Qadin.NET / Evimizdəki mikroblar

Evimizdəki mikroblar

Mikroblardan qorxan insansınızsa, evinizdə bu mikrobların ən çox harda olduğunu bilmək və onlardan xilas olmaq istəyirsinizsə, onda bu bilgilər sizin köməyinizə çatacaq.

 

Evimizdəki mikroblar
 

Süngərlər: evimizdəki ən çox mikrob olan yer, qab yuyarkən istifadə etdiyimiz mətbəx süngəridir. Amerikada aparılan araşdırmalar nəticəsində, süngərlərin işləndikdən sonra xlorlu və ya limonlu suda isladılması, ya da qabyuyan maşında yuyulması mikrobların sayını azaldır, amma ən çox mikrobların məhv olmasına, süngərin mikrodalğalı sobada 1 dəqiqə qurudulması təsir edir.

 

Evimizdəki mikroblar

 

Mətbəx lavabosu: süngərdən sonra ikinci mikroblu yer (hətta tualetinizdən də belə) mətbəx lavabonuzdur. Bunun qarşısını almaq üçün hər dəfə qablarımızı yuyub qutardıqdan sonra, hər tərərfini isti su ilə yaxşıca yuyub, qurutmalıyıq.

 

Evimizdəki mikroblar
 

Doğrama taxtası: Arizona Universitetində bir mikrobioloq tərəfindən edilən araşdırmaya görə, bir doğrama taxtasında, tualet qapaqlığından 200 qat daha artıq mikrob vardır. İstifadə edildikdən sonra sirkəli suyla təmizləməklə, ya qabyuyan maşında yuyulmaqla, ya da mikrodalğalı sobada 30 saniyə saxlamaqla, mikrobların yox olmasına nail ola bilırik.

 

Evimizdəki mikroblar
 

Diş fırçası: diş fırçaları istifadə edildikdən sonra  qapalı bir yerdə dik şəkildə saxlanılmalıdır. Beləcə su damcıları fırçanın üzərindən aşağıya süzərək, fırçanın quruması dahada tezləşəcək. Əsla yaş fırçanızı qapalı qabda saxlamayın. Sulu muhit mikropların daha tez çoxalıb yayılmasına şərait yaradır. Əgər təmizliyindən əmin olmaq istəyirsinizsə istifadədən əvvəl , ağız yaxalama suyunda 1-2 dəqiqə saxlayın.  Araşdırmalar bu halda mikrobların məhv olduğunu göstərir.

 

Evimizdəki mikroblar

 

Paltaryuyan maşın : paltaryuyan maşınınız sizin bəzi xəstəliklərə yoluxmanıza  səbəb ola bilər. Alt geyimlərinizi digər paltarlardan ayrı yuyun, maşında islaq paltarların qalmamasına diqqət yetirin, beləki yaş paltarlarda mikroblar daha da sürətlə çoxalırlar. Paltaryuyanınızın təmizliyini əldə etmək  üçün, ən azı ayda bir dəfə sirkə töküb yüksək temperaturda işlətmək lazımdır.

 

Evimizdəki mikroblar
 

Duş pərdəsi: hər yuyunmadan sonra mutləq qurudulmalıdırki, yaş qalarsa tezliklə kif əmələ gələ bilər.

 

Evimizdəki mikroblar

Zibil qabları : boşaltdıqdan sonra xlorlu su ilə yuyaraq, kiflərin yaranmasının qarşısını almaq lazımdır.

 

Evimizdəki mikroblar
 

Klaviatura: ən çox mikrobun olduğu yerlərdən biridir, bunun üçün tez-tez spirtli bezlərlə silinib təmizlənməsi, mikrobları azaltmağa kömək edər.

 

Evimizdəki mikroblar

 

 Bunları oxudum və sizinlə paylaşmaq istədim. İnanıram ki, faydası oldu. Hamınıza sağlıqlı və təravətli yaşam arzu edirəm.

 

 

 

11 avqust 2011
GO BACK