Əziz xanımlar,insan sevdiyi şəxs tərəfindən sevildiyini hiss edəndə özünü dünyanın ən xoşbəxti hesab edir.Elə isə sevdiyiniz şəxsə sevginizi hiss etdirməyin 6 ən orijinal və sadə yolu:
1.Sevdiyiniz insanı tərifləyin:
♥ Onu təklikdə yox,dost-tanışın yanında tərifləyin
♥ Ona hərəkətlərilə əsl alicənab olduğunu söyləyin
♥ Onun hər bir sahədə zövqlü olduğunu vurğulayın
♥ Ona həyatdakı məqsədlərinə çatacağına əminliyinizi söyləyin
♥ Onun gələcəklə bağlı planlarını dəstəkləyin
♥ Onun qarşısında özünüzü müdafiə olunmuş hiss etdiyinizi deyin
2.Sevdiyinizə hədiyyə verin:
♥ Soyuq havadan onu toxuduğunuz şərf qoruya bilər
♥ Səmimi hisslərinizi yazdığınız şer vasitəsilə bildirmək olar
♥ Həftəsonu komediya janrında filmə 2 bilet almaq lap yerinə düşər
♥ Dodaq boyası iziniz olan manatı o heç zaman xərcləməyəcək
♥ Unudulmaz anların xatirəsi olan birlikdə şəkiliniz
♥ Dar günündə isə ona sizdən gözəl hədiyyə ola bilməz
Sevdiyinizə hədiyyə verməkdən çəkinməyin.Hədiyyə nə qədər gözlənilməz və sizə məxsus olarsa,bir o qədər yaxşıdır.Çalışın hədiyyəni gizlədəsiniz və sevdiyiniz onu “ ya onda, ya bunda”oyunu oynayaraq tapsın.Sizə elə gəlməsin ki,bu uşaqlıqdır.Onsuz da bütün sevənlər uşağa bənzəyirlər.
3.Birlikdə onun istədiyi şeyləri edin:
♥ Onun sevimli kitabı,filmi ilə maraqlanın
♥ Onun səhər qaçışına qoşulun
♥ Kompyuterdə oynadığı oyunu oynayın
♥ Siyasət haqqında verilişləri sevirsə,siz də baxın
Əgər sevdiyiniz şəxs daima sizin tərəfinizdən diqqətsizlik gördüyü barədə şikayət edirsə,əmin olun ki,o,məhəbbəti sizin ona ayırdığınız vaxtla ölçür.Çalışın öz qrafikinizdə dəyişiklik edəsiniz.Birlikdə gəzintiyə çıxasınız,onun sevdiyi yeməkləri,şirniyyatları dadasınız.
4.Səhvlərinə göz yumun
Hərdən elə olur ki,tərəflərdən biri haqsız olur.Güzəştə getmək çox böyük qüvvə tələb etsə də,bu,məhəbbətin böyüklüyünün göstəricisidir. Güzəştə getməyiniz,sevdiyiniz şəxsə sizin onu nə dərəcədə çox sevmənizi bir daha göstərəcək.Özünüzü ələ alaraq heç bir inad,narazılıq bildirməyin.
Bu,sevgi etirafının ən çətin, ancaq ən effektli yoludur.Çalışın sözünün üstünə söz gətirməyin,xüsusilə də münasibətləriniz əgər yenidirsə.Yoxsa yeni yaranmaqda olan hissləriniz cücərmədən məhv olar.Həmçinin hansısa hərəkəti xoşunuza gəlməyibsə,bunu ondan gizlətməyə,ürəyinizdə saxlamağa da çalışmayın.Daha uyğun,münasib zamanda təmkinlə bunu izah edin.
5.Sevdiyinizi hərəkətlərinizlə hiss etdirin:
Adətən evliliyə qədər”sevirəm” sözünü gündə dəfələrlə işlədən xanım,evlilikdən sonra sanki bu kəlməni işlətməkdən çəkinir.
Ona qarşı etdiyiniz hər işi sevə-sevə edin.Və əsla bu haqda ona bildirəsiniz və ya deyinəsiniz.Əgər deyinsəniz,bu işləri sizdən xahiş etmədiyini bildirəcək.Bununla da arada münasibətiniz gərginləşəcək,zəhmətiniz hədər gedəcək.Ona heç nə demədən istəklərinizi həyata keçirin.Və bu əməllərin qarşılığında sizə gül dəstəsi və ətir hədiyyə edəcəyindən heç şübhəniz olmasın.
6.Sevdiyinizi həmişə dinləyin:
Ona diqqətlə qulaq asın.Hətta maraqlı olmasa belə,bunu ona qətiyyən hiss etdirməyin.Heç vaxt sözünü kəsməyin,hətta əvvəlcədən nə deyəcəyini bilmiş olsanız belə.Danışdığı lətifələr xoşunuza gəlməsə də gülün.Axı bu o qədər də çətin deyil.Bu yolla onu pərt olmaqdan xilas etmiş olacaqsınız.Sevdiyiniz şəxs bir lətifəni təkrarən danışsa belə,hər dəfəsində özünüzü sanki ilk dəfə eşidirmişsiniz kimi aparın.Və əmin olun ki,sevginiz və sizə olan dəyər bu 6 qayda vasitəsilə daha da böyüyəcək.
Əziz xanımlar,tək onlara sevgimizi bildirməklə deyil ki,gəlin onların da biz xanımlara sevgilərini bildirməyin 6 orijinal yoluna nəzər salaq:
♥ Gözünüzün içinə baxırsa
♥ Tez-tez zəng vurursa
♥ Əlinizdən tutursa
♥ Sizi başqalarına qısqanırsa
♥ Qayğınıza qalırsa
♥ Sizi müdafiə edirsə
XƏBƏR LENTİ
"Eurovision 2016" Türkiyəsiz keçəcək
Son model ayaqqabı modelləri
Kartof salatı(foto resept)
Sağlam və ağ dişlər üçün tövsiyələr
Zərərli vərdişlər
"Avropa derbisi"nə 1 gün qaldı
Ebru Şahinə yeni TƏKLİF
700 bal yığan Firuz: "Bütün günü dərs oxumamışam"
DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı - VİDEO
Karantinə alınmış gəminin on sərnişinində Yeni Tip Coronavirus tapıldı- FOTO
Bakının "avtoş" avtobus sürücüsünə cəza verdilər
Sobada qat-qat xəmirli balıq (foto resept)
Türkiyənin birinci xanımının kitabı çap olunacaq
Bakı buxtasının ən böyük Gülü sökülür?
Gözləmək iztirabı
Bekhemdən qəribə istək-FOTO
Sosial şəbəkədən qorxan ölkələr.
Rəngarəng çantalar
Şvartseneqqerin özündən geri qalmayan oğlu - FOTO
Stəkanlar üçün hörmələr
Xoşbəxt edən 5 qida
Bu da çox qənaətli Passat
HAVA necə olacaq?
Yeni heyvan növü yaradıldı-FOTO
Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür!
Hava haqqında - 27.09.2013
Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?
Düzgün duruş üçün dartınma hərəkətləri
Qırılan dırnaqlardan xilas ol
Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Timati yenidən ata oldu-FOTO
Sellüloz - cavanlığın cövhəri
Ancelina Joli Geyimi ilə Diqqət Çəkdi
Yazın 10 super qidası
Kartof dolması (foto resept)
Qara pişik uğursuzdurmu?
Günün qoroskopu: uğur özü qarşınıza gəlir
Saç tökülməsinin qarşısını alan qidalar
Həbs edilən İŞİD-çilər danışdı
"Ağıllı" pəncərələr də yaradıldı
Boşanma xəbərlərinə qayınanası son qoydu
Həddən artıq sarımsaq yeməyin zərərləri
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Gözəl göz makiyajları
Zoğalın bilmədiyimiz faydaları
Tək qalmağa ehtiyacınız olduğunu göstərən hallar
BMT ekspertləri Suriyanı sabah tərk edəcəklər
Kimi aldadırsan?
“Miss Yer Kürəsi” o oldu- FOTO
- ŞƏRHLƏR