Sual:
19 yaşım var, təhsil alıram, vaxtım olanda işləyirəm. Tam mənası ilə, bu yaxınlarda məndə qəribə bir tənhalıq və həyat mənasızlığı hissi meydana çıxıb. Baxmayaraq ki, bundan əvvəl başqa cür idi, oxumaq, karyeranın yüksəldilməsi arzusu vardı... Amma indi mənə heç nə maraqlı deyil, sadəcə boşluq... Zəhmət olmasa, mənə məsləhət verin.
Dini baxışdan cavab:
Bir çox insanda zamanla bu cür hisslər baş qaldırır. Bu dönəmlərdə mütəmadi olaraq Quran və dini kitabları mütaliə etmək lazımdır. Nə qədər dini daha çox yaxına buraxsaz, bir o qədər onun çağırışına bağlanacaqsız və təbii ki, həyatın anlamını axtarmağa lüzum qalmayacaq, çünki hər bir inanclı insanın həyatının mənası Yaradanının ondan razı olmasıdır. Allahın razılığını qazanmaq üçün, onun qanunlarına, dininə (İslam) riayət etmək lazımdır. Allaha tez-tez dua edin:
Ərəbcə:
Ш§Щ„Щ„Щ‘Щ‡ЩЏЩЂЩ…ЩЋЩ‘ ШҐЩђЩ†ЩђЩ‘ЩЉ Ш№ЩЋШЁЩ’ЩЂШЇЩЏЩѓЩЋ Ш§ШЁЩ’Щ†ЩЏ Ш№ЩЋШЁЩ’ЩЂШЇЩђЩѓЩЋ Ш§ШЁЩ’Щ†ЩЏ ШЈЩЋЩ…ЩЋШЄЩђЩЂЩѓЩЋ Щ†ЩЋШ§ШµЩђЩЉЩЋШЄЩђЩЉ ШЁЩђЩЉЩЋЩЂШЇЩђЩѓЩЋШЊ Щ…ЩЋШ§Ш¶ЩЌ ЩЃЩђЩЉЩЋЩ‘ ШЩЏЩѓЩ’Щ…ЩЏЩѓЩЋШЊ Ш№ЩЋШЇЩ’Щ„ЩЊ ЩЃЩђЩЉЩЋЩ‘ Щ‚ЩЋШ¶ЩЋШ§Ш¤ЩѓЩЋ ШЈЩЋШіЩ’ШЈЩЋЩ„ЩЏЩЂЩѓЩЋ ШЁЩђЩѓЩЏЩ„ЩђЩ‘ Ш§ШіЩ’Щ…ЩЌ Щ‡ЩЏЩ€ЩЋ Щ„ЩЋЩѓЩЋ ШіЩЋЩ…ЩЋЩ‘ЩЂЩЉЩ’ШЄЩЋ ШЁЩђЩ‡Щђ Щ†ЩЋЩЃЩ’ШіЩЋЩѓЩЋ ШЈЩђЩ€Щ’ ШЈЩЋЩ†Щ’ШІЩЋЩ„Щ’ШЄЩЋЩЂЩ‡ЩЏ ЩЃЩђЩЉ ЩѓЩђШЄЩЋШ§ШЁЩђЩѓЩЋШЊ ШЈЩЋЩ€Щ’ Ш№ЩЋЩ„ЩЋЩ‘Щ…Щ’ЩЂШЄЩЋЩ‡ЩЏ ШЈЩЋШЩЋШЇШ§Щ‹ Щ…ЩђЩ†Щ’ Ш®ЩЋЩ„Щ’Щ‚ЩђЩЂЩѓЩЋ ШЈЩЋЩ€Щђ Ш§ШіЩ’ШЄЩЋЩЂШЈЩ’Ш«ЩЋШ±Щ’ШЄЩЋ ШЁЩђЩ‡Щђ ЩЃЩђЩЉ Ш№ЩђЩ„Щ’Щ…Щђ Ш§Щ„ШєЩЋЩЉЩ’ЩЂШЁЩђ Ш№ЩђЩ†Щ’ЩЂШЇЩЋЩѓЩЋ ШЈЩЋЩ†Щ’ ШЄЩЋШ¬Щ’ЩЂШ№ЩЋЩ„ЩЋ Ш§Щ„Щ‚ЩЏШ±Щ’ШўЩ†ЩЋ Ш±ЩЋШЁЩђЩЉЩЂШ№ЩЋ Щ‚ЩЋЩ„Щ’ШЁЩђЩЂЩЉШЊ Щ€ЩЋЩ†Щ€Ш±ЩЋ ШµЩЋЩЂШЇЩ’Ш±ЩђЩЉ Щ€Ш¬ЩЋЩ„ЩЋШ§ШЎЩЋ ШЩЏЩЂШІЩ’Щ†ЩђЩЉ Щ€Ш°ЩЋЩ‡ЩЋШ§ШЁЩЋ Щ‡ЩЋЩ…ЩђЩ‘ЩЂЩЉ
Oxunuşu:
"Allahummə inni əbdukə, ibnu əbdikə, ibnu əmətikə nasiyəti biyədikə, mazin fiyyə hukmukə, ədlun fiyyə qəzaukə, əs`əlukə bikulli ismin huvə ləkə səmməytə bihi nəfsəkə əv ənzəltəhu fi kitabikə, əv əlləmtəhu əhədən min xalqikə əv istə`sərtə bihi fi ilmil-ğaybi indəkə ən təc`ələl-Qur`anə rabi`ə qalbi, və nura sadri, və cəla`ə huzni və zəhabə həmmi"
Tərcüməsi:
"Ey Allah, həqiqətən mən sənin bəndənəm, sənin kişi bəndənin oğlu və qadın bəndənin oğluyam. Sənin hakimiyyətin altındayam, Sənin hökmün mənim üçün gərəklidir, barəmdə çıxardığın qəzavətin (qərarın) isə ədalətlidir. Səni hər bir adın xatirinə and verirəm, o adlarla ki, sən özünü adlandırmısan və ya Kitabında göndərmisən və ya onu yaratdıqlarından birinə öyrətmisən və ya özündən başqa hamıdan gizli saxlamısan, Quranı qəlbinin baharı, sinəmin nuru, hüznümün yoxa çıxma səbəbi və narahatçılığımın getməsi üçün səbəb qıl."
Ərəbcə:
Ш§Щ„Щ„Щ‘Щ‡ЩЏЩЂЩ…ЩЋЩ‘ ШҐЩђЩ†ЩђЩ‘ЩЉ ШЈЩЋШ№Щ’Щ€Ш°ЩЏ ШЁЩђЩѓЩЋ Щ…ЩђЩ†ЩЋ Ш§Щ„Щ‡ЩЋЩЂЩ…ЩђЩ‘ Щ€ЩЋ Ш§Щ„Щ’ШЩЏЩЂШІЩ’Щ†ЩђШЊ Щ€Ш§Щ„Ш№Щ‹Ш¬Щ’ЩЂШІЩђ Щ€Ш§Щ„ЩѓЩЋШіЩЋЩ„Щђ Щ€Ш§Щ„ШЁЩЏШ®Щ’ЩЂЩ„Щђ Щ€Ш§Щ„Ш¬ЩЏЩЂШЁЩ’Щ†ЩђШЊ Щ€Ш¶ЩЋЩ„Щ’ЩЂШ№Щђ Ш§Щ„ЩЂШЇЩЋЩ‘ЩЉЩ’Щ†Щђ Щ€ШєЩЋЩ„ЩЋШЁЩЋЩЂШ©Щђ Ш§Щ„Ш±ЩђЩ‘Ш¬Ш§Щ„
Oxunuşu:
"Allahummə inni ə`uzu bikə minəl-həmmi vəl-huzni, vəl-`əczi vəl-kəsəli vəl-buxli vəl-cubni, və zəl`id-dəyni və ğaləbətir-ricali."
Tərcüməsi:
"Ey Allah, həqiqətən mən Sənə narahatçılıq və hüzn, acizlik və qayğısızlıqdan, xəsislik və ürəksizlikdən, borc ağırlığı və insanların sıxışdırmasından pənah aparıram",
Növbəti tətil günlərində yaxşıca təkamül edin. Qohumlarınıza baş çəkin (sözsüz ki, bir qadının yaşadığı məntəqədən çıxma qanunlarına riayət etmək şərtilə), imkan daxilində kənddə (və ya rayonda) yaşayan yaxınlarınıza dəyin. İstənilən dəyişiklik sizə bu mərhələni keçməkdə yardımçı olacaq. Həm də, bəzi insanlara qocalar evi, körpələr evini ziyarət etmək də pozitiv enerji verir.
Psixoloji baxışdan cavab:
Hal hazırda sizin başınıza gələnləri çərçivədən kənarlaşmış bir şey adlandırmaq olmaz, belə ki, yeniyetmə dövründə belə bir halın görsənilməsi pozuntu və ya düz gəlməmədən daha çox normal haldır. Ümumi mənada, sizinlə baş verənlər yaş böhranına aiddir. Yeniyetməlik çağı özlüyündə bu cür xarakterizə olunur ki, əhəmiyyətli orientasiya sistemində qlobal qiymətləndirmə, xatircəm həyat mövqeyinin aktiv təşəkkülü (prosesi) gedir. Bu, o yaş dövrüdür ki, özünütanıma və dünyanı hiss etmə məsələləri daha çox aktuallaşır. Yalnız gənc oğlan və qızlar özləri haqqında hərdən "Mən özüm özümü itirmişəm" kimi ifadələr söyləyə bilərlər.
Tənhalıq hissinin aşkar olmasına gəlincə, bu ruhani böyümənin (inkişafın) nəticəsi ola bilər. Həmyaşıdlarla ünsiyyət əsas mənəvi-estetik tələblərə cavab vermədikdə, bu cür şeylər yaranır. Amma yeni ünsiyyət hələ ki, yoxdur. Bu aydın bir siqnaldır ki, nəyisə dəyişmək və ya yeni bir mərhələyə keçmək lazımdır. İş orasındadır ki, əgər siz indi aktiv halda şəxsi durumunuzu yaxşı istiqamətdə dəyişdirməyə qalxmasaz, o zaman, şərait özü sizi hər hansı bir qərar qəbul etməyə vadar edəcək. O vaxt da, sizin inkişaf yoluna deyil, tənəzzül istiqamətinə getməyiniz ehtimal olunur.
İstənilən böhran mövcud şeylərin mövqeyini dəyişmək üçün daha kəskin duyulan ehtiyacın yaranması kimi durumdan başqa bir şey deyildir. Amma bu dəyişikliklər ya qeyri-mümkün, ya da prespektivsiz görsənir. Bu halda, ən əsas şey - dəyişiklikdən çəkinməmək, geriyə çəkən, həyatda yeni addım atmağa qoymayan şeylərdən qorxmamaqdır. Bu, ağır yük daşıyan bir insanın vəziyyəti kimidir: bir yandan - atmaq heyifdir, digər tərəfdən - daşımaq ağırdır.
Hal-hazırda zəruri olan şey təslim olmamaq və şəxsi mövqeləri təslim etməməkdir. Daxili boşluğun ümidsizlik, qorxu, depressiya və s. lazım olmayan vəsaitlərlə dolmasına imkan verməmək lazımdır. Törəməyə başlamış həmin boşluğu nə isə xeyirli bir şeylə, ən yaxşısı bilgilərlə doldurmağa başlayın. Bir xeyir və faydası olmayan, yalnız zaman və qüvvəni aparan maraqlardan imtina edin.
Hər gün sizi əhatə edənlərə fayda gətirəcək bir iş görəcəyinizi hədəf seçin. Ümumiyyətlə, yatmamışdan əvvəl, gün ərzində nəticələrin yekunlaşdırılması barədə suallara cavab verməkdən ibarət kiçik bir vərdiş yaratmağınızı sizə məsləhət görərdim: "Bu gün faydalı nə iş görmüşəm?" Əmin olun ki, bu yolda zəhmət çəkməklə, müsbət nəticə özünü çox gözlətməyəcək və çox qısa bir zamanda siz, indi olduğunuz həmin bu vəziyyətdən çıxacaqsız.
Məhəmməd Əmin Hacı Maqomedrasulov-teoloq
Əliəshab Anatolyeviç Murzayev - psixoloq konsultant
Məqalə "islam.ru" saytından götürülmüş və dilimizə uyğun çevirilmişdir.
Fərid Abdullah
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA