Qeyd etmək lazımdır ki, məhz qadınlar, bütün həyatları boyu gözəllik, gənclik və cazibədarlıq arxasınca qaçırlar. Amma bir şey var, görəsən doğrudanmı bu belə zəruridir? Məgər qadın yalnız cazibədarlığı və gözəlliyi əsasında təyin olunur? Doğrudanmı qadının xarici görünüşü onu qadın edir? Bu sualla bağlı, gəlin, ibrətli bir hekayəyə diqqət salaq:
"Bir dəfə kişilər bir yerə yığılaraq, kainatda ən gözəl qadın necə olmalıdır, deyə mübahisə etməyi qərarlaşdırdılar.
Bir kişi parıltılı qəhvəyi gözləri, digəri, əksinə - boz rəngə çalan, başqa birisi isə mavi rəngli gözləri sevdiyini deyir. Birinin qısa saçlardan, digərinin əksinə - uzun saçlı qadından xoşu gəldiyini deyir. O biri kişi isə kişilərin buruqsaçlı qadınlardan xoşlandığını dilə gətirir. Kişilərdən biri deyir ki, kişilər hündürboy, ətli, qamətli qadınları xoşlayırlar, O birisi deyir ki, xeyr, əksinə, incə, zərifqamətli qadınlar daha gözəldir. Hər biri öz fikrinin doğru olduğunu iddia edir.
Onların heç biri digərini razı sala, qane edə bilmir. Buna görə də müdrik qocanın yanına gəlib, məsələni onunla dəqiqləşdirməyi qərara alırlar.
Onlar qoca kişiyə məsələni danışırlar:
- Ey müdrik qoca, bizim bu sonu olmayan mübahisəmizə son qoy! Bizə kömək et, de görək, kainatın ən gözəl qadını kimdir?
Bu zaman müdrik qoca uzaqda yerləşən dağların buludlar arxasında qalan zirvəsinin necə tünd rəng almasına tamaşa edirdi. Bir az keçdikdən sonra təbəssüm edərək dedi:
- Sevimli."
Bəli, həqiqətən də belədir. Əgər bir insan birini səmimi qəlbdən sevirsə, sevdiyi şəxsdən başqa birisini tanımayacaq. Ondan daha gözəlini gözləri görməyəcək. Biz də, öz növbəmizdə arzu edərdik ki, hər birimiz sevimli olaq və bütün dünyanı xoşbəxtliyimizlə əhatə edək.
Müəllif: Farid Abdullah
XƏBƏR LENTİ
Hava haqqında - 03.10.2013
İşləmək, yoxsa işləməmək?
Tuba Büyüküstün yeni serialda-VİDEO
Neslihan yoldaşına ad günü sürprizi edib -FOTO
Romantik inanlara ulduzların tövsiyəsi
İnfarkt riskini azaltmaq üçün...
Diz ağrısının səbəbləri
Məmmədyarov prezidentlərin görüşünü şərh etdi
"Qızıl top"un sahibi bəlli oldu
Qadın.Netlilərin fobiyaları (1-ci hissə)
Elektrik siqnalları toxunma hissinə necə çevrilir?
Tiflisdə Azərbaycanın xalq artisti Səyavuş Aslanın xatirəsi anıldı
Memarlıq festivalı
“Yıxıldım, bildim ki, ölmədim, minaya düşmüşəm, “gəlmə” deyə qışqırdım” - VİDEO
Qarğıdalı qabığından möcüzələr yaradan sənətkar
Dərd ürək tutması riskini bir neçə dəfə artırır
Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)
Makiyaj etmədən gözəl görünməyin yolları
Megan Marklın "ekizi" tapıldı-FOTO
Günün qoroskopu: yaranmış situasiyanı təhlil edin
Saxta kölgələr
Şəkidə fləşmob
"Disney" 4,7 milyard ziyana uğrayıb
Səhiyyə Nazirliyindən malyariyaya ilə bağlı açıqlama
Dində məcburiyyət yoxdur
Saçların tez çirklənməsinin qarşısını almaq üçün...
BMW-dən eksklüziv velosiped
Dünyanın sonu-2 (son)
Adi çay xərçəng əleyhinə yeni terapiya üçün dayaq ola bilər
Nurgül Yeşilçaya ad günü sürprizi
Məşhur cütlük yenidən barışdı
Məşhur modelin ölüm səbəbi açıqlandı
Tibbin aciz olduğu xəstəlik- FOTO
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 2961 yeni yoluxma
58 yaşlı Aliza Reger gənclik sirrini paylaşdı-FOTO
"Kilimancaro" tortu (foto-resept)
Birinci vitse-prezident Mehriban Əliyeva ordenlə təltif edildi
“Google”un intellekti süni intellektlər yaradacaq
Bərbər və gözəllik salonları belə işləyəcək - YENİ QAYDALAR
Ananas tortu (foto resept)
Tənhalıq budur...
Günün ulduz falı
Şeyma Subaşı Acun Ilıcalının paylaşımına bunu yazdı-FOTO
Yapon dənizində çirkab suların təmizlənməsi üçün bakteriyalar tapılıb
Evdə saxladığı ilan qonşunun ayaqyolundan çıxdı
Pis vərdişləri necə tərgitməli?
13 min kişinin saqqalı zorla kəsildi
Avokadolu pudinq
Qəzəbli sürücüləri necə dayandırmalı? - MÜZAKİRƏ
2 yaşlı qız qəribə hərəkəti ilə güldürdü
- ŞƏRHLƏR