Hindistan haqda bir məqalə oxudum və onun gözəllikləri barədə öyrəndim. Sonra belə qənaətə gəldim ki, Hindistan həqiqətən "nağıllar ölkəsi"dir. Hindistanın belə adlanmasının səbəbini xəbəri oxuduqda anlayacaqsınız.
Hindistan ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə Çindən sonra ikinci yeri tutur. Bu ölkədə bir milyarddan çox insan yaşayır. Ölkənin həm təbiəti rəngarəngdir, həm də insanların həyat tərzi bir-birindən fərqlidir.
Qədim ölkə olan Hindistan keçmişdə müxtəlif mədəniyyətlərin beşiyi olmuşdur. Bu mədəniyyətin izləri və onlardan qalan nağıllar, rəvayətlər bu gün hind mədəniyyətinin bir parçasına çevrilib.
Mumbai: təzadlar ölkəsi
Hindistanın paytaxtı Yeni Dehlidir. Ən böyük şəhəri isə əvvəllər Bombey kimi tanınan Mumbaidir. Əhalisinin sayı 14 milyon nəfəri ötüb. Bura dünyanın ikinci ən gur şəhəri sayılır. Mumbaidə həyat tərzi müxtəlif olan insanlara rast gəlmək mümkündür.
Mumbai həm də ölkənin ən mühim iqtisadiyyat mərkəzidir. Amma əhalnin çoxu yoxsuldur. Asiya qitəsində ən böyük "gecəqondu mərhələləri" Mumbaidədir. Şəhər əhalisinin 60 faizi "gecəqondu"larda yaşayır.
Ən yağışlı dövr
İyun, sentyabr aylarında daha çox yağış yağır. Bu dövr musson dövrü adlanır. Musson Hind okeanından qaynaqlanan güclü yağış fırtınasına, leysana verilən addır. Musson yağışları nəticəsində anbarlarda və göllərdə il ərzində əkinlər üçün kifayət qədər su ehtiyatı yaradılır. Musson yağışları bəzən sellərə də səbəb olur. Bu isə kənd təsərrufatına, yaşayış məskənlərinə ciddi zərər vurur.
Hindistan filləri
Hindistan deyilən kimi ilk adamın ağlına fil gəlir. Lap qədim zamanlarda insanlar bu ölkədə filləri əhilləşdirərək müxtəlif işlərdə istifadə etmişlər. Fillərə baxan, onları qayğısına qalan, bu heyvanları işlədən insanlara "mahut" deyirlər. Hazırda bu ölkədə fillər əsasən qoruqlarda, onlar üçün ayrılmış olan ərazilərdə yaşayırlar. Amma müxtəlif səbəblər üzündən ölkədə fillərin sayı surətlə azalır. Asiya filinin bir növü olan bu heyvanlar "Hind fili" adlanır.
Banyan ağacı
Banyan ağacına "hind ənciri" də deyirlər. Bu bitkinin toxumları ağacları üzərindəki koğuşlarda və çatlarda cücərir və kökləri torpağa uzanır. Nəticədə yeni budaqlar və köklər əmələ gətirərək geniş əraziyə yayılır. Beləcə banyan sürətlə inkişaf edir. Elə bu xüsusiyyətinə görə də xalq onu "həmişəyaşar ağac" adlandırırlar.
Ən sevilən oyun-Kriket
Kriket Hindistanda ən sevilən və ən çox oynanılan oyundur. Bu oyun iki komanda tərəfindən oynanılır və iki hissədən ibarətdir. Hissənin birində bir komanda vurucu, digəri isə qarşılayıcı, yəni cava verən olur. Hücum edən, yəni vurucu komandanın məqsədi rəqibinin qalasını devirməkdir. Onu da deyək ki, oyunda "qala" dik basdırılan üç çubuqdan ibarətdir. Oyunda topu vurma qüçün xüsusi zopa, çomaqdan istifadə edilir. Top vurulduqdan sonra hücum edən komandanın oyunçuları iki qal arasında gedib-gəlməyə və bunun sayəsində xal toplamağa çalışırlar. Rəqibləri isə onların bu hərəkətlərinə mane olmağa can atırlar.
Hind mətbəxi
Hindistan əhalisinin çoxu vegeteriandır. Buna görə də qidalanmada meyvə və tərəvəzə üstünlük verirlər. Ədviyyatlı souslar, süd və süd məhsullarından da çox istifadə edirlər.
Ən faydalı taksi- motorlu rişka
Hindistan şəhərlərində bir yerə getmək üçün üçtəkərli motorlu rikşalardan istifadə edilir. Bu minik növü taksilərdən ucuz olduğu üçün əlverişli sayılır və geniş istifadə olunur.
Divali-işıq bayramı
Hindistanda çoxlu bayramlar və tarixi günlər qeyd olunur. Onların ən mühümü və ən böyüyü divalidir. Hindlilər yeni ili divali ilə qarşılayırlar. Bu bayramın tarixi kökləri hind mifologiyasındakı qədim rəvayətlə bağlıdır. Divali bayramı yaxşılığın pisliyə, işığın qaranlığa qalib gəldiyi gündür. Buna görə də evlərin ətrafında şamlar yandırılır. Ağaclar işıqlarla bəzənir.
Sevimli içki
Bu içkini hazırlamaq üçün bir stəkan portağal suyu, kiçik hissələrə bölünmüş bir ədəd banan, iki stəkan su, dörd parça buz, iki qaşıq vanilli dondurma lazımdır. Bananı, portağalı südün yarısı ilə birgə qaba töküb qarışdırdıqdan sonra isə lazım olan məhsulların hamısını əlavə edib yenə qarışdırmaq lazımdır. Bu işi mikserlə də görmək olar. Artıq içki hazırdır, onu soyuq halda içsəniz, daha ürəyəyatan olar.
Hind qadınları
Hindistanın xanımları öz gözəllikləri ilə həmişə diqqət mərkəzində olmuşlar. Onların hər birini xüsusi gözəllik sirləri vardır. Həftədə bir dəfə qadınlar toplaşar və öz sirləri haqda söhbət edərlər. Xına (təbii) hind qadınlarının əsas silahıdır. Onlar heç bir saç boyası istifadə etmədən təbii üsulla xınanın tərkibinə müxtəlif rənglər qataraq saçlarını boyayarlar.
Xınadan yalnız saçları üçün deyil, həm də əllərini bəzəmək üçün istifadə edirlər. Çox maraqlıdır ki, onlar xınanı hər gün istifadə edirlər. Hətta tək olsalar belə.
XƏBƏR LENTİ
Günün qoroskopu: yaşam arealınızı daha rahat edin
Uşaqlığınız yadınızdadır?
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Valideynlərin diqqətinə: körpələrə vurulan peyvəndlər autizm yaradır?
Ermənilərə xəbərdarlıq edildi
Biz bunun gerçək olduğunu düşünmədik!
Sinələrin sallanma səbəbi
Humus (foto resept)
11 yaşlı Gövhər “Mücize 2” filmində rol alacaq
Minlərlə yeni iş yeri açılacaq
Zövqlü ziyafət çantaları
Android üçün olan WhatsApp-da mükəmməl funksiya
Ulduz cütlük koronavirusa yoluxdu
Sosu və Haru
Ağdam rayonunun işğalından 23 il ötür
Valideynlərin yol verdiyi səhvlər
Koronavirus artıq İtaliyadadır
Bakı Metropolitenində yenilik
Üz quruluşuna görə papaq seçimi
Dünyanın ən ağıllı ölkələrinin SİYAHISI
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Keçən il
Dünyanın o biri tərəfi...
Nazir qadınları təbrik etdi
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı
Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
Fotosu Şekspir muzeyində saxlanılan azərbaycanlı - FOTO
Tez qırılan saçlar üçün maskalar
"Peşə təhsili haqqında" qanun qəbul oluna bilər
Azərbaycanda koronavirusa yoluxanların yaş qrupu açıqlandı - RƏSMİ
Burun əməliyyatından əvvəl nə etməli?
Matcha çayının faydaları
1-6 aylıq körpənin inkişaf cədvəli
Cəbhədə erməni hərbçilər öldürüldü
Hindistana getmək istəyənlərə ŞAD XƏBƏR
Şirinbiyan haqqında bilmədiklərimiz (2)
“İstanbullu gəlin” böyük UДћURA İMZA ATDI - FOTO
31 Avqust- Qubadlı
Yaraları sarınarkən “Can Qarabağ, ana yurdum” oxuyan əsgərimiz - VİDEO
Rəşid kimi olmayacaq...
Soyuq havanın dəriyə təsiri
XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”
Gülşən çanta üstündə məhkəməlik oldu
Balalarımızın şirin sözləri
Kağız parçalarından hazırlanmış əl işləri
Ağ dərili model özünü qraltdı - FOTO
Ayrılıq ağrısının yaratdığı fiziki ağrılar
Soyuq havalarda uşaqları necə geyindirməli?
- ŞƏRHLƏR