Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Əhməd bəy Ağayev
(1869-1939)
Əhməd bəy Ağayev 1869-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Atası Mirzə Həsən bəy XVIII əsrdə Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xan Cavanşirin nəslindən idi. Əhməd bəy ilk təhsilini Şuşadakı rus məktəbində almışdır. Buranı bitirdikdən sonra atası onu Tiflisə göndərmişdir. Burada Əhməd bəyTiflis gimnaziyasına daxil olmuşdur.
Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirən Əhməd bəy Ağayev Rusiyanın paytaxtı Peterburq şəhərinə getmiş və Mühəndis-Texniki İnstitutuna daxil olmuşdur. Lakin hələ gimnaziya illərindən onun humanitar elmlərə böyük həvəsi yaranmışdı. Odur ki, Əhməd bəy təhsilini yarımçıq qoyub humanitar elmlərlə məşğul olmaq qərarına gəlir. O, Fransanın paytaxtı Parisə yollanır. Burada dil öyrənməklə bərabər, o, hüquq məktəbində təhsil alır, daha sonra isə dünyanın ən məşhur elm-təhsil ocaqlarından sayılan Paris Sorbonna Universitetinə daxil olur. Hüquqşünas təhsili almasına baxmayaraq o, Şərq xalqlarının tarixi ilə dərindən maraqlanır, ərəb, fars və türk (osmanlı) dillərini mükəmməl öyrənir.
1890-cı ildən etibarən Əhməd bəy Ağayev imzası ilə Fransanın müxtəlif jurnal və qəzetlərində məqalələr çap edilməyə başlanır. Bu məqalələr əsasən Şərq fəlsəfəsi və ədəbiyyatına həsr olunmuşdu. 1892-ci ildə o, Londonda keçirilən beynəlxalq şərqşünaslıq konqresinə dəvət alır və həmin konqresdə "Şiə məzhəbinin mənbələri" adlı mövzuda çıxış edir. Bu mövzuda yazdığı məqalə məşhur Kembric Universiteti tərəfindən bir neçə Avropa dillərinə tərcümə edilir. Qacarlar sülaləsindən olan İran şahı isə Əhməd bəyə üzük göndərir. Ağayevin məqalələri eyni zamanda Tiflisdə rus dilində çıxan "Kavkaz" qəzetində də çap olunurdu. Parisdə Əhməd bəy "müsəlman dünyasının mümtaz siması" adlandırılan, Şərqin böyük mütəfəkkiri, ictimai-siyasi xadimi Şeyx Cəmaləddin Əfqani ilə tanış olmuşdu. O, Parisdə fəaliyyət göstərən osmanlı mütəfəkkirləri ilə də tanış olmuş və sonralar "Gənc türklər" adı ilə tanınan təşkilatın yaranmasının şahidi olmuşdur. Bu tanışlıqlar onun dünyagörüşünün formalaşmasına, sonrakı ictimai-siyasi fəaliyyətinin istiqamətinə böyük təsir göstərmişdir.
1894-cü ildə Əhməd bəy Azərbaycana qayıtmış və burada "Məşriq" qəzetinin çap edilməsi üçün icazə istəmişdir. Qəzetdə islam və türk dünyasının problemləri barədə, onların həlli yollarının axtarılması istiqamətində yazılar çap etmək niyyətində olduğunu bildirdikdə çar məmurları onun nəşrinə icazə verməmişdir. Nəticədə Əhməd bəy Şuşaya getmiş və 1896-cı ildən burada realnı məktəbdə fransız dilindən dərs deməyə başlamışdır. O, həmçinin, şəhərdə qiraətxana-kitabxana açmış, ilk teatr tamaşaları təşkil etmişdir. Qarabağın ictimai- siyasi həyatında çox mühüm rol oynayan Əhməd bəy olduqca böyük nüfuz sahibi idi. Haqqında yaxşı sözlər eşidən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev onu Bakıya dəvət edir və realnı məktəbə fransız dili müəllimi vəzifəsinə düzəlməsinə yardımçı olur. Əhməd bəy Ağayev eyni zamanda "Kaspi" qəzetində də işləmiş və hətta qəzetin ədəbi şöbəsinin müdiri olmuşdur.
Əhməd bəy özünün ən yaxşı əsərləri sayılan bir sıra kitab və elmi məqalələrini məhz bu dövrdə yazmışdır. "İslama görə və islam aləmində qadın", "İslam, axund və hatifulqeyb" kitabları, "Kaspi" qəzetində dərc etdirdiyi "Müsəlman söhbətləri", "Müsəlman xalqlarının vəziyyəti" adlı silsilə məqalələri Əhməd bəyə bütün müsəlman Şərqində şöhrət qazandırmışdır. Əsərlərində müsəlman dünyasının durumunu təsvir edən, bu ağır vəziyyətin səbəblərini araşdıran, islam dünyasına böhtan atan avropalı müəlliflərə tutarlı cavablar verən Əhməd bəy çıxış yolunu maariflənməkdə və mübarizədə görürdü. Onun əsərləri Tiflisdə çıxan "Şərqi-Rus" qəzetində və hətta Hindistanın Kəlküttə və Misirin Qahirə şəhərlərində dərc olunmuşdur.
Əhməd bəy Ağayev "Nicat", "Nəşri-maarif, "Səadət" xeyriyyə cəmiyyətlərinin təşkil edilməsində yaxından fəaliyyət göstərmişdir.
1905 - 1907-ci illərdə Əhməd bəy "İrşad", "Həyat", "Tərəqqi" qəzetərini nəşr etdirmişdir. O həmçinin rus dilində də "Proqress" adlı bir qəzet hazırlayıb buraxdırmışdır. Bu qəzetlər azərbaycanlıların milli düşüncəsinin formalaşmasında böyük rol oynamışdır. Əhməd bəy məqalələrində erməni daşnaklarının iç üzlərini açmış, onların arxasında rus çarizminin dayanmasını açıq şəkildə bildirmişdir.
1906-cı ilin fevralında Qafqaz canişini Tiflisdə "barışıq qurultayı" keçirəndə Əhməd bəy Ağayev Ə.Topçubaşov, Q.Qarabəyov və İ.Hacınski ilə birlikdə Bakı şəhərinin nümayəndələri kimi iştirak etmiş və azərbaycanlıların proqramını bəyan etmişdir. Çıxışı zamanı konkret faktlar gətirən Əhməd bəy erməni millətçi partiyalarının buraxılmasını tələb etmiş, əks təqdirdə azərbaycanlıların hərbi dəstələr yaratmağa məcbur olacağını bəyan etmişdir.
"Barışıq qurultayı" heç bir əməli nəticə vermədiyindən Əhməd bəy "Difai" partiyasını təşkil etmişdir. Partiya erməni təcavüzünün qarşısının alınmasında danışıqlar yolundan başqa hərbi dəstələr yaratmaq yolunu da tövsiyə etmişdir. Azərbaycanlı xeyriyyəçilərin hesabına azərbaycanlılardan təşkil olunmuş bu dəstələr Naxçıvanda, Qarabağda, Zəngəzurda erməni quldurlarının və onların havadarlarının hücumlarının qarşısını almaqda böyük rol oynamışdır. Partiyanın fəaliyyəti çar hökumətini bərk narahat etmişdir.
Bakı müsəlman sahibkarlarının xahişi ilə iki dəfə Peterburqa yollanan Əhməd bəy Ağayev şəxsən imperatorun və nazirlərin qəbulunda olmuşdur. O, Nobel, Rotşild və digər xarici neft maqnatlarının azərbaycanlıları yaşadıqları ərazilərdən zorla qovmaları barədə məlumat vermiş, bütün neft yataqlarına sahib olmaq üçün xarici şirkətlərin ən çirkin əməllərə belə əl atdıqlarını sübut etmişdir.
Nəticədə azərbaycanlıların Bakı ətrafındakı torpaqlardan köçürülməsi dayandırılmışdır. Lakin Bakıya qayıdan Əhməd bəy çar məmurlarının güclü təzyiqi və təqibi ilə üzləşmişdi.
1909-cu ildə Əhməd bəy Ağayev Türkiyəyə mühacirətə getmək məcburiyyətində qalır. İstanbulda o, "Gənc türklər"-lə yaxınlaşır, "İttihad və tərəqqi" partiyasına üzv olur. "Tərcümani-həqiqət" qəzetinin redaktoru olduğu dövrdə o, həmçinin, "Türk yurdu" jurnalı ilə də əməkdaşlıq edir. Əli bəy Hüseynzadə, Ziya Gökalp, Yusif Akçura, Həmdullah Sübhi və başqaları ilə birgə fəaliyyət göstərən Əhməd bəy türkçülük hərəkatının əsas ideoloqlarından olmuşdur. Onun bu fəaliyyəti diqqətsiz qalmamış və o, Osmanlı parlamentinə deputat seçilmişdir.
1915-ci ildə Rusiya ərazisində yaşayan azsaylı xalqların Lozanna konfransında Azərbaycanı təmsil edən Əhməd bəy ABŞ prezidenti V.Vilsona azərbaycanlıların acınacaqlı vəziyyətindən xəbər verən müraciət çatdırmışdır.
1918-ci ildə Azərbaycana köməyə göndərilmiş osmanlı qoşunlarının komandanı Nuru paşanın siyasi müşaviri məhz Əhməd bəy Ağayev olmuşdur. Azərbaycandakı fəaliyyəti dövründə dövlət aparatının təşkilində əlindən gələn köməyi əsirgəməyən Əhməd bəy Azərbaycan parlamentinə üzv seçilmişdir. Osmanlı qoşunları Azərbaycandan çıxarılandan sonra Əhməd bəy ingilis qoşunlarının komandanı Tomsonla danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin tərkibində olmuşdur. O, Paris sülh konfransına yollanan Azərbaycan nümayəndə heyətinin tərkibində olmuş, lakin İstanbulda ingilislər tərəfindən həbs edilmiş və türkçülüyü və islamçılığı yayan bir "jurnalist və deputat" kimi Malta adasına sürgün edilmişdir.
26 aylıq sürgündən sonra Atatürkün təklifi ilə türklər tərəfindən tutulmuş ingilis əsgərləri ilə dəyişdirilən Əhməd bəy yenidən milli hərəkata qoşulmuş, qurtuluş savaşının fəal iştirakçılarından olmuşdur.
20-ci illərdə Türkiyənin mətbuat bürosunda müdir işləyən Əhməd bəy Ağayev iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmişdir. O, Ankara Universitetinin professoru və "Hakimiyyəti-milliyyə" qəzetinin redaktoru olmuşdur.
Əhməd bəy Ağayev 1939-cu ildə İstanbulda dünyasını dəyişmiş və orada da dəfn edilmişdir.
XƏBƏR LENTİ
“WhatsApp”da Yenilik!
Asan salat (foto resept)
Divan dəsti seçimi
2018-in yay aksesuarları
Metropolitenin yeni rəisi kimdir?
Məşhur Müğənni Həbs olundu-SƏBƏB
Qışa hazırlıq
2019-cu ilin ən gözəl dekorasiya nümunələri
Facebook Messenger-dən MÖHTƏŞƏM YENİLİK
Cennifer Lopezin 10 illik sevgilisi öldü-FOTO
Şou ulduzu protein reklamına çəkildi - FOTO
Azərbaycan-Türkiyə hərbi dialoqu başlayır
Yaşlı halını xatırladığımız məşhurların cavanlığı
Şəbəkə sənəti
Pəhriz saxlamadan arıqlamanın 15 yolu
Dəhşətli virus tapıldı: Bu infeksiyaya dözmək daha çətindir-FOTO
Hamilə qadının bətnində 13 uşaq var
Mənzil alan və ya satan insan həyatının bir neçə ilini itirir
Bir həftədə 27 milyon insan izlədi
İstedadı ilə təəccübləndirən makiyaj ustası
Yaşlıların ömrünü uzadan 4 idman hərəkəti
Həyatda özgəsinin,qəlbimdə sənin oldum
Qadın.Netlə birlikdə hamiləlik (39-cu həftə)
Məşhur qadının məzarı tapıldı
İrina Şeykdən fərqli FOTO
Bir-birinə oxşayan 3 xəstəlik
İşçiyə az maaş verənlərin nəzərinə!
Saç tökülməsinə qarşı 3 bitki mənşəli həll
Avstraliyanın fərqli dünya olduğunu göstərən xüsusiyyətlər
Dəri ağardan təbii maskalar
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 4273 yeni yoluxma
Payızda əkib, qışda satırlar - Qarpız 3, yemiş isə 4 manata təklif edilir
Fransız rəssamın dadlı dizaynları
Fərqli və gözəl yeni il ağacları
Gözlənilməz imici ilə hər kəsi təəccübləndirdi
Saçları rəsmlərdəki kimi boyadı
Hər il 300 ton qızıl zibilliyə atılır
BMW yeniliyi göstərdi
Azərbaycanda güclü zəlzələ olacaq?
Bəhram Bağırzadəyə təcili ağ ciyər köçürülməlidir - HƏKİM
Duyğuların qoxusu
Ağız suyunun axması
Maraqlı və gülməli hamam əşyaları
COVID-19-un şiddətli keçməsinin səbəbləri
Dünyanın ən böyük yaddaş kartı o olacaq
76 mindən çox şagird imtahan verəcək
Göyəm salatı (foto resept)
Noxud şorbası (foto resept)
Pnar Altuğ 13 sonra ETİRAF etdi
Dəbdən düşməyən rəng
- ŞƏRHLƏR