin "Türklər kimdir və kimlərdən ibarətdir?", "Türk dilinin vəzifeyi-mədəniyyəsi", "Məcnun və Leylayi-islam", "Yazımız, dilimiz" məqalələri Azərbaycandan kənarlarda belə böyük maraqla oxunurdu. İlk dəfə olaraq məhz o, "Məcnun və Leylayi-islam" məqaləsində Turan imperiyasının qurulmasının və onun tərkibində bütün türkdilli xalqların birləşməsinin vacibliyini vurğulamışdır.
Əli bəy Hüseynzadənin idealı "türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai"dir. Onun fikrincə, məhz belə insanlar türk xalqlarını zülmətdən qurtara bilər. Əli bəyin fikirləri "türkləşmək, islamlaşmaq, müasirləşmək" şəklində cəmiyyət arasında yayılır və tədricən siyasi məsləkə çevrilirdi.
Onun bu ideyaları təkcə Rusiya hakim dairələri deyil, Osmanlı sultanı tərəfindən də mənfi qarşılanmış və nəticədə "Füyuzat" jurnalı bağlanmışdır.
Bundan sonra Əli bəy Hüseynzadə pedaqoji fəaliyyətlə məşğul olmağa başlamış, Bakıda "Səadət" məktəbinin müdiri olmuş və burada müasir tələblərə cavab verən tədris prosesi qurmuşdur. Eyni zamanda o, "Tərəqqi" və "Həqiqət" qəzetləri ilə əməkdaşlıq etmiş, Azərbaycanın siyasi həyatında baş verən vacib proseslərə öz münasibətini bildirmişdir. Onun məqalələrində fəlsəfə, tarix, siyasət, sosiologiya, ədəbiyyatşünaslıq, musiqişünaslıq problemləri də öz əksini tapmışdır.
Əli bəy Hüseynzadə çoxşaxəli fəaliyyəti ilə Azərbaycan ədəbi-elmi fikri tarixində M.F.Axundzadənin ardınca yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Məhz onun sayəsində Azərbaycanda "füyuzatçılar" adlı ədəbi-fəlsəfi məktəb yaranmışdır.
Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət" əsərində türkçülük ideyası formalaşmış, türkçülüyün elmi-nəzəri əsasları işlənmişdir. Bu əsər turançılığın məfkurə hərəkatına çevrilməsinə gətirib çıxarmışdır.
1908-ci ildə Türkiyədə sultan Əbdülhəmidin rejimi devrilir və inqilabçı dostlarının dəvəti ilə 1910-cu ildə Əli bəy Türkiyəyə qayıdır. İstanbul Universitetində tibb kafedralarının birində pofessor vəzifəsində çalışan Hüseynzadə Türkiyənin siyasi, ictimai və mədəni həyatında yaxından iştirak etmiş, Əhməd Ağaoğlu, Yusif Akçura, Ziya Gökalp, Məhəmməd Əmin Rəsulzadə ilə “Türk dərnəyi”ndə fəaliyyət göstərmişdir. I Dünya müharibəsi illərində o, Qərbi Avropa ölkələrində keçirilən tədbirlərdə fəal iştirak etmiş və var qüvvəsi ilə türkçülük ideyalarını yaymağa çalışmışdır.
1918-ci ildə Türkiyə hökumətinin qərarı ilə Azərbaycana kömək məqsədi ilə göndərilmiş heyətin tərkibində Əli bəy də Gəncəyə gəlmişdir.
Türkiyədə cümhuriyyət yaradılanda Əli bəy onu ürəkdən alqışlamış, Mustafa Kamal paşa Atatürkü dəstəkləmişdir.
1916-1917-ci illərdə Berlin və Stokholm konfranslarında iştirak edən Əli bəy Hüseynzadə yenə də turançılıq ideyasını bəyan etmiş, onu yaymağa çalışmışdr.
1926-cı ildə Bakıda keçirilən türkoloji qurultayda Əli bəyin iştirakı sovet hakim dairələri üçün nə qədər arzuolunmaz idisə, Azərbaycan ictimaiyyəti üçün bir o qədər xoş idi. Azərbaycan müstəqilliyinin sovet süngüləri ilə məhv edilməsini ürək ağrısı ilə qarşılayan Əli bəy vətəninin yenidən müstəqil olacağına ümidini itirmirdi.
Əli bəy Hüseynzadənin azərbaycanlılar haqqında söylədiyi fikirlər indi də aktualdır: "Biz insanız. Məzlum olan sinifləri zalım siniflərin təcavüzündən azad etməyə çalışacayız. Biz Qafqazlıyız. Qafqaz əhlinə və ümumidarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediriz. Biz müsəlmanız. Binaən-əleyh öz əqaidi-diniyyəmizə, hürriyyəti-vicdanəmizə hər nə lazımsa, onu istəyiriz. Biz türküz. Dilimizin, lisanımızın tərəqqisinə mane olan hər növ sədlərin, divarların yıxılmasına, rəf olunmasına qeyrət ediriz".
Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat etmişdir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Möhsün Sənani
Dünyadakı analar
Sizi "tox" saxlayacaq 7 qida
Sukerberq planetin 5-ci varlısı oldu
Ərdoğan Ancelina Coli ilə oteldə görüşüb
“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb
Prezident İlham Əliyev əlil və şəhid ailələrini sevindirdi
Bakteriyalar
Serj Sarkisyanı nüfuzdan salan məqamlar
Leyla Əliyeva hindistanlı mistiklə görüşdü - FOTO
Azərbaycanda özəl universitetlərdə jurnalistika ixtisası üzrə tələbə qəbulu aparılmayacaq
Əmək kitabçaları tarixə qovuşur
Dolğu etdirdi, başına bəla oldu-FOTO
Ayağınız şişir?-həkim XƏBƏRDARLIQ EDİR
İlanları tutan uşaq hər kəsi qorxutdu-FOTO
2015 bahar modası trendi
İnternetdə böyük fasilə oldu
Məşhur aktyor “Çarpışma”nı tərk etdi - VİDEO
Sabahın HAVAsı
Qaraçıların pulla bağlı qəribə inancları
Xaricdən gətirilən telefonlar vergiyə cəlb olunacaq
"Real Madrid" "Barsa"nın rekordunu qırdı
5 stildə saç yığımı
Gəlinlər üçün 3000 manatlıq qızıl maska hazırlandı - FOTO
Göz həkimləri niyə eynək taxır?
Vikipediya-nın "ata"sına mükafat verildi
Dubayda dünyada ən iri günəş elektrik stansiyası tikilir
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə Nazirliyinin idarə rəisi vəzifələrindən azad edildilər
Xəzərdə neftçi meyiti tapıldı
Dünya şöhrətli fransalı məşhurlar erməni separatizminə açıq şəkildə dəstək ifadə edib
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Qazaxıstanlı alimlər Azərbaycanda tədqiqat aparacaqlar
Cazibədar qadın olmaq üçün
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Kirvənin qızı ilə evlənmək olmaz?
Yataq otağınıza bu 5 bitkini qoyun - SİYAHI
Müəllimləri izləyən xəstəliklər
Milli Kino Günü qeyd olunacaq
Azərbaycanda ali təhsildə yenilik
İtaliyanın ən yaxşıları seçildi
Bakıda bu möhtəşəm mənzərəni qaçırmayın - FOTO
Abituriyentlərin nəzərinə! İmtahandan əvvəl bu qidaları yeməyin
Mars və Yer bu həftə maksimum yaxınlaşacaq - Təhlükə, yoxsa...
Məktəbəhazırlıq kurslarına uşaqların qoyulması məcburi olacaq?
İşğaldan azad olunmuş torpaqlarımızdakı mədəni abidələrlə bağlı VACİB ADDIM
Poğaça (foto resept)
Məşhur cütlük qızları ilə ilk FOTO paylaşdı
Qabarıq saçlar üçün maska
İrina Şeykin Nyu-Yorkdakı evi diqqət çəkdi- FOTO
Baxımlı qadının 18 gözəllik vərdişi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]