Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki:
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox.
Gözlərimə doldurmuşam yağışı,
Bir köynəklə çıxarmışam mən qışı.
Şalvar, pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı, biri yox.
Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə,
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı, ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı, biri yox.
Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox.
Uzaq gəzdi əmi, dayı, bibilər
Sözarası mənə “evlən” dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən,
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: “biri vardı, biri yox”.
Nüsrət Kəsəmənli..
Əzizlərim,bəs sizin həyatınızda necə?- biri vardı, biri yox? Ya biri var, biri yox?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yevlax və Mingəçevir polisi yollarda birgə reydlərə başladı
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Azərbaycan Avropa İttifaqının cavabını verdi
Sonsuz ailələrə şad xəbər
27 sentyabr Azərbaycanda Anım Günü elan olundu - SƏRƏNCAM
71-ci Emmy Mükafatları sahiblərini tapdı
Bakıya hava müjdəsi
Zövqlü xanımlar üçün tuflilər
Depressiyadan qorunmaq üçün idman
Azərbaycan İİV daşıyıcılarının son statistikası
Pulunuzun bitməsinə səbəb olan vərdişlər
Təmr haqqında gələn xəbərlər
Bir yerdə idman edək-4
Azərbaycanda əmək haqlarının artırılmasına dair imzalanan sərəncamlar nə qədər insanı əhatə edəcək?
Ətli pirojnalar və suxarili pendir çubuqları
Qadağan olunmuş şəhər
Doğum sonrası psixoz: çarəsi yoxdur?
Kakao işçi yaddaşı yaxşılaşdırır
"Baunti" şokoladlı keks (foto resept)
Sıla ərə gedir-FOTO
Qar dənələrinin sehri
Havayı yaşamağın 10 yolu
Seren Serengil qayınanası ilə barışdı-FOTO
Azərbaycan və Dünya Bankı böyük dəmiryolu layihəsi üzrə saziş imzalayıb
Harry Potter (2001-2016)
Yaşlı cütlüyün illərə meydan oxuyan sevgisi dillərə düşdü - VİDEO
Filippində daşqın qurbanlarının sayı artır
Təbii şirələrdən düzgün istifadə
NASA: "Ozon dəliyi Avstraliyadan böyükdür..."
Facebook-da pulsuz ESET olacaq
Bu tarixdə dünyada yaşayan insan qalmayacaq
Nazirlikdən oruc qadağasına münasibət
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
Bu barda meymunlar ofisiantlıq edir
Uşaq otağı dizaynı
Kök insanlar bu xəstəliyə yoluxmur
"Bir aşk iki hayat" təqdim edildi-VİDEO/FOTO
Fırıldaqçıların ən sevdiyi şifrələr
Düşmənin xeyli qüvvəsi və hərbi texnikası məhv edildi - SİYAHI
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi itkilər açıqlandı - RƏSMİ
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR artıb
Məcidov Londonun qısasını alaraq Dünya çempionatında finala çıxdı
Evdə hazırlaya biləcəyiniz saç boyaları
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ
Zəncəfil çayının hazırlanması və faydaları
Gəlin saçı modelləri
Dərimizi baha soyan ucuz brendlər: ya pul ver, ya da əl vurma
KTMT-dən Rusiyaya məxsus təyyarənin vurulmasına reaksiya - VIDEO
Qadın və ananın həqiqi məqamı
Ermənilər fransız jurnalistləri koronavirusu yaymaqda ittiham edirlər - FOTO
- ŞƏRHLƏR