Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsindən Trend-ə verilən məlumata görə, cəmi 100 vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə müsahibədən və test imtahanından ibarətdir. Müsahibə - "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılır. Test imtahanları - müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqları na dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən proqram və onu əhatə edən suallar üzrə keçirilir.
Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 165 santimetrdən yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları olan kişilər iştirak edə bilərlər.
Müsabiqə qaliblərinin elan edilmiş vakant vəzifələrə təyinatından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər yaşadıqları ərazi polis idarələrinə, şöbələrinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün).
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır."Daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər DİN-in www.mia.gov.az ünvanlı veb saytında yerləşdirilib.Müsabiqədə iştirak etmək üçün sənədlər 2014-cü il iyun ayının 9-dan iyul ayının 9-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-91-47; (012) 590-92-54
XƏBƏR LENTİ
Sakitlikdirsə, bir şeylər tərs gedir.
Putinin müjdəsini verdiyi peyvənddən İLK XƏBƏR
“Facebook” hər gün milyonlarla saxta hesabı bloklayır
Körpəm niyə qusur?
Səudiyyə Ərəbistanında qadınların pilot olmasına icazə verildi
Ardanın doğulacaq körpəsinin cinsi məlum oldu
Sağlam qidalanmanın 5 yolu
MTN-də gözlənilməz təyinat - Prezident sərəncam verdi
Azərbaycan ordusunun Kəlbəcərə daxil olması “Haber Global”da - VİDEO
Qalkin Alla Puqaçova ilə ayrılıq xəbərlərindən danışdı
Bu gün Su Çərşənbəsidir!
Smartfonlarla planşetlər birləşir
HAVA necə olacaq?-11 İyul
"The New York" qəzeti öz saytında Heydər Əliyev Mərkəzinin fotoşəkillərini yerləşdirib
Fransızların 42%-i Məhəmməd peyğəmbərin karikaturalarına qarşıdır
В«Ermənilərin deportasiyası qeyri-insani akt olubВ»
Doğru bilinən yanlışlar
Stalinin itən Xəzinəsi TAPILDI
Droqba "Qalatasaray"da qalır?
Günün qoroskopu: soyuqqanlı düşünün, təmkinli olun
Sızanaqlar üçün qatıq maskası
"Taxt oyunları" 32 nominasiyada namizəddir
Təsbehinin qiyməti 100 mindir-FOTO
Hava haqqında - 09.09.2013
Şirin yuxu üçün ortopedik yastıqlar
Qadın.net-in xaricdəki xanımları 5 ( Son )
Nura Surini yeni imicində fotosessiya etdirdi - RADİKAL DƏYİŞİM
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 182 yeni yoluxma
Hakan yeni doğulmuş qızından danışdı-FOTO
Koronavirus peyvəndi yeridilmiş könüllülərdə immunitet saxlanılıb
"Uruqvay Suaressiz də güclü rəqibdir"
Bu qidaları soyuducuya qoymayın!
Doqquz yaşlı uşaq yuxuda koronavirusdan öldü
Məktəb fənləri azaldıla bilər
Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi
Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 226 yeni yoluxma
Estetik əməliyyatlardan asılı oldu-FOTO
Şagird və tələbələri maraqlandıracaq proqnoz
Fahriyə Evcen bayram günü atasını yada saldı
Yeni Xiaomi smartfonları təqdim olundu
Mükəmməl şəkillərin çəkildiyi məkanlar
Bir dəqiqədə internetdə nələr baş verir? - İNFOQRAFİKA
“Yuxuların çin olduğu yerdə”: Qubadlının görməli yerləri ilə tanışlıq
Ağızda dağılan ekler (foto-resept)
Giləmeyvələr
Çin istehsalı olan vaza rekord qiymətə satıldı
Böyük yazarların gizli həyatı
Smartfonu 10 saniyəyə məhv edən yeni virus tapıldı
QMİ sədrindən II Qareginin kilsə adından uşaqları hərbi savaşa çağırmasına ETİRAZ BƏYANATI
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM