Ebru sənəti nədir?
Ebru sənəti kağız bəzəmə sənətlərinin ən əhəmiyyətlilərindən biridir. Bütün Osmanlı sənətlərində olduğu kimi usta-şagird üsulu ilə öyrədilir.
Ebru sənəti əslində rənglərin su ilə rəqsindən yaranan bir ahəngdir. Bəzi qaynaqlarda ebrunun "üz suyu" mənasını verən "ab-ı ru" sözündən, bəzi qaynaqlarda isə Orta Asiya dillərindən "damarlı parça və ya kağı"z mənasını verən "ebre"dən yarandığı bildirilsə də, sözün mənşəyi farsca olub, "bulud kimi" mənasını verən "ebri" sözündən yaranıb.
Çətin və əmək istəyən bir sənət olan ebru geri dönüşü və təkrarı olmayan bir sənətdir.
Bir çox yerlərdə bəzək məqsədiylə istifadə edilən ebru ənənəvi əl sənəti olmasına baxmayaraq, yaxın zamana qədər unudulma təhlükəsi ilə qarşı-qarşıya idi. Bu sənətə dünya səviyyəsində müxtəlif millətlər sahiblənməyə başlamışlar.
Ebrunun tarixi
Ebru sənətinin ilk dəfə nə vaxt və harada yarandığı məlum deyil. Tarixi və kimin tərəfindən yaranması məlum olmayan bəzi əsərlər vardır.
Bu günkü qeydlərdə ən köhnə ebru 1595-ci ilə aiddir. Səba Məmməd Əfəndi imzasını daşıyır. Ancaq bir sənətin inkişafı və qəbul edilməsi üçün yüz illər keçməsi lazım olduğunu və qeydlərdə də dəqiq axtarış edilmədiyini düşünsək, bu sənətin daha qədimlərə söykənən bir keçmişi olduğunu qəbul etməliyik.
Osmanlının son dövrlərində yaşamış olan Üsküdarlı Şeyx Sadiq Əfəndi ebru sənətinin incəliklərini öyrənmək üçün Buxaraya getmişdir. Bu da, ebru sənətinin Orta Asiya mənşəli olduğuna dair güclü dəlildir. Ebru sənətinin günümüzə çatmasında Üsküdarlı Şeyx Sadiqin böyük payı vardır. Osmanlıda Səba Məmməd əfəndidən sonrakı ən əhəmiyyətli ebru sənətçisi istanbullu Hatib Məmməd Əfəndidir.
Ebru sənəti haqda ilk əsər 1608-cü ildə yazılıb və "Tərtib-i Risale-i Ebri" adlanır.
Ənənəvi türk ebru sənətində istifadə edilən vəsaitlər
Kağız: Əmici xüsusiyyəti çox olanlarına üstünlük verilir. Adətən xəmir kağızından istifadə olunur.
Kitrə: Gəvən ağacı adlanan tikan otu bitkisindən əldə edilən, yapışma xüsusiyyəti az olan yapışqan növüdür. Suyla birlikdə qarışdırılaraq uyğun konsistensiya əldə edilir
Təknə: İçinə kitrə qoymaq üçün istifadə edilir.
Fırça: Fırçanın sapı elastik olduğu üçün gül budağından, tüklər isə at quyruğundan əldə edilir.
Boyalar: Ebru istehsalında ümumiyyətlə oksid qırmızı, oksid sarı, oksid qara rənglərindən istifadə edilir. Digər rənglər də bunların qarışığından əldə edilir. Gözəl ebru alınması üçün uyğun rənglərdən istifadə etmək vacibdir. Buna görə də ilk öncə tünd rənglərdən istifadə edilir.
Öd: Rənglərin kitrə üzərində qalmasını təmin edir. Boyanın içinə atılaraq istifadə edilir.
Biz: Böyük, qalın iynə olub, ebruya şəkil verməkdə istifadə edilir.
Ebru necə edilir?
Ebru istehsalına başlamadan əvvəl seçiləcək kağızın ölçüsünə uyğun böyüklükdə bir təknə alınır, təknə kitrəli su ilə doldurulur.
Ebru təknəsi alüminiumdan hazırlanmış listdir. Bir ovuc kitrə iki litr qədər su içində 2, 3 və ya 4 gün saxlanır, kitrə suyun içində yaxşıca şişməlidir. Şişən kitrəni suyun içində əl ilə yoğuraraq suya qarışdırmaq lazımdır. Hazırlanan maye tənzifdən süzülərək təmizlənir. Sonda təknəyə boşaldılır.
Müxtəlif rənglərdə olan boyalar ayrı-ayrı iki şüşə səth (və ya keramika, xrom) arasında yaxşıca əzilir. Əzilmə əsnasında azca su qatılır. Əzilmədən sonra yaranan palçığa bənzər boyaya mal ödü qatılaraq 15 gün və ya bir ay qədər saxlanır. Boyanın öd turşusu ilə bişməsi təmin edilir. Daha sonra məmulata su vurularaq istifadə edilir. Boya açılmırsa, öd qatılır. Rəngi ​​açmaq üçün isə sudan istifadə edilir. Bir ebru bir dəfə edilə bilər.
Hazırlanan boyaları fırça və ya metal çubuq köməyilə daha əvvəl hazırlanmış olan kitrəli suyun üst səthinə damcıladırlar. Edilən ebrunun necə olacağını deyil, nəyə bənzəyəcəyini bilə bilərik. Buna görə iki dəfə eyni ebru yaratmaq qeyri-mümkündür. Kağız təknəyə sərilir, iş tamamlanır.
Kağız düz şəkildə təknə üzərinə qoyulur, görünüşün kağıza hopması təmin edilir. Kağız təmiz bir yerdə qurumağa qoyulur.
Ebru texnikasında sənətçi boyaların kitrəli su üzərindəki dağılışına kifayət qədər hakim ola bilməz. Buna görə bir sıra qəlibləşmiş ebru tipləri meydana gəlmişdir.
Ebrunun növləri
Battal ebru: Boyaların tünd rəngdən başlayaraq, açıq rəngə doğru fırça köməyiylə kitrəli su üzərinə səpilməklə əldə edilir. Boyalar daha sonra kağıza keçirilir. Sadə ebru növü kimi görünməklə yanaşı, boyaların səthdə bərabər miqdarda və böyüklükdə dağılmasını təmin etmək, xüsusilə ebruya yeni başlayanlar üçün çox da asan olmur. Digər ebru növlərinə keçə bilmək üçün əvvəl battal ebrunu doğru etmək lazımdır.
Gəl-get ebrusu: Battal ebru edildikdən sonra incə bir çubuq köməyilə üzərinə paralel xəttlər çəkilərək yaradılmışdır.
Şal ebrusu: Gəl-get ebrusu edildikdən sonra yenə incə bir çubuq köməyilə eninə üç ədəd, boyuna da iki ədəd S hərfi, bunların aralarına da istənildiyi kimi qövslər çəkilərək hazırlanır.
Somaki (mərmər) ebrusu: Gəl-get və ya şal ebrusu üzərinə fırça köməyilə battal ebru edilərək yaradılır.
Daraqlı ebru: Ebru təknəsinin enindən 5 mm. kiçik taxtalarla, müəyyən aralıqlarla düzülmüş iynə, tel və ya incə mismar ilə hazırlanan daraqdan istifadə edilir. Əvvəl gəl-get ebrusu yaradılır, daha sonra gəl-get eninə hazırlanıbsa uzununa, uzununa hazırlanıbsa eninə daraq vasitəsilə darama edilir. Üzərinə eninə və ya uzununa S hərfləri çəkilərək daraqlı şal ebrusu yaratmaq olar.
Yüngül ebru: Üzərinə daha sonra yazı yazmaq üçün yaradılan, rəngləri solğun və cansız olan ebrulardır. Burada yazı ön plana çıxır. Hazırlanan kitrəyə su əlavə etməklə və boyalara da damcı köməyilə öd və su əlavə edilərək yaradılan vəsaitlərlə həyata keçirilir.
Akkaş ebru: Ərəb yapışqanından istifadə edərək ebrunun bəzi qisimləri bağlanır. Sonra daha tünd ebru edilir.
Yazılı ebru: Ərəb yapışqanı ilə yazılan yazıların olduğu qisim boya almır və o hissə boş qalır.
Hatib ebrusu: Təknəyə battal ebru edilir, sonra hatib ebrusunda istifadə edilən rənglər seçilir. Təknənin boyuna və eninə dörd-beş ədəd bərabər aralıqlarla boya damladılır, içlərinə digər rənglər də eyni şəkildə damladılır. Burada boyaların ölçülərinin bərabər olmasına diqqət yetirmək lazımdır. Daha sonra çubuq köməyilə şəkil verilir.
Çiçəkli ebrular: Təknəyə battal ebrusu edilib üzərinə çubuqlar köməyilə lalə, qərənfil, çobanyastığı kimi çiçəklər çəkilməklə hazırlanır.
XƏBƏR LENTİ
Yarpaqları yandırmayın!
"Zodiak" salatı (foto resept)
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Tarkan və xanımı 10 il əvvəl-FOTO
Dünyanın ən bahalı almaz ayaqqabısı
“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEO
Toshiba 4K formatlı noutbuk buraxacaq
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair tapşırıq verdi
"Qarabağ qara ləkədir"
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
Siqaret yenidən ucuzlaşdı
Soçi 2014: dünənin çempionları
Sabahın HAVAsı
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Uşağınızla evdə vaxt keçirmək üçün...
Məşhurlara bənzəmək üçün sərvət xərcləyənlər
Azərbaycan tarixindən yüz şəxsiyyət-39
Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib - VİDEO
Döş xərçənginin dərmanı tapıldı
Hava necə olacaq?
Zeze__cards - 4
Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
Rənglər haqqımızda nələr deyir?
Bakıda doğru Şaxta babanı necə tapmaq olar?
Uşaq ensiklopediyası(12)
Milyarder insanları Aya aparacaq
Azərbaycanın tanınmış şairinin vəziyyəti pisləşib
Adriana Limadan türk sevgilisinə romantik mesaj
Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Şimali Koreyada daha bir qadağa
Öd kisəsində daş yaranmasına səbəb olan hallar
Hamilə olduğunu doğuşdan 1 gün əvvəl öyrəndi-AZƏRBAYCANDA
Azərbaycana yeni vəzifə həvalə edildi
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Şeytanla odunçunun döyüşü
Tolqa Karel yeni ev aldı
Sizcə göz dəymə varmı?
Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Keti Perridən qəribə açıqlama
Qeyri-adi üzüklər
Hilal Altınbilek AÇIQLAMA verdi
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
Ayrılıq səbəbi bəlli oldu-XƏYANƏT
Bu gündən hava soyuyur
"Çukur" cəzalandırıldı-SƏBƏB
Düşmən mövqelərimizi minalarla vurur
Beren Saat onunla görüntüləndi-FOTO
Almalı piroq (foto resept)
Barbi tortu (foto resept)
- ŞƏRHLƏR