Əziz xanımlar, bu gün sizi İngiltərənin möhtəşəm gözəllikdəki "Təbaşir qayaları" adlı məkanı ilə tanış etmək istəyirəm. Bu gözəllikdəki möhtəşəm yerlərə getmək yəqin hər birinizin arzusu olar. İngiltərəyə yolunuz düşərsə, Londonun xaricinə də çıxın və bu gözəllikdəki məkanı öz gözlərinizlə görün. Sussexdən Brigtona qədər uzanan bu əsrarəngiz qayalar İngiltərənin ən çox ziyarət edilən və məşhurluğu ilə bütün dünyaya səs salan bir məkandır. Hətta ən yüksək və ən məşhur nöqtəsi olan Beach Head o qədər populyardır ki, Avropanın ən çox intihar edilən nöqtəsi mövqeyinə çatıb. Burada bir çox insan intihar etməyə cəhd göstərib. Bu məkanın belə yüksək olmasının mənfi tərəfi də budur. İldə orta hesabla təxminən 20-yə qədər insan buradan atılaraq həyatına son qoyub. Sırf bu səbəbdən mühafizəçi xidmətləri gecə-gündüz gücləndirilmiş iş rejmi ilə çalışırlar və bir çox insanı intihar etmək fikrindən yayındırırlar. Təkcə 2012-ci ildə 305 insanın həyatı qurtarılıb. Amma bu məkan turistlərin və buradakı insanların ən sevimli məkanıdır. Əgər bu möhtəşəm gözəl məkana getmək imkanını əldə edə bilməmisinizsə, onda gəlin sizlərlə birlikdə qiyabi də olsa səyahət edək.
Bu təbaşir qayaları - mənzərəli məkan dünya turistlərinin ən çox ziyarət etdikləri məkandır.
Bu şəkildə isə daha möhtəşəm görüntülər görürsünüz. Bu əsrarəngiz görüntü yaz aylarında çəkildiyindən görünən mənzərələri daha da gözəlləşdirir. Məhz yaz aylarında bu gözl təbaşir qayalarına insan axını çoxalır.
Gördüyünüz bu şəkildən görünən mənzərə təbaşir qayalarının ən gözəl və əsrarəngiz görüntüləridir.
Bu mənzərə isə möhtəşəm təbaşir qayalarının ən yüksək zirvəsidir. Məhz bu zirvədir ki, il ərzində insanlar öz həyatına qəsd edərək intihar etməyə cəhd göstərirlər. Lakin mühafizəçilərin köməyi ilə həmin insanlar intihar etməkdən vaz keçirlər.
İngiltərə sakinlərinin ən çox ziyarət etdikləri zirvə.
Axşama doğru günəşin qürubu zamanı burada dənizə doğru açılan gözəl mənzərədən heç doymaq olmur. Sevgililərin romantik görüşlərinin bu gözəl yerdə olması sevgini daha da artırır.
Buradan görünən mənzərə buludlu və çox gözəl havada çəkilib. Sanki qayalar buludların arasındadır.
Bu görünən mayak isə dənizdə gəmilərin nəzarəti üçün nəzərdə tutulub.
Əziz xanımlar, ümid edirəm ki, Ingiltərənin bu inanılmaz gözəllikdəki məkanını siz də bəyəndiniz və bu şəkillərə baxdıqca hər birinizin ürəyindən ora səyahət etmək keçdi. İnşAllah, əgər arzusundasınızsa vaxt gələr, bu istəyiniz də həyata keçər. Növbəti səyahətlərdə görüşmək ümidi ilə....
XƏBƏR LENTİ
Məşhurların istifadə etdiyi topuz modelləri
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
47 mindən çox şagird buraxılış imtahanı verəcək
Meşədə qarşınıza ayı çıxsa, nə etməli?
Qorxmuram
Apollon və Dionis
Bakıda 10 dərəcəyədək şaxta olacaq
Kənd, yoxsa zavod südü alaq?
DÇ-2018-in rəsmi mahnısının klipi təqdim edildi - VİDEO
Ən sevdiyim paltarlar və ya paltar növləri
Hansı bürcə ən çox nə yaraşır?
Bakının yaşıl zəhəri
Moskvada Avropanın ən böyük məscidi açıldı
Daha bir məşhur "Çukur"a gəldi
200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB
Bir paylaşımla milyon qazanan ulduzlar - Siyahı
Ronaldo kökəldi-FOTO
35 ölkə təmsilçisi Bakıya gəlir
Xamalı peçenye (foto resept)
Şokalad otagı
Hansı oyuncaq uşaqda hansı xüsusiyyəti inkişaf etdirər?
Mərci salatı (foto resept)
Badımcanlı "Adıyaman köftəsi" (foto resept)
Nokia-larda Android olmayacaq
Dəri quruluğunu aradan qaldıran ərzaqlar
Bəxşiş istəyən qonaqlar
Altı aktyor serialı tərk etdi-SİYAHI
Mağaradan malikanə düzəltdi - Gecəyə 950 dollar qazanır - FOTO
Taksilərlə bağlı bu dəyişikliklər ediləcək
Bergüzar Korel ilk dəfə bacısı haqqında danışdı
Dahilərdən kəlamlar (IIhissə)
Eşq və etiraf
Əcaib qadınlar
Ziyafət donları
"Azəristiliktəchizat" qışa hazırdır?
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
Messi Ronaldunun "Qızıl top" almasından danışdı
Milyarderdən sonra o da BOŞANIR -SƏBƏB
Restoran, kafe və parklara tətbiq edilən qadağa ləğv edilir - RƏSMİ
Anjelika Varumun səsi batdı - FOTO
Oruc tutanlar imsaqda çay içməsinlər
Bu avtobuslar yığışdırılır
Hazal Kaya ANA OLACAQ!
Evdə təmizlik işləri qadınların əhval-ruhiyyəsinə yaxşı təsir edir
Qadınların ətəklərini gödəldən inqilab
Türkiyədə "üzən avtomobil dayanacaqları" yaradılacaq
Dünyanın ən maraqlı Yeni İl ADƏTLƏRİ
Monika Belluçi imicini dəyişdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
101 yaşlı kişi koronavirusa qalib gəldi – İtaliya möcüzəsi
- ŞƏRHLƏR