Mardin çənub-şərq Anadolu bölgəsində dillərin, dinlərin, mədəniyyətlərin birləşdiyi poetik şəhərlərindən biridir. Ziyarət edənlərdə memarlıq, arxeoloji, tarixi və vizual dəyərləri ilə zamanın dayandığı təəssüratını bağışlayır. Minlərlə illik tarixi qalıqlarla iç-içə girmiş kimsəsiz məzarları, kənd evlərinin altındakı kilsələri, monastırları, məscidləri, qalaları, daş evləriylə yalnız Türkiyənin deyil, dünyanın ən maraqlı və təəccüblü yerlərindən biri olan Mardində insanlar demək olar ki, hər şeyə təəccüblə baxır. Dar küçələrində gəzməyə başladığınız zaman özünüzü 1500 il əvvələ getmiş kimi hiss edirsiniz. Sanki bir zaman maşınının içində keçmişə gedib gəlirsiniz. Mardin şəhəri keçmişi və müasirliyi özündə birləşdirir.
Mardin daşın və inancın şəhəri kimidir. Möhtəşəm daş işləməli evləri, hər kəsin ürəyincə gəzdiyi bazarları, dar və pilləkənli küçələri, kilsələri, mədrəsələri, damlarda göyərçin bəsləyən istiqanlı və zarafatcıl insanları, möhtəşəm yeməkləri ilə görə biləcəyiniz ən mifoloji və ən sirli şəhərlərdən biridir.
Midyat: İki məskunlaşma vahidindən ibarət olan, dinlərin və dillərin birləşmə nöqtəsi, "Gələn ağlar, gedən ağlar" şüarı ilə sanki qaynaşan Midyat cənub-şərqi Anadolu bölgəsinin ən inkişaf etmiş mahallarından biridir. Mardin kimi bir muzey şəhəri olan Midyat Mardindən təxminən 1,5 saat uzaqlıqdadır. Mardindəki evlərə bənzər daş evlərin, keçidlərin, minarə kimi yüksələn zəng qüllələri ilə Sürəni kilsələrinin olduğu Midyat orta əsrlər şəhərini xatırladır.
Mardinin bu bölgəsi əl sənətləri və turizm baxımdan olduqca əhəmiyyətlidir. Midyatda palıd, badam, antep fıstığı kimi məhsullar, qovun yetişdirilir. Dünyanın ən keyfiyyətli üzümlərinin yetişdiyi bölgədir.
Dara xarabalıqları: Mardinin cənub-şərqində 30 km uzaqlıqdadır. Bura köhnə Mesopotamiya bölgəsinin ən məşhur şəhəridir. Dara şəhəri qalıqları qayalar içində ətrafı 8-10 kilometri əhatə edən geniş bir sahəyə yayılmışdır. Buralarda mağara evlər vardır. Şəhər qalıqları içində kilsə, saray, bazar və anbarları, zindan, Tophane və su bəndi hələ də nəzərə çarpır.
Kasımiyyə Mədrəsəsi: Mardinin cənub-qərbində olan mədrəsə ən böyük Mardin strukturlarındandır. 1469-1503-ci illərdə tikilmişdir.
Mardin Muzeyi: 1995-ci ildə açılan muzeydə Girnevaz Höyük qazıntılarında əldə edilən silindr möhür, dulusçuluq, fiqurlar, Şimali Mesopotamiya və cənub-şərq Anadolu mədəniyyətlərinin Köhnə Tunc, Aşşur, Urartu, Yunan, Fars, Helenistik, Roma, Bizans, Səlcuqlu, Artuklu və Osmanlı dövrlərinə aid keramika, möhür, şam, sikkə və şüşə nümunələri nümayiş etdirilir.
Məscid, kilsələr və monastırlar: Əhəmiyyətli bir turizm mərkəzi olan Mardində mərkəzdə Ulu Məscid, Məryəm Ana Kilsəsi, Mor Yusuf Kilsəsi (Surp Hovsep), Deyruülzzafaran Monastırı (Mor Xananya), Deyrulumur Monastırı (Mor Gabriyel), Mor Yaqub Monastırı (Nusaybin), Midyat Məryəm Ana Monastırı və Mor Dimet Monastırı yerləşir.
Mardin qalası: 975-976-cı il tarixlərdə Hamdanilər tərəfindən inşa etdirilmişdir. Qalada, məscid, hamam, zirzəmi və bir çox anbar var.
Mardində bunarı etmədən geri qayıtmayın...
Şəkil çəkin: Mardinin mistik və ovsunlayıcı gözəlliyini unutmamaq üçün mütləq fotoaparatınızı yanınızda saxlayın. Hər küçə gözəlliklərlə doludur. Gecəsi ayrı, gündüzü bir ayrı gözəldir. Bu bənzərsiz şəhərdə şəkil çəkərkən, eyni zamanda tarixə də səfər edəcəksiniz.
Şəhərdə gəzinti: Mardin arxitektura, arxeoloji, tarixi və vizual dəyərləri ilə zamanın dayandığı təəssüratını verir. Şəhərin küçələrində gəzərkən hər dildən və dindən olan insanlarla qarşılaşıb, söhbət etmək imkanınız olacaq. Mardində yaşayan hər kəs çox istiqanlı və qonaqpərvərdir. Şəhərdəki sıxlıqdan sonra Mardinin sakit küçələri və səmimi insanları dostluğa, yoldaşlığa olan inamınızı təzələyəcək. Mardin ovsunlayan atmosferiylə sizləri gözləyir...
Mardinə gəlmişkən burada hazırlanan təamların dadına baxmadan geri dönməyin...
Ən zəngin, ən müxtəlif mətbəxlərdən biridir Mardin mətbəxi. Tarix boyunca bir çox mədəniyyətə ev sahibliyi etmişdir. Yeddi mədəniyyətin, dillərin və dinlərin birlikdə qardaş kimi yaşadığı Mardinin zəngin mətbəxi də bu mədəniyyətlərdən təsirlənmişdir. Mardin mətbəxi bölgədə yetişən ədviyyatların müxtəlifliyi, yeməkləri hazırlayarkən göstərilən diqqətiylə seçilir. Dadına doyum olmayan yeməklərində heyvan mənşəli yağ və ətlərdən istifadə edilir. Tərəvəzin bəslənmədəki yeri məhduddur. Bibər, badımcan kimi tərəvəzlər qurudulur, pomidordan isə qışa tomat hazırlanır.
Ədviyyatın çox istfadə edildiyi Mardin yeməkləri bütün bölgədə çox ləziz hazırlanır. Qabırğa dolması və qarın dolması Süryanilər ilə ortaq mədəniyyətin yeməklərindən olduğu irəli sürülür. Mardin bölgəsində mövlud və bayramlarda hazırlanıb paylanan ikliçenin (çörək) Süryanilərin Pasxa çörəyi ilə eyni olduğu düşünülür.
Darçın, keşniş, zəncəfil, sumaq və pul bibəri Mardin mətbəxinə zənginlik qatan vəsaitlər kimi xarakterizə edilir.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR