Qadin.NET / 6 orijinal və sadə yol

6 orijinal və sadə yol

Əziz xanımlar,insan sevdiyi şəxs tərəfindən sevildiyini hiss edəndə özünü dünyanın ən xoşbəxti hesab edir.Elə isə sevdiyiniz şəxsə sevginizi hiss etdirməyin 6 ən orijinal və sadə yolu:


1.Sevdiyiniz insanı tərifləyin:



Onu təklikdə yox,dost-tanışın yanında tərifləyin

Ona hərəkətlərilə əsl alicənab olduğunu söyləyin

Onun hər bir sahədə zövqlü olduğunu vurğulayın

Ona həyatdakı məqsədlərinə çatacağına əminliyinizi söyləyin

Onun gələcəklə bağlı planlarını dəstəkləyin

Onun qarşısında özünüzü müdafiə olunmuş hiss etdiyinizi deyin

 


2.Sevdiyinizə hədiyyə verin:




Soyuq havadan onu toxuduğunuz şərf qoruya bilər

Səmimi hisslərinizi yazdığınız şer vasitəsilə bildirmək olar

Həftəsonu komediya janrında filmə 2 bilet almaq lap yerinə düşər

Dodaq boyası iziniz olan manatı o heç zaman xərcləməyəcək

Unudulmaz anların xatirəsi olan birlikdə şəkiliniz

Dar günündə isə ona sizdən gözəl hədiyyə ola bilməz


Sevdiyinizə hədiyyə verməkdən çəkinməyin.Hədiyyə nə qədər gözlənilməz və sizə məxsus olarsa,bir o qədər yaxşıdır.Çalışın hədiyyəni gizlədəsiniz və sevdiyiniz onu “ ya onda, ya bunda”oyunu oynayaraq tapsın.Sizə elə gəlməsin ki,bu uşaqlıqdır.Onsuz da bütün sevənlər uşağa bənzəyirlər.

 

3.Birlikdə onun istədiyi şeyləri edin:




Onun sevimli kitabı,filmi ilə maraqlanın

Onun səhər qaçışına qoşulun

Kompyuterdə oynadığı oyunu oynayın

Siyasət haqqında verilişləri sevirsə,siz də baxın


Əgər sevdiyiniz şəxs daima sizin tərəfinizdən diqqətsizlik gördüyü barədə şikayət edirsə,əmin olun ki,o,məhəbbəti sizin ona ayırdığınız vaxtla ölçür.Çalışın öz qrafikinizdə dəyişiklik edəsiniz.Birlikdə gəzintiyə çıxasınız,onun sevdiyi yeməkləri,şirniyyatları dadasınız.


4.Səhvlərinə göz yumun



Hərdən elə olur ki,tərəflərdən biri haqsız olur.Güzəştə getmək çox böyük qüvvə tələb etsə də,bu,məhəbbətin böyüklüyünün göstəricisidir. Güzəştə getməyiniz,sevdiyiniz şəxsə sizin onu nə dərəcədə çox sevmənizi bir daha göstərəcək.Özünüzü ələ alaraq heç bir inad,narazılıq bildirməyin.

 

Bu,sevgi etirafının ən çətin, ancaq ən effektli yoludur.Çalışın sözünün üstünə söz gətirməyin,xüsusilə də münasibətləriniz əgər yenidirsə.Yoxsa yeni yaranmaqda olan hissləriniz cücərmədən məhv olar.Həmçinin hansısa hərəkəti xoşunuza gəlməyibsə,bunu ondan gizlətməyə,ürəyinizdə saxlamağa da çalışmayın.Daha uyğun,münasib zamanda təmkinlə bunu izah edin.


5.Sevdiyinizi hərəkətlərinizlə hiss etdirin:


6 orijinal və sadə yol


Adətən evliliyə qədər”sevirəm” sözünü gündə dəfələrlə işlədən xanım,evlilikdən sonra sanki bu kəlməni işlətməkdən çəkinir.

Ona qarşı etdiyiniz hər işi sevə-sevə edin.Və əsla  bu haqda ona bildirəsiniz və ya deyinəsiniz.Əgər deyinsəniz,bu işləri sizdən xahiş etmədiyini bildirəcək.Bununla da arada münasibətiniz gərginləşəcək,zəhmətiniz hədər gedəcək.Ona heç nə demədən istəklərinizi həyata keçirin.Və bu əməllərin qarşılığında sizə gül dəstəsi və ətir hədiyyə edəcəyindən heç şübhəniz olmasın.


6.Sevdiyinizi həmişə dinləyin:




Ona diqqətlə qulaq asın.Hətta maraqlı olmasa belə,bunu ona qətiyyən hiss etdirməyin.Heç vaxt sözünü kəsməyin,hətta əvvəlcədən nə deyəcəyini bilmiş olsanız belə.Danışdığı lətifələr xoşunuza gəlməsə də gülün.Axı bu o qədər də çətin deyil.Bu yolla onu pərt olmaqdan xilas etmiş olacaqsınız.Sevdiyiniz şəxs bir lətifəni təkrarən danışsa belə,hər dəfəsində  özünüzü sanki ilk dəfə eşidirmişsiniz kimi aparın.Və əmin olun ki,sevginiz və sizə olan dəyər bu 6 qayda vasitəsilə daha da böyüyəcək.


Əziz xanımlar,tək onlara sevgimizi bildirməklə deyil ki,gəlin onların da biz xanımlara sevgilərini bildirməyin 6  orijinal yoluna nəzər salaq:




Gözünüzün içinə baxırsa

Tez-tez zəng vurursa

Əlinizdən tutursa

Sizi başqalarına qısqanırsa

Qayğınıza qalırsa

Sizi müdafiə edirsə

18 yanvar 2011
GO BACK