
İrəvan yenə qaynayır. Bu qaynama inkişafla bağlı deyil, əksinə, iqtidarın insanların qanayan yarasını qaynatmaqla bağlıdır. Ölkə ictimaiyyəti elektrik enerjisi tariflərinin artmasına qarşı etiraz edir.
ANS PRESS-in məlumatına görə, Ermənistan paytaxtında ötən axşam minlərlə insan hakimiyyətdən elektrik enerjisinin qiymətlərini qaldırmamağı tələb etmək üçün Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçıları bu dəfə Serj iqtidarının istefaya səsləyən transparantlarla çıxıblar. Onlar işığın tariflərinin artım planlarını haqsız adlandıraraq, hakimiyyəti xalqdan intiqam almamağa, belə qeyri-insani davranışlardan əl çəkməyə, millətin xeyrinə ölçü götürülməsini çağırıblar.
Etiraz aksiyasının iştirakçıları Ermənistan prezidentinə və baş nazirinə yönəldilmiş tələblərini səsləndiriblər. Onlar, xüsusi halda, Serj Sarkisyana və Ovik Abramyana səhv yolda olduqlarını, ölkənin, vətəndaşların indiki bərbad günündə tarifləri qaldırmağın onlar üçün faciə olacağını, bütün bunları dərk edərək qiymətlərin azladılmasına nail olmaq üçün yeni yollar tapılmasına çağırıblar. Onlar xəbərdarlıq ediblər ki, əks təqdirdə, aksiyalar bütün ölkəni bürüyəcək, hətta vətəndaş itaətsizliyi göstərəcəklər.
Diqqət çəkən məqam odur ki, aksiyaya insanlarla yanaşı, əsas müxalifət partiyaları və Ermənistanın qeyri-hökumət təşkilatları da dəstək verir, həmçinin mitinqin və təntənəli yürüşün iştirakçılarına qoşulurlar.
Təntənəli yürüş başlayan andan aksiya təşkilatçıları elan ediblər ki, növbəti nümayiş geniş şəkildə iyunun 19-da daha kütləvi keçiriləcək. Elektrik enerjisi qiymətlərinin artırılmasına qarşı yönəldilmiş mitinqlər və təntənəli yürüşlər Ermənistanın başqa şəhərlərində də təşkil olunacaq.
Məlumdur ki, "Ermənistanın Elektrik Şəbəkələri" (EEŞ) şirkəti işığın tarifinin 40 faizdən çox artırılması haqqında Tarif Şurasına sifariş verib. EEŞ nümayəndələri belə addımın bu sahənin zərərlə işləməsi ilə əlaqələndirirlər. Xalq, ölkənin köklü siyasi və ictimai dairələri buna qarşıdır və qiymətlərin artırılması ilə bağlı əndişələrini söyləyirlər.
Vətəndaş birliklərinin və müxalifət nümayəndələrinin fikrincə, elektrik enerjisinə tariflər onsuz da ölkədə kifayət qədər yüksəkdir. Amma EEŞ rəhbərləri oğurladıqları, korrupsiyadan qazandıqları pulların yerini istehlakçıların hesabına kompensasiya etmək istəyirlər.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kakaolu piroq (foto resept)
Ən xoşbəxt günüm
"Niva" və "07" sevənlərə bəd xəbər
Məşhurların əvəzedilməz estetik əməliyyatları
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün..."
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (4)
ABŞ-dan Yunanıstana şok təklif: türk lirəsinə keçin
Heyvanlar aləmindən(2)
Tez qırılan saçlar üçün 3 maska
Yeni doğulmuş uşaqda xaya problemi - kriptoorxitizim
Mayda 190 manat necə veriləcək? - Açıqlama
Bu gün Milli Musiqi Günüdür!
Koronavirus məhdudiyyətlərinə maraqlı etiraz hər kəsi güldürdü - FOTO
Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir
MSK nəticələri açıqladı - Lukaşenko liderdir
Fitness məşqləri
İşləyən qadınlar üçün asan saç modelləri
90-cı illərin saç və makiyaj trendləri geri gəlir
Ingilis dili- XXX dərs
Yay hamilələrinə tövsiyələr
Naxışlı ruletlərin hazırlanması
Tikə ətdən sulu yemək (foto resept)
Məşhurlardan qısa saç modelləri
Uşaqlarda autizm xəstəliyi
Google-da nə axtarırlar?
Bəstəkar Arif Məlikovun 82-ci doğum günü
Cem Yılmaz zarafatından qalmadı
Sevgi belə görsənir
Milyarderlər bu şəhərə toplaşır
Aşağı siniflərdə də imtahanlar keçirilə bilər
Aleyna Tilki izləyicilərini qıcıqlandırdı_FOTO
Saçların tez uzadılma yolları
Hamiləlikdə baş verən dəyişikliklər
Putinin EVLİLİK xəbəri yayıldı- FOTO
Dünya belə yanğın görməmişdi
5 ilin ən yadda qalan Met Gala geyimləri
Dövlət Komitəsi: Ramazan bayramı dini amillərdən asılı olduğundan fitva vermək səlahiyyəti QMİ-nindir
Reynmen yeni klipi ilə dünyada üçüncü sırada - VİDEO
Sindi Kroufordun qızı diqqət çəkdi-FOTO
Günün ulduz falı
Hava haqqında
Elastikliyi artıran 3 dartınma hərəkəti
“Terminator”da Silvester Stallone oynasaydı... - VİDEO
Azərbaycanda 9 gün dərs olmayacaq
Pişiklər üçün 5-ulduzlu otel açlldı-FOTO
Xəstələnməmək üçün bunları edin
Salvador Dali haqqında maraqlı məlumatlar
İpoteka kreditləşməsində yeni mərhələ
Göbələklə kartof bir yerdə















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]