Mikroblardan qorxan insansınızsa, evinizdə bu mikrobların ən çox harda olduğunu bilmək və onlardan xilas olmaq istəyirsinizsə, onda bu bilgilər sizin köməyinizə çatacaq.
Süngərlər: evimizdəki ən çox mikrob olan yer, qab yuyarkən istifadə etdiyimiz mətbəx süngəridir. Amerikada aparılan araşdırmalar nəticəsində, süngərlərin işləndikdən sonra xlorlu və ya limonlu suda isladılması, ya da qabyuyan maşında yuyulması mikrobların sayını azaldır, amma ən çox mikrobların məhv olmasına, süngərin mikrodalğalı sobada 1 dəqiqə qurudulması təsir edir.
Mətbəx lavabosu: süngərdən sonra ikinci mikroblu yer (hətta tualetinizdən də belə) mətbəx lavabonuzdur. Bunun qarşısını almaq üçün hər dəfə qablarımızı yuyub qutardıqdan sonra, hər tərərfini isti su ilə yaxşıca yuyub, qurutmalıyıq.
Doğrama taxtası: Arizona Universitetində bir mikrobioloq tərəfindən edilən araşdırmaya görə, bir doğrama taxtasında, tualet qapaqlığından 200 qat daha artıq mikrob vardır. İstifadə edildikdən sonra sirkəli suyla təmizləməklə, ya qabyuyan maşında yuyulmaqla, ya da mikrodalğalı sobada 30 saniyə saxlamaqla, mikrobların yox olmasına nail ola bilırik.
Diş fırçası: diş fırçaları istifadə edildikdən sonra qapalı bir yerdə dik şəkildə saxlanılmalıdır. Beləcə su damcıları fırçanın üzərindən aşağıya süzərək, fırçanın quruması dahada tezləşəcək. Əsla yaş fırçanızı qapalı qabda saxlamayın. Sulu muhit mikropların daha tez çoxalıb yayılmasına şərait yaradır. Əgər təmizliyindən əmin olmaq istəyirsinizsə istifadədən əvvəl , ağız yaxalama suyunda 1-2 dəqiqə saxlayın. Araşdırmalar bu halda mikrobların məhv olduğunu göstərir.
Paltaryuyan maşın : paltaryuyan maşınınız sizin bəzi xəstəliklərə yoluxmanıza səbəb ola bilər. Alt geyimlərinizi digər paltarlardan ayrı yuyun, maşında islaq paltarların qalmamasına diqqət yetirin, beləki yaş paltarlarda mikroblar daha da sürətlə çoxalırlar. Paltaryuyanınızın təmizliyini əldə etmək üçün, ən azı ayda bir dəfə sirkə töküb yüksək temperaturda işlətmək lazımdır.
Duş pərdəsi: hər yuyunmadan sonra mutləq qurudulmalıdırki, yaş qalarsa tezliklə kif əmələ gələ bilər.
Zibil qabları : boşaltdıqdan sonra xlorlu su ilə yuyaraq, kiflərin yaranmasının qarşısını almaq lazımdır.
Klaviatura: ən çox mikrobun olduğu yerlərdən biridir, bunun üçün tez-tez spirtli bezlərlə silinib təmizlənməsi, mikrobları azaltmağa kömək edər.
Bunları oxudum və sizinlə paylaşmaq istədim. İnanıram ki, faydası oldu. Hamınıza sağlıqlı və təravətli yaşam arzu edirəm.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR