Qadin.NET / Ən gözəl qadın kimdir?

Ən gözəl qadın kimdir?

Ən gözəl qadın kimdir?

 

Qeyd etmək lazımdır ki, məhz qadınlar, bütün həyatları boyu gözəllik, gənclik və cazibədarlıq arxasınca qaçırlar. Amma bir şey var, görəsən doğrudanmı bu belə zəruridir? Məgər qadın yalnız cazibədarlığı və gözəlliyi əsasında təyin olunur? Doğrudanmı qadının xarici görünüşü onu qadın edir? Bu sualla bağlı, gəlin, ibrətli bir hekayəyə diqqət salaq:

"Bir dəfə kişilər bir yerə yığılaraq, kainatda ən gözəl qadın necə olmalıdır, deyə mübahisə etməyi qərarlaşdırdılar.

Bir kişi parıltılı qəhvəyi gözləri, digəri, əksinə - boz rəngə çalan, başqa birisi isə mavi rəngli gözləri sevdiyini deyir. Birinin qısa saçlardan, digərinin əksinə - uzun saçlı qadından xoşu gəldiyini deyir. O biri kişi isə kişilərin buruqsaçlı qadınlardan xoşlandığını dilə gətirir. Kişilərdən biri deyir ki, kişilər hündürboy, ətli, qamətli qadınları xoşlayırlar, O birisi deyir ki, xeyr, əksinə, incə, zərifqamətli qadınlar daha gözəldir. Hər biri öz fikrinin doğru olduğunu iddia edir.

 

Ən gözəl qadın kimdir?

Onların heç biri digərini razı sala, qane edə bilmir. Buna görə də müdrik qocanın yanına gəlib, məsələni onunla dəqiqləşdirməyi qərara alırlar.

Onlar qoca kişiyə məsələni danışırlar:

- Ey müdrik qoca, bizim bu sonu olmayan mübahisəmizə son qoy! Bizə kömək et, de görək, kainatın ən gözəl qadını kimdir?

Bu zaman müdrik qoca uzaqda yerləşən dağların buludlar arxasında qalan zirvəsinin necə tünd rəng almasına tamaşa edirdi. Bir az keçdikdən sonra təbəssüm edərək dedi:

- Sevimli."

Bəli, həqiqətən də belədir. Əgər bir insan birini səmimi qəlbdən sevirsə, sevdiyi şəxsdən başqa birisini tanımayacaq. Ondan daha gözəlini gözləri görməyəcək. Biz də, öz növbəmizdə arzu edərdik ki, hər birimiz sevimli olaq və bütün dünyanı xoşbəxtliyimizlə əhatə edək.

Müəllif: Farid Abdullah

4 fevral 2017
GO BACK