Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki:
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox.
Gözlərimə doldurmuşam yağışı,
Bir köynəklə çıxarmışam mən qışı.
Şalvar, pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı, biri yox.
Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə,
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı, ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı, biri yox.
Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox.
Uzaq gəzdi əmi, dayı, bibilər
Sözarası mənə “evlən” dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən,
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: “biri vardı, biri yox”.
Nüsrət Kəsəmənli..
Əzizlərim,bəs sizin həyatınızda necə?- biri vardı, biri yox? Ya biri var, biri yox?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İki məşhur Sevgili Oldu!-FOTO
Pensiya yaşı artırılır?
Nəfəs
Megan Markl bu qadağalara əməl etməlidir
İctimai rəydən niyə qorxuruq?
Vulkan püskürdü: xəsarət alanlar var
Dirijorumuzun rəhbərliyi altında Novosibirsk orkestri konsert verib
Moda saytı 20 milyon dollar investisiya aldı
"Şirin fantaziya" tortu (foto-resept)
Azərbaycanda quş qripi xəstəliyi ilə bağlı vəziyyət necədir?
Rus dili - РћРѕ
Hamı üçün pulsuz internet
HAVA necə olacaq?-11 yanvar
Kişiləri evlilikdən uzaqlaşdıran səbəblər
Azərbaycanda saxta dərman təhlükəsi
Gəlinlik gül dəstələri
Quru tutun və çuğundurun faydaları
Həkimlər möcüzə etdilər: uşağı soyudub ölümdən qaytardılar
Şərq ulduz falı
Demet Akalının boşanma səbəbi bəlli oldu - FOTO
"Azərbaycanda tolerantlıq həyat tərzidir"
Jeleli şirni (foto resept)
Qeyri-adi görünüşlü metro qatarı
Lotereyada 156 milyon dollar uddu
Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu
Bred Pitt yeni sevgilisi ilə görüntüləndi-FOTO
Çəhrayı rəngli fil balası - VİDEO
Abituriyentlər üçün bəd xəbər?
Can Yaman Demetə xəyanət etdi?-FOTO
Kökələ bilməyənlər nə etməlidir?
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
Estetik əməliyyatların qurbanı olan məşhurlar
Bakıda əsən güclü külək 25-dək ağacı aşırdı
"Quran"da olan bu adları uşaqlara QOYMAQ OMAZ
Dərinizi təravətləndirən maskalar
Badamlı, çiyələkli keks (foto-resept)
Taner Yıldız: "Türkiyə Rusiyadan qazın qiymətləri üçün endirim tələb edəcək"
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Gəlin buketləri-2
Pilot sükan arxasında yatdı
"AzərLayt" bir qədər ucuzlaşdı
"Güldür Güldür" Şousu faciə ilə bitdi!-FOTO
Türkiyənin birinci xanımının kitabı çap olunacaq
On şəhər və rayonda karantin rejimi sərtləşdirildi - RƏSMİ
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
Hansı oyuncaq uşaqda hansı xüsusiyyəti inkişaf etdirər?
Günün qoroskopu: əyləncəni unudun
Qəhvəli peçenye (foto resept)
Gözəl balalar üçün - 2
Bir udum havaya həsrət
- ŞƏRHLƏR